Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3778/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi vəkil Abdullayeva Tamilla Ələkbər qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2021-ci il təvəllüdlü X6 və 24 fevral 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay hər uşağın saxlanılması üçün müəyyən edilmiş 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan 10 fevral 2021-ci il təvəllüdlü X6 və 24 fevral 2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Nikaha daxil olduqdan sonra bir müddət münasibətləri yaxşı olsa da, lakin xasiyyətləri uyğun gəlməməsi səbəbindən sonradan münasibətləri pisləşmişdir. Hal-hazırda tərəflər ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqlar isə onun himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə heç bir halda maraqlanmır, heç bir kömək göstərmir. Öhdəsində azyaşlı uşaqlar olduğundan hələ ki, işləmir. Valideynlərinin də himayəsində uşaqların təminatını ödəmək onun üçün çox çətindir. Cavabdeh uşaq bağçasında mühafizəçi işləyir. Onun orta aylıq gəliri 400 (dörd yüz) manat təşkil edir, bundan əlavə işlədiyi bağ işlərindən 1000 (bir min) manata yaxın qazancı olur. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, birinci nikahdan olan oğluna da aliment ödədiyini nəzərə alaraq, 2 azyaşlı uşağının saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat aliment ödəməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, 2013-cü ilin dekabr ayından Sabunçu rayonu, 281 nömrə Körpələr evi uşaq bağçasında gözətçi işləyir və aylıq əmək haqqı 398 (üç yüz doxsan səkkiz) manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə birinci nikahdan olan 26 sentyabr 2012-ci il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat alimentin ödənilməsi qət edilmiş və cavabdeh hər ay 120 manat aliment ödəyir. Bundan əlavə 2025-ci ilin fevral ayından onun səhhətində ciddi problemlər yaranmış, hər iki əlində quruma gedir, orta dərəcəli kapral tunel sindromu vardır, ona görə də əsas iş yerindən başqa yerdə işləyə bilmir. Maddi cəhətdən çətinlik çəkir, aldığı cüzi maaşdan birinci nikahdan olan oğlunun saxlanması üçün ödədiyi alimentdən sonra dolanacağı üçün vəsait onun heç iynə dərmanına çatmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil izahatında iddianı qismən qəbul etdiklərini, cavabdehin rəsmi əmək haqqı 398,09 manat təşkil etdiyini, cavabdehin 2 aydan çoxdur ki, xəstəliyinə görə başqa işlərdə də işləyə bilmədiyini, ilk nikahından Əli adlı övladı olduğunu, onun saxlanması üçün məhkəmə qətnaməsi əsasında 117 manat aliment ödədiyini, hal-hazırda da cavabdeh işləmədiyi üçün hər uşağın saxlanması üçün hər ay 120 manat aliment ödənilməsinə razı olduğunu bildirdi. Məhkəmə, tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 5 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 395959 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə, X5 arasında xx.xx.2020-ci ildə 1276 nömrəli akt qeydi ilə nikah bağlamış, ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş 5 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı 572079 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 fevral 2021-ci il tarixdə Bakı şəhərində doğulmuş, X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş 5 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı 983422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 fevral 2024-cü il tarixdə Bakı şəhərində doğulmuş, X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri üzrə Təhsil İdarəsi 5 saylı Xidmət və Əməliyyat Mərkəzinin 07 may 2025-ci il tarixli 143 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2023-cü il tarixdən Sabunçu rayonu 281 nömrəli körpələr evi uşaq bağcasına gözətçi vəzifəsinə işə qəbul olunmuşdur. Onun aylıq kart hesabına ödənilən əmək haqqısı 398,09 manat məbləğindədir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasının 2024-cü il üçün minimum əməkhaqqının məbləği 345 manat, 2025-ci il üçün minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından doğulmuş övladları ananın himayəsindədir. İddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəməyə müraciət olunan xx.xx.2025-ci il tarixindən başlayaraq 10 fevral 2021-ci il təvəllüdlü X6 və 24 fevral 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Həmçinin mediasiya üçün 60 manat ödənilmiş pul cavabdehdən tutularaq, iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülkin Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq 10 fevral 2021-ci il təvəllüdlü X6 və 24 fevral 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Mediasiya üçün 60 (altmış) manat ödənilmiş rüsum Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3778/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3778/2025
27.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver