Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4227/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, İddiaçı X5 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2719/2020 saylı xx.xx.2020-ci tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 üçün qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulan alimentin dəyişdirilərək, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi; mediasiya xidməti üçün ödədiyi 51 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05 iyul 2003-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Həmin nikahdan iki uşaqları -xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X16 doğulmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6682/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında 05 iyul 2003-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 1257 nömrəli nikahın pozulması, birgə nikahdan olan uşaqları xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2010-cu təvəllüdlü X10 onun yanında qalmaları müəyyən edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X10 18 yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2719/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6682/2019 saylı xx.xx.2019-cu tarixli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X11 müalicə xərclərinin ödənilməsi üçün Cavabdeh hər ay 50 manatın onun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3495/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddia tələbi qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç manat) manat sabit pul məbləğində aliment və xx.xx.2005-ci il təvəllüdlü X11 xəstəliyi ilə əlaqədar müayinə və müalicə xərclərinə görə əlavə olaraq cavabdehdən hər ay 30 (otuz) manat pul məbləği ondan tutularaq Cavabdeh xeyrinə ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş və ondan 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilmişdir. 15 09 2005-ci il təvəllüdlü X12 dializ xəstəliyi olduğuna görə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh onun qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulan aliment dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, hazırda işləmir, yaşı ilə bağlı iş tapmaqda çətinlik çəkir. İddiaçı uşağı saxlaya bilmirsə özü saxlayar. 235 manat aliment ödəməyə razı deyil. Onun başqa aylıq ödənişləri də var. Elektron Məhkəmə İnformasiya Sistemində işləməsi görünsə də, o, həmin müəssisədən işdən çıxmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İİ seriyalı 551423 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2010-cu il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. -“İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024-00719 nömrəli arayışdan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. X5 nümayəndəsi X9 ilkin mediasiya sessiyasında iştirak etmiş, 55 manat mediasiya xərcini ödəmişdir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2719/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6682/2019 saylı xx.xx.2019-cu tarixli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə bu hissədə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2005ci il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X11 müalicə xərclərinin ödənilməsi üçün Cavabdeh hər ay 50 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3495/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç manat) manat sabit pul məbləğində alimentin və xx.xx.2005-ci il təvəllüdlü X11 xəstəliyi ilə əlaqədar müayinə və müalicə xərclərinə görə əlavə olaraq cavabdehdən hər ay 30 (otuz) manat pul məbləğinin cavabdeh X4 tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh “X19 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialında çilingər-boru kəməri işçisi vəzifəsində işləyir və aylıq əmək haqqı 650 manat təşkil edir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3495/2022 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cavabdeh X5 xeyrinə xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün alimentin hesablanma qaydasını aşağıdakı qaydada müəyyən edilməklə izah verilmişdir: 1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6682/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması hesablansın. 2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2719/2020 saylı xx.xx.2020- ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən (qətnamə qanuni qüvvəsini aldığı vaxtdan) xx.xx.2022-ci il tarixə qədər xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında aliment hesablansın. Həmçinin, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər xx.xx.2005-ci il təvəllüdlü X11 müalicə və xərclərinin ödənilməsi üçün Cavabdeh hər ay 50 (əlli) manat tutulması hesablansın. 3. xx.xx.2022-ci il tarixdən sonra və hazırki dövr üçün Cavabdeh hər ay qazancının yalnız xx.xx.2010-cu il təvəllüdlü X2 üçün, yəni bir uşağa görə -1/4 hissəsi məbləğində alimentin tutulması hesablansın. X4 Cavabdeh xeyrinə xx.xx.2005-ci il təvəllüdlü X3 üçün alimentin hesablanma qaydasını aşağıdakı qaydada müəyyən edilməklə izah verilmişdir: 1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3495/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər xx.xx.2005-ci il təvəllüdlü X3 üçün hər ay 193 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment və xx.xx.2005-ci il təvəllüdlü X11 xəstəliyi ilə əlaqədar müayinə və müalicə xərclərinə görə əlavə olaraq 30 (otuz) manat pul məbləği hesablansın. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin İ-69-1/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2719/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. -AZ-İ seriyalı 348153 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 104 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına İsayeva soyadı verilmişdir. -Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Şakir Bahadırovun xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6682/2019 nömrəli xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2719/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə Cavabdeh Hüseynova (İsayeva) Zülfiyyə Maşallah qızına olan aliment borcunun 5572.53 manat müəyyən edilməsi qərara alınmışdır. -“X19 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 0753 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan, 028K nömrəli xx.xx.2024-cü il tarixli əmrdən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2023-xx.xx.2024-cü illərdə “X19 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialında boru ustası vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, həmin nikahdan xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X16 doğulmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2719/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6682/2019 nömrəli xx.xx.2019-cu tarixli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə bu hissədə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2005ci il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X11 müalicə xərclərinin ödənilməsi üçün Cavabdeh hər ay 50 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarının dəyişdirilməsini xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumunun anoloji işlərlə bağlı qərarlarında formalaşdırdıqları hüquqi mövqeləri, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin rəsmi nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, iddia təmin edilərək, cavabdehdən uşaq üçün yaşayış minimumuna uyğun olaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X10 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2719/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X10 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməli, Cavabdeh 51 manat mediasiya xərci tutularaq X7, 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X10 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2719/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X10 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilsin. Cavabdeh 51 manat mediasiya xərci tutularaq X7 ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4227/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4227/2024
13.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver