Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3789/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Rüstəmova Əminə Pünhan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatət təqdim edərək bildirdi ki, hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə nikahın pozulmnası tələbi ilə məhkəməyə etmişlər. İş hazırda e-2(008)-3741/2023 nömrə ilə hakim Şəbnur Qədirovanın icraatındadır. Həmin iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin edilmişdir. Tələblər bir-biri ilə bağlı olduğundan işlər bir icraatda birəşdirilməlidir. Odur ki, hazırki mülki işin Sabunçu Rayon Məhkəməsinin hakimi Şəbnur Qədimovanın icraatında olan e-2(008)- 3741/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında vəsatətin təmin olunmasına etiraz etmədiyini bildimişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş Sabunçu rayon Məhkəməsinin hakimi Şəbnur Qədimovanın icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair mülki işlə bir icraatda baxılması üçün hakim Şəbnur Qədimovanın icraatına verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Sabunçu Rayon Məhkəməsinin hakimi Şəbnur Qədimovanın icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında, eyni əsaslar üzrə yarandığından və sözügedən mübahisələr üzrə ilkin olaraq mülki iş hakim Şəbnur Qədimovanın icraatına verildiyindən həmin işlər bir icraatda birləşdirilməsi üçün həmin hakimin icraatına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması” tələbinə dair mülki iş Sabunçu Rayon Məhkəməsinin hakimi Şəbnur Qədimovanın icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair e-2(008)- 3741/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi üçün Sabunçu Rayon Məhkəməsinin hakimi Şəbnur Qədimovanın icraatına verilsin. Hakim: Ruslan Mirzəliyev İş 2(008)-3789/2023 MƏHKƏMƏNİN HAZİRLİQ İCLASİNİN PROTOKOLU 15 may 2019-cu il Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Rüstəmova Əminə Pünhan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 178-ci maddəsinə əsasən məhkəmə iclasını saat 09:45-də açır və mülki işə baxıldığını elan edir. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 179-cu maddəsinə əsasən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclasının katibi Azərbaycan Respublikası MPM-nin 179.1-ci maddəsinə əsasən məruzə edərək bildirir ki, iddiaçının nmayəndəsi və vəkiuli, cavabdeh və cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmişlər. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 179.2-ci maddəsinə əsasən iştirak edən tərəflərin şəxsiyyətini müəyyənləşdirir. İddiaçının nümayəndəsi: Vəkil1 oğlu – “De fendo” Vəkil Bürosunun vəkili (0290620 nömrəli vəkil ordeeri iş materiallarına əlavə edilmişdir) Cavabdeh: Cavabdeh- xx.xx.1986-cı il tarixdə anadan olmuşdur (portaldan çıxarış işə əlavə edilmişdir) Cavabdehin nümayəndəsi: Vəkil2- “Pro Bono” Vəkil Bürosunun vəkili (0300879 nömrəli vəkil ordeeri iş materiallarına əlavə edilmişdir) Sədrlik edən Azərbaycan Respublikası MPM-in 182.1-ci maddəsinə əsasən hazırki mülki işə hakim Mirzəliyev Ruslan Əsəd oğlunun, məhkəmə iclasının katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi ilə baxıldığını elan edir və Azərbaycan Respublikası MPM-in 19-20-ci maddələri ilə nəzərdə tutulumuş əsaslarla elan olunan hakimə, katibə etiraz etmək hüquqlarını izah edir. Etiraz daxil olmadı. Sədrlik edən tərəflərdən MPM-nin 47-ci maddəsi ilə müəyyən olunmuş hüquq və vəzifələrinin izah olunduğu bildirişi alıb almadıqlarını soruşur. İddiaçının nümayəndəsi: bildirişi rəsmi qaydada almışam və hüquq və vəzifələrim mənə aydındır. Cavabdeh: bildirişi rəsmi qaydada almışam və hüquq və vəzifələrim mənə aydındır. Cavabdehin nümayəndəsi: bildirişi rəsmi qaydada almışam və hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 184-cü maddəsinə əsasən işin vəziyyətini müzakirə edərək məhkəmə iclasına gəlmiş tərəfdən əlavə və vəsatətin olub-olmamasını soruşur. Cavabdehin nümayəndəsi: Möhtərəm hakim, vəsatətimiz var. Belə ki, hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə nikahın pozulmnası tələbi ilə məhkəməyə etmişik. İş hazırda e-2(008)-3741/2023 nömrə ilə hakim Şəbnur Qədirovanın icraatındadır. Həmin iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin edilmişdir. Tələblər bir-biri ilə bağlı olduğundan işlər bir icraatda birəşdirilməlidir. Odur ki, hazırki mülki işin Sabunçu Rayon Məhkəməsinin hakimi Şəbnur Qədimovanın icraatında olan 2(008)-3741/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilməsini xahiş edirəm. Sədrlik edən vəsatətlə bağlı iddaçının vəkilinin fikrini soruşur. İddiaçının vəkili: Möhtərəm hakim, vəsatətin təmin olunmasına etiraz etmirəm. Sərlik edən iş materiallarını araşdırır. Sədrlik edən müşavirə otağına gedir. Qayıtdıqdan sonra qərardadı elan edir. Qərardaddan şikayət vermə müddətini və qaydasını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 10:00-da bağlı elan edir. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(008)-3789/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3789/2023
19.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver