Məhkəmə qərarları › İş №2(008)-4246/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4246/2023

10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4246/2023 10.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqları- xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdllü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə, 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi; mediasiya xidməti üçün ödədiyi 51 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan üç uşağı - xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüddlü X8 doğulmuşlar. Sonradan münasibətləri pozulduguna görə Sabunçu Rayon Məhkəməsinin 2(008)-7156/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdeh birgə nikahlarından olan uşaqları ilə maraqlanmamış və uşaqlarının normal, sağlam böyüməsi, habelə maddi və mənəvi tələbatlarının ödənilməsi üçün heç bir köməklik göstərməmişdir. Baxmayaraq ki, uşaqlarının qayğısına qalmaq bir valideyn kimi cavabdehin də borcudur. Uşaqlarını tək başına böyütmək, maddi tələbatlarını ödəmək onun üçün olduqca cətindir. Bu səbəbdən də hesab edir ki, uşaqlarının saxlanılması üçün cavabdehdən zəruri vəsait tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşеron Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 321981 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014cü il tarixdə Bakı şəhərində doğulmuş X4 atası Cavabdeh, anası İddiaçıdır; - Sumqayıt ASAN хidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 814912 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır; - Abşеron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 260704 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 atası Cavabdeh, anası İddiaçıdır; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7156/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə Abşеron rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qеydləri kitabında 919 nömrəli akt qеydi ilə tərtib olunmuş xx.xx.2012-ci il tariхli nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüddlü X1 Aynurə İntizam qızının himayəsində saxlanılmışlar. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2014cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüddlü X8 doğulmuşdur. Ər-arvad arasındakı nikah məhkəmə qaydasında pozulmuş və onların birgə nikahından olan uşaqları iddiaçının himayəsində saxlanılmışdır. Həmin vaхtdan tərəflərin uşaqları iddiaçının himayəsindədir. Cavabdеh uşaqların saxlanmasında iştirak еtmir. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə il tariхdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Rеspublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən validеynlər uşaqlarını saхlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəфindən tərəфlərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saхlanması əsas tutularaq müəyyn еdilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddia tələbi üzrə belə hesab edir ki, uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqları olduğunda, cavabdeh də uşağını saxlamağa borclu olduğundan, ondan xx.xx.2023-cü il tarixdə il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının ilkin mediasiya sessiyası üçün ödədiyi 51 manat mediasiya xərci cavabdehdən onun xeyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə eyni zamanda, hər ay üçün 660 manat alimеnt tələbi barədə iddianın qiyməti 7920 (12 ay X 660 manat) manat təşkil etdiyi üçün dövlət rüsumunun 99,2 manat miqdarında ödənilməli olduğu nəticəsinə gəlir və iddiaçının dövlət rüsumu ödəməkdən azad olunduğunu nəzərə alaraq hesab edir ki, 99,2 manat rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüddlü X2хlanmaları üçün hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı vеrilsin. Cavabdeh mediasiya xərcinin əvəzi üzrə 51 manat tutularaq, İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 99,2 manat tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar