Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4277/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X8, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dairiddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il ildə Bakı şəhərində doğulmuş X4 yetkinlik yaşına çətanadak saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin, habelə uşağın xəstəliyi ilə bağlı hər ay 300 manat sabit pul məbləğində əlavə xərcin, həmçinin hüquqi yardıma görə ödədiyi 300 manat pulun, mediasiya xidməti üçün ödədiyi 60 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun himayəsində yaşayan xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş X9 adlı uşağı vardır. Həmin uşağının atası Cavabdehdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü iİ tarixli, 2(008)-2094/2024 saylı qətnaməsi ilə uşağın atalığı müəyyən olunmuşdur. Lakin cavabdeh müxtəlif vaxtlarda 5 ay ərzində öz uşağına az miqdarda yardım göstərmişdir, lakin bu ilin aprel ayından ona ödəniş etmir. Onun ödədiyi yardım uşağının tələbatını ödəmir, dərmanlarına müalicəsinə çatmır. Çünki onun uşağı anadangəlmə hidrosefaliyi xəstəsidir, əvvəl 3-cü qrup əlil olmuş, sonra ona 2-ci qrup əlilik verilmişdir, uşağın əqli geriliyi, kəmağıllığı vardır, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu vardır, baş beyin hissəsində şuntlama əməliyyatı aparılmışdır. Uşağa uzun müddət ciddi müalicə aparmaq lazımdır. X1 6 dəfə baş beyin əməliyyatı aparılmışdır və onu Türkiyəyə hər 6 aydan bir müaciyə aparır. Orada uşağa beyin kök hüceyrəsi yerləşdirirlər, orada bir həftə qaldıqdan sonra isə uşaqla geri qayıdır. Lakin cavabdeh öz valideynlik vəzifələrini yerinə yetirmir, uşağının müalicəsində iştirak etmir və müalicə üçün ona yardım etmir. Belə ki, cavabdeh ASG Helicopter Servises-də Mi-8 hava gəmisnin 2-ci pilotudur, hər ay 3.820 manat məbləğində əmək haqqı alır. Aliment və əlavə xərclə bağlı o mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya xidmətinə gəlməmişdir. Belə olan halda o, məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. eyni zamanda cavabdehin digər uşağlarının saxlanması ilə bağlı alimentə dair sazişinin görünüş üçün bağlandığını, iddiaçı cavabdehin uşağın atası olmasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etdikdən dərhal sonra cavabdeh və onun hazırda olan arvadı ilə belə bir mediyasiya barışığı bağlanmış olduğunu bildirmişdirdir. Məhkəmə iclasında iştirak Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi qismən qəbul etdiyini, cavabdehin digər övladları ilə alimentin ödənilməsinə dair mediyasiyada barışığ sazişi olduğunu, uşağın əlliyi ilə bağlı dövlət tərəfindən ödəniş edildiyini, iddiaçının özünün əmək haqqısı olduğu, uşağın xəstəliyi ilə bağlı alimentin tutulmasına dair hissənin rədd edilməsini, uşağın saxlanması ilə bağlı aliment tutularkən cavabdehin digər övladları ilə bağlı olan alimentin ödənilməsinə dair razılığı nəzərə alaraq 1/5 hissədə alimentin tutlmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərcin ödənilməsi və sair tələbi ilə məhkəməyə müracət etmişdir. Hal hazırda iş məhkəmə hazırlıq icraatı mərhələsindədir. Bildidir ki, aliment iddia və əlavə xərclərin tələbi ilə bağlı iddia ərizəsini oxuduqdan sonra iddiaçı tərəf özünün tibb bacısı işləməsi bardə iddia ərizəsində heç bir qeyd etməmiş, əlavə xərclər tələb edir, amma hansı əlavə xərcdən söhbət getdiyini belə göstərə bilməmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki , aliment tələb edilən uşaq Azərbaycan Respublikasında pulsuz səhiyyə xidmətindən istifadə edir. Yəni bü günə kimi uşağın müalicəsi Azərbaycan Dövləti tərəfindən pulsuz həyata keçirilir. İddiaçı tərəf hansı əlavə xərclərdən danışır ki, o əlavə xərcin nədən ibarət olmasını izah belə etmir, hansı əlavə xərclər çəkdiyi barədə məhkəməyə heç bir sənədə belə təqdim etmir. Əksinə olaraq iddiaçı tərəf uşaq üçün həm təqaüd, həm də iddiaçı uşağa xidmətə görə 300 manat dövlətdən pul alır . Dövlət uşağı bütün qayğı ilə əhatə etmişdir. Uşaq hal hazırda təhsil alır. Dövlətdən uşağa baxmağa görə 300 manat alan iddiaçı hal hazırda işləyir və uşağa baxmağa görə aldığı 300 manat müqabilində uşağa xidmət etmir. İddia tələbində hüquqi xidmətə görə 300 manat və mediyasiya dair 60 manat pul tələbi qoyulub. İddiaçı tərəf özü məhkəməyə müracet etməyə maddi imkanı olmazsa idi, dövlət maddi imkanı olmayan şəxslərin pulsuz hüquqi xidmətlə təmin edir. Həmçinin mediasiya müracət edən şəxs mediaisya xərcini ödəyir və bunu tələb edir. Mediyasiyadan keçmə məcburi xarekter daşıyır və məhkəmədən öncə iddiaçı tərəf mərhələni keçməli idi. Qanunun tələbinə əsasən tərəf mediasiya təklifi göndərildikdən sonra mediyasiya mərhələsi keçirilir. Lakin iddiaçı tərəf mediasiya təklifi göndərmədən, məsələni mediasiya mərhələsinə vermişdir. Həmçinin aliment tələb edən iddiaçı tərəf özü uşağın maddi cəhətdən saxlanması barədə vəzifəsini unudur. Aliment tələb edən ana özü də uşağı maddi cəhətdən təmin etməlidir. Həmçinin cavabdeh xx.xx.20024-cü il tarixdə sabiq həyat yoldaşı Maqamedova Elmira ilə barışıq sazişinə əsasən üç uşağın saxlanması üçün aylıq qazancın 50 faizi miqdarında aliment ödəyir. (Mediasiyada barışıq sazışıni etiraza əlavə edirəm.) Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2094/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X10 atasının X12 olmadığı müəyyən edilməsi, İddiaçı doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X10 atasının 01.1.1979-cu il təvəllüdlü Cavabdeh olması müəyyən edilməsi, 100 manat dövlət rüsumu və 300 manat vəkil xərci Cavabdeh alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş Az-V 088535 nömrəli doğum haqqında şəhadətnamədən çıxarışından görünür ki, X9 xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Vəkil1 ilə İddiaçı arasında bağlanmış X6 haqqında EM – 708 VK-23958/25 nömrəli Müqaviləyə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılığa əsasən 300 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 1/702 nömrəli, xx.xx.2025-ci il tarixli 482 nömrəli X14 görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X11 orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları müşahidə edilir. Neyrocərrahlıq xəstəxanası xəstənin stasionar tibbi Kartından 1444 nömrəli xx.xx.2018-ci il tarixli Ekpirizdən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X11 “Anadangəlmə açıq tipli hidrosefaliya ilə əlaqədar endoskopik ventrikulo stomsiya və VP şuntlamadan sonrakı vəziyyət. İki tərəfli xroniki subdural hematomaları. Əməliyyatdan sonrakı yara yeridən qapanmış fistulası. Dəmir defisitlə anemiya. Ferment çatışmazlığı diaqnozu qoyulmuşdur. Neyrocərrahlıq xəstəxanası xəstənin stasionar tibbi kartından 1609 nömrəli xx.xx.2018-ci il tarixli Ekpirizdən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X11 çıxarışdan görünür ki, hidrosefaliya. Ventrikuloperitoneal şuntlamadan sonrakı vəziyyət. Şuntun infiltrasiyalaşması distuksiyaları. Abdominal irinləmiş psevdo kista. Cərrahi əməliyatlarından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X16 2690 nömrəli, xx.xx.2022-ci il tarixli tibbi arayışdan görünür ki, yüngül dərəcəli əqli gerilik,qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitqin inkişafın spesifik pozuntusu, Kanner sindromu diaqnozu qoyulmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/8/2025-00829 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya, 10 manat poçt-kargüzarlıq xərci ödəmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Exspert omissiyasında sonuncu müayinəyə dair xx.xx.2025-ci il taixli məlumatlardan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X13 müddətsiz 2-ci dərəcəli əlildir. MŞB/11/2024-00156 nömrəli xx.xx.2024cü il tarixli barışığ sazişindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq övladları xx.xx.2010-cu il doğum tarixli X7, xx.xx.2007-ci il doğum tarixli X3, xx.xx.2012-ci il doğum tarixli X5 yetkinlik yaşına çatanadək, hər ayın 13-nə qədər, aldığı əmək haqqının yarısı həddində aliment ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən 76.1. aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-ci il üçün minimum əməkhaqqının 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin münasibətlərindən bir övladı olmuşdur. Uşağ hal-hazırda ananın himayəsindədir. Cavabdeh hal-hazırda uşağın tələbatlarını ödəmir. Bu səbəbdən də iddiaçı aliment tələbi ilə məhkəməyə müracət edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay əmək haqqısına və başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin hesablanma tarixinə münasibət bildirərək qeyd edir ki, cavabdeh aliment tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdən müraciət etmiş olduğundan alimentin hesablanma tarixi qətnamə çıxarıldığı tarixdən hesablanmalıdır. Bundan əlavə məhkəmə iddia tələbinin iddianın xx.xx.2017-ci il təvəllüdlü X4 xəstəliyi ilə bağlı hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iş matriallarına əlavə edilmiş sübutlardan da müəyyən edilir ki, X9 2ci dərəcəli müddətsiz əlildir, bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X4 xəstəliyi ilə bağlı cavabdehdən hər ay 100 manatsabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan sonra məhkəmə iddia tələbini 300 manat vəkil xərcinin və 60 manat mediyasiya xərcinin tutlması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməli iddiaçının məhkəməyə müriət etməsi üçün çəkmiş olduğu xərc cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilsin. xx.xx.2017-ci il təvəllüdlü X4 xətəliyi ilə bağlı Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 60 (altmış) manat mediyasiya xərci və 300 (üç yüz) manat vəkil xərci iddiaçı Cavabdeh tutulararq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4277/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4277/2025
25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver