Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3755/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X13 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Əliyeva Hürümələk Oruc qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında saxlanılmaqla himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında saxlanılmaqla himayəsinə verilməsi və aliment” tələbinə dair məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gələn xx.xx.2009-cu il təvəllüdlü X3 cavabdehdən alınaraq onun himayəsində saxlanılması və birgə nikahdan dünyaya gələn xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə 738 (yeddi yüz otuz səkkiz) manat aliment məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında xx.xx.2013-cü il Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 898 nömrə ilə nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X10 doğulmuşdur. Cavabdehlə xasiyyəti uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-144/2024 nömrəli qətnaməsinə əsasən xx.xx.2013-cü il Sabunçu rayon Qeydiyyat şöbəsində 898 nömrə ilə bağlanmış nikahın pozulması, birgə nikahdan dünyaya gələn xx.xx.2009-cu il təvəllüdlü X7 anası Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X10 atası İddiaçı himayəsində saxlanması qət etmişdir. Halhazırda övladları faktiki olaraq onun himayəmdədir. Sənəd üzrə onun himayəsində saxlanılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 izahatında xx.xx.2009cu il təvəllüdlü X3 atasının himayəsinə verilməsinə etiraz etmədikərini, lakin tələb olunan aliment məbləğinin yüksək olduğunu bildirdi. Məhkəmə, tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 145340 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2009-cu ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 789500 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 144/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış 898 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 anası Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X10 atası İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 483815 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 5-18/2-2720/2025 nömrəli 18 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Əhmədova X1 iclasında iştirak edərək xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 artıq uzun müddətdir ki, atalarının himayəsində olduqlarını qeyd etmiş və xx.xx.2009-cu il təvəllüdlü X3 da atasına daha çox bağlı olduğunu əsas gətirərək onun İddiaçı himayəsinə verilməsinə etiraz etmədiyini bildirən ərizəsini Komissiyaya təqdim etmişdir. İş materiallarında olan məhkəmə tərəfindən CMS – “AZEMİS” elektron məhkəmə informasiya sistemini araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-də təmirçi çilingər, avtomobil/mexatronika vəzifəsində işləyir, aylıq əmək haqqı 2196 manat təşkil edir. İş materiallarında olan məhkəmə tərəfindən CMS – “AZEMİS” elektron məhkəmə informasiya sistemini araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh “Respublika Təcili və X4 Mərkəzi” X12 xadimə vəzifəsində işləyir, aylıq əmək haqqı 584 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, İddiaçı ilə, Cavabdeh birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X7 İddiaçı himayəsinə verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının 2024-cü il üçün minimum əməkhaqqının məbləği 345 manat, 2025-ci il üçün minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 İddiaçı himayəsindədirlər. İddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 738 manat məbləğində aliment tələb etsə də, sonuncunun aylıq yüksək və əlavə gəlirə malik olması, hər ay həmin aliment məbləğini ödəmək iqtidarında olması barədə məhkəməyə hər-hansı bir sübut təqdim etmədiyindən xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli miqdarında alimentin tutulmasını ədalətli hesab edir. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilrək, İddiaçı ilə, Cavabdeh birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X7 İddiaçı himayəsinə verilməli, məhkəməyə müraciət olunan xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Həmçinin iddia tələbi qismən təmin olunduğundan, mediatora ödənilmiş 50 (əlli) manat məbləğində rüsumu və 25 (iyirmi beş) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülkin Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanılsın. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Mediatora ödənilmiş 50 (əlli) manat məbləğində rüsumu və 25 (iyirmi beş) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3755/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3755/2025
10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver