Məhkəmə qərarları › İş №2(008)-3894/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3894/2022

07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3894/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ayda hər uşağa 193 (bir yüz doxsan üç) manat cəmi 579 (beş üz yetmiş doqquz manat) manat sabit pul məbləğində alimenti iddiaçının xeyrinə ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh ilə xx.xx.2012-ci il tarixində ailə münasibətlərinə daxil olaraq rəsmi nikaha girmişlər. Həmin nikahdan onların üç övladları olmuşdur, xx.xx.2013-cü il təvəllüdlü Amin xx.xx.2015-ci il təvəllüdlü Emin və xx.xx.2018-ci il təvəllüdlü Əminə. Ailə həyatı qurduqdan sonra normal ailə münasibətində olmuşlar, bir-birilərinə qarşı hörmət və ehtiram göstərmişlər, lakin son 8 aydır ki, cavabdehlə bir yerdə yaşamırlar və ailə münasibətləri pozulmuşdur. Hal-hazırda az yaşlı uşaqları ilə birgə atasının himayəsində yaşayır. Əlavə olaraq ərizəçi bildiri ki, onun himayəsində olan Amin, Emin və Əminə adlı uşaqlarına alimentin verilməsinə zərurət vardır. Belə ki, hal hazırda uşaqların maddi ehtiyaclarını özü qarşılıyır. Bu səbəbdən də hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü Amin xx.xx.2015-ci il təvəllüdlü Emin və xx.xx.2018-ci il təvəllüdlü Əminə adlı uşaqlarının yetginlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 193 (yüz doxsan üç) manat cəmi 579 (beş üz yetmiş doqquz manat) manat aliment müəyyən olunması üçün məqsədəmüvafiq olduğunu bildirib. İddiaçı bildirib ki, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında cavabdehlə heç bir razılıq əldə olunmamışdır. Bu səbəbdən də alimentin müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmək qərarına qəlib. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2022-ci il tarixli iddia tələbinin etiraz etmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən verilmiş aliment tələbinə dair, iddia tələbini aşağıdaki əsaslara görə tam rədd edilməsini bildirib. Belə ki bu günə qədər, o, öz ailəsinə baxır. Qanunun tələbinə görə, hər ikisi ər və arvad eyni hüquqla uşaqları saxlamağa borcludur. 2012-ci ildən bu günə qədər o tək işləyib ailəsini dolandırıb, heç bir çətinlik görməyiblər. İddiaçı 2021-ci ilə kimi 3 (üç) uşağa görə analıq məzuniyyətində 10 ilə yaxın olmuşdur, cavabdeh tərəfindən maddi sıxıntı çəkməyiblər. İddiaçı 2021-ci ilin sonundan işə çıxır, rəsmi işləyir pul, maaş alır. Cavabdehin özü də qeyri-rəsmi, fəhlə işində günə-muzd olaraq 15 manata çalışır və qazancının hər ay 300 (üç yüz) manatını uşaqlara verir. 4 (dörd) aydır isə poçt vasitəsi ilə göndərir. Bundan başqa hər ayda 145 azn kredit ödəyir. İddiaçı ona qarşı qərəzli olaraq ailəni, uşaqları saxlamağı tək cavabdehin üzərinə atır. Onun hər ay verdiyi 300 manat qəbul etmir. Halbuki, qanunun tələbinə görə, kreditin ödənişi ailənin ümumi büdcəsi gəlirinə ödənilməlidir. İddiaçı özüdə öz ərizəsində göstərir ki, normal ailə münasibətində olublar. Əgər, iddiaçı uşaqlara baxmaq, saxlamaq istəmirsə uşaqların (3) üçünüdə rəsmi olaraq versin ona, iddiaçədan heç bir təmanna güdmədən özü saxlasın, baxsın. Qanuna görə ər və arvad hər ikisi işləyib ailəsinə baxırsa aliment tələbi rədd edilməlidir. Yuxarıda sadalananları və Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmədən iddiaçının xx.xx.2022-ci il tarixli iddiasını rədd edilməyini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 4 saylı Bakı Asan Xidmət X4 tərəfindən verilmiş AZ-T seriyalı 188143 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 atası Cavabdeh, anası İddiaçıdır. - 4 saylı Bakı Asan Xidmət X4 tərəfindən verilmiş AZ-T seriyalı 188142 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. - Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 179284 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. -Ağdam Rayon Qiyaslı Ərazi Nümayyəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı 029938 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-ci il təvəllüdlü Cavabdeh və xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdə nikah bağlamışlar. Cavavbdeh tərəfindən iş matriallarına əlavə edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı hesabına müvafiq olaraq 300,200, 300 və 300 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh ailə həyatı qurduqdan sonra normal ailə münasibətində olmuşuq, bir-birilərinə qarşı hörmət və ehtiram göstərmişlər, lakin son 8 aydır ki, cavabdehlə bir yerdə yaşamırlar və ailə münasibətləri pozulmuşdur. Hal-hazırda iddiaçı az yaşlı uşaqları ilə birgə atasının himayəsində yaşayır. Əlavə olaraq ərizəçi bildiri ki, onun himayəsində olan Amin, Emin və Əminə adlı uşaqlarına alimentin verilməsinə zərurət vardır. Belə ki, hal hazırda uşaqların maddi ehtiyaclarını özü qarşılıyır. Hazırda cavabdeh hər ay 300 manat ödəsə belə, iddiaçı həmin məbləği qəbul eləmir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Məhkəmə alimentin məbləğini müəyyən edərək qeyd edir ki, uşağların sayını, cavabdehin stabil gəlirinin olmasına dair sübutlar olmadığı nəzərə alınaraq elə bir məbləğ müəyyən edilməlidir ki, cavabdehin çatin maddi vəziyyətə salmamalıdır. Odue ki, qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 160 (bir yüz almış) manat olmaqla, cəmi 480 (dört yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar