Məhkəmə qərarları › İş №2(008)-3688/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3688/2023

13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3688/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il tarixdə təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması və xx.xx.2006-cı il tarixdə təvəllüdlü X1 üçün ödədəyi 4013 (dörd min on üç) manat aliment geri alınaraq ona ödənilməsi, ödədiyi 51 (əlli bir manat) mediasıya xərcinin və 60 (alımış) manat dövlət rüsumu, cəmi 4124 (dörd min yüz iyirmi dörd) manat pulun cavabdehdən alınaraq onun xeyrinə tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3497/2019 saylı, xx.xx.2019-eu il tarixli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında 27 iyun 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 anaları Cavabdeh yanında qalması müəyyən edilmiş, xx.xx.2006-ci il tarixdə anadan olmuş Mikayılov Raul Zaur oğlu və 01.06.201 1-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 160 manat olmaqla, İddiaçı ayda 320 manat aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-141/2023 saylı qətnaməsi ilə iddia təmin edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il tarixdə təvəllüdlü X8 atası İddiaçı yanında qalması qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cii il tarixli 2(027)- 141/2023 saylı qətnaməsində qeyd edilmişdir ki, “iddiaçı məhkəmədən xx.xx.2006-ci il tarixdə anadan olmuş - X5 cavabdehdən alınaraq onun himayəsinə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X8 bildirmişdir ki, hal-hazırda atası İddiaçı yanında yaşayır. Atasının himayəsində saxlanılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə uşağın qeyd edilən məsələ ilə bağlı fikrini və onun mənafeyini əsas hesab edir. Beləliklə qanuni qüvvəyə minmiş qətnamə ilə xx.xx.2006-cı il tarixdə təvəllüdlü X8 atası İddiaçı yanında qalması qənaətinə gəlinmişdir. xx.xx.2006-cı il tarixdə təvəllüdlü X8 atası İddiaçı yanında qaldığı üçün Cavabdeh xx.xx.2006-cı il tarixdə təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması ücün hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməlidir. Belə ki, hal-hazırda Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayışı minimumu uşaqlar üçün 220 (iki yüz. iyirini) manat məbləğində müəyyən edilmişdir. Məhkəmədən xahiş edir Cavabdeh xx.xx.2006-cı il tarixdə təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edillsin. O, uşaq xx.xx.2006-cı il tarixdə təvəllüdlü X2 ücün xx.xx.2022-ci il tarixdən 31 mart 2023-cü il tarixinədək hər ay aliment ödəyərək cəmi 4013 manat aliment ödəmişdir. Beləliklə, aliment alan Cavabdeh həmin artıq ödədiyi 4013 (dörd min on üç) manat məbləğində aliment məbləğləri geri alınmalıdır. Məhkəmədən Cavabdeh xx.xx.2006-cı il tarixdə təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması ücün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması və xx.xx.2006-cı il tarixdə təvəllüdlü X1 üçün ödədəyi 4013 (dörd min on üç) manat aliment geri alınaraq mənə ona ödənilməsi, ödədiyi 51 (əlli bir manat) mediasiya xərcinin və 60 (altmış) manat dövlət rüsumunun - cəmi 4124 (dörd min bir yüz iyirmi dörd) manat pulun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Və eyni zamanda bildirmişdir ki, 2022-ci ilin may ayından Raulun atrıq onun himayəsində olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək keçən ilin iyun ayından xx.xx.2006-cı il tarixdə təvəllüdlü X8 atası ilə birgə yaşamağa başladığını və uşağın atanın yanına getdiyi tarixdən 8 ay ərzində iddiaçı tərəfindən uşağın saxlanması üçün hər ay 170 manat pul ödəndiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3497/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 27 iyun 2006-cı il tarixində Quba Rayonu İcra Hakimiyyətinin Başçısının Zərdabi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyində 07 nömrəli qeydlə bağlanmış nikah pozulması, xx.xx.2006cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı övladları iddiaçı Cavabdeh yanında saxlanılması, İddiaçı 17 mart 2006-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı hər bir uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində aliment xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin 2(027)-141/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il tarixdə təvəllüdlü X8 atası İddiaçı yanında qalması qərara alınmışdır. 31 mart 2023-cü il tarixli qəbzin surətindən görünür ki, X3 hesabına 193 manat ödənilmişdir. - 03 mart 2023-cü il tarixli qəbzin surətindən görünür ki, X3 hesabına 193 manat ödənilmişdir. - 01 fevral 2023-cü il tarixli qəbzin surətindən görünür ki, X3 hesabına 340 manat ödənilmişdir. - 30 dekabr 2022-ci il tarixli qəbzin surətindən görünür ki, X3 hesabına 340 manat ödənilmişdir. - 01 dekabr 2022-ci il tarixli qəbzin surətindən görünür ki, X3 hesabına 340 manat ödənilmişdir. - 01 noyabr 2022-ci il tarixli qəbzin surətindən görünür ki, X3 hesabına 340 manat ödənilmişdir. - 03 oktyabr 2022-ci il tarixli qəbzin surətindən görünür ki, X3 hesabına 340 manat ödənilmişdir. - 01 sentyabr 2022-ci il tarixli qəbzin surətindən görünür ki, X3 hesabına 340 manat ödənilmişdir. - 01 avqust 2022-ci il tarixli qəbzin surətindən görünür ki, X3 hesabına 340 manat ödənilmişdir. - 01 iyul 2022-ci il tarixli qəbzin surətindən görünür ki, X3 hesabına 340 manat ödənilmişdir. - 04 may 2022-ci il tarixli qəbzin surətindən görünür ki, X3 hesabına 907.92 manat ödənilmişdir. - Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. - İş materiallarında görünür ki, iddia tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq iddia tələbinin xx.xx.2006-cı il tarixdə təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin nikahları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3497/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı övladları iddiaçı Cavabdeh yanında saxlanılması, İddiaçı 17 mart 2006-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı hər bir uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində aliment xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Sonradan 2022-ci ilin iyun ayından 17 mart 2006-cı il təvəllüdlü X8 atanın himayəsinədir. Bu səbəbdən də iddiaçı 17 mart 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək 220 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi bu hissədə tam təmin edilməli, məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan 17 mart 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin digər hissəsinə xx.xx.2006-cı il tarixdə təvəllüdlü X1 üçün ödənilmiş 4013 (dörd min on üç) manat aliment geri alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı məlum olur ki, xx.xx.2006-cı il tarixdə təvəllüdlü X8 2022-ci ilin iyun ayından iddiaçının yanında olsa da, iddiaçı tərəfindən 2023-cü ilin yanvar ayının sonunadək həmin uşaq üçün nəzərdə tutulmuş 170 manat məbləğində aliment cavabdehə ödənilmişdir. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü X2 üçün 2022-ci ilin iyun ayından məhkəməyə iddia ərizəsi verilən tarixədək 4013 manat məbləğində aliment pulu ödəmiş oluğunu bildirsədə, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qə qismən yəni xx.xx.2006-cı il təvəllüdlü X5 faktiki atanın yanında olduğu müddətdən uşağın saxlanması üçün anaya ödənilmiş 8 aylıq aliment məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda bir uşağın saxlanması üçün ödənilməli olan 170 manat aliment məbləği 8 aya vurulmalı, alınan məbləğ cavabdehdən iddiçının xeyrinə tutulmalıdır. (8x170=1360) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa məhkəmə iddia tələbinin 51 manat mediasiya xərcinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarından görünür ki, iddiaçı 50 manat məbləğində mediyasiya xərci ödədiyindən iddia tələbi bu hissədə də qimən təmin edilməlidir. Bundan başqa məhkəmə 60 manat dövlət rüsumunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi 1360 manat hissədə təmin edildiyindən ödənilmiş dövlət rüsumuda qismən 33.60 manat hissədə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ödənilmiş 1360 (bir min üç yüz altmış) manat aliment Cavabdeh geri alınaraq İddiaçı ödənilsin. 50 manat medaiyasiya xərci və 33.6 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar