Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4303/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddia ərizəsinə, qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçı qarşı “nikaha xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş Salam-zadə Namiq Hacı oğlunun və Salam-zadə Nəzakət Hacı qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 170 manat olamaqla alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. Lakin, toyları xx.xx.2015-ci il tarixdə olmuşdur. Onun cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü Salam-zadə Namiq Hacı oğlu və xx.xx.2017-ci il təvəllüdlü Salam-zadə Nəzakət Hacı qızı adlı övladları dünyaya gəlmişdir. Artıq bir neçə müddətdir ki, o cavabdehlə faktiki ayrı qalırlar. Övladları onun himayəsindədir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikaha xitam verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə faktiki olaraq toyları olsa da, rəsmi olaraq nikahları xx.xx.2017-ci il tarixindən rəsmiləşdirilmişdir və faktiki olaraq toyları olduğu vaxtdan atası Salam-zadə Namik Bəhmənmirzə oğluna məxsus olan evdə yaşamağa başlamışlar. Lakin, tədricən yoldaşı ilə aralarında müəyyən gərginliklər yaranmağa başlamış və aralarında olan bu anlaşılmamazlıq və ziddiyyətlərdən dolayı müəyyən problemlər yaşamağa başlamışlar. Artıq iki aya yaxın müddətdir ki, yoldaşı uşaqları özü ilə birlikdə götürərək atasıgilə köçmüşdür. Buna görə formal olaraq mövcud olan nikahın davam etməsinə ehtiyac yoxdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, qarşılılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdeh məhkəməyə gəlməmiş, lakin ərizə ünvanlayaraq ilk iddia tələbini qəbul etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış və 1274 nömrə ilə qeyd edilmişdir; - AZ-İİİ№997775 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Salam-zadə Nəzakət Hacı qızı xx.xx.2017-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİİ№778427 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Salam-zadə Namiq Hacı oğlu xx.xx.2016-cı ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. - Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ№293495 saylı atalığın müəyyən olunması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş X1 atası hesab edilmiş və bu barədə xx.xx.2016-cı il tarixdə 102 saylı akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1.-ci maddəsi əsasında, bu Məcəllənin 17.2.-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1.-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında qarşılıqlı razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar(onlardan biri) nikahın pozulmasını təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, tərəflər qarşılıqlı olaraq nikahın pozulmasına razı olduğundan məhkəmə tərəflərə barışıq üçün 3 ay vaxt verilmədən nikahın pozulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iddiaçı ilə cavabdehin birgə nikahlarından olan uşağın nikah ləğv olunduqdan sonra hansı valideynin yanında qalması məsələsinə münasibət bildirərək qeyd edir ki, uşağın mənafeyi əsas götürülməklə onun azyaşlı olması, ana qayğısına ehtiyacının olması halları və həmçinin Cavabdeh uşaqların anasının himayəsinə verilməsinə etiraz etmədiyini nəzərə alaraq nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü Salam-zadə Namiq Hacı oğlu və xx.xx.2017-ci il təvəllüdlü Salam-zadə Nəzakət Hacı qızı iddiaçının himayəsinə verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valdieynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideyn övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh uşaqların saxlanması üçün ondan alimentin tutulmasına etiraz etmədiyini nəzərə alaraq məhkəməyə müraciət olunduğu vaxtdan xx.xx.2016-cı il təvəllüdlü Salam-zadə Namiq Hacı oğlu və xx.xx.2017-ci il təvəllüdlü Salam-zadə Nəzakət Hacı qızının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin və qarşılıqlı iddia tələbləri təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində xx.xx.2017-ci ildə bağlanmış və 1274 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin nikahları pozulduqdan sonra onların birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Salam-zadə Namiq Hacı oğlu və xx.xx.2017-ci il təvəllüdlü Salam-zadə Nəzakət Hacı qızı anası İddiaçı himayəsində saxlansın. xx.xx.2016-cı il təvəllüdlü Salam-zadə Namiq Hacı oğlu və xx.xx.2017-ci il təvəllüdlü Salam-zadə Nəzakət Hacı qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq (müvəqqəti aliment tutlması barədə qərardad nəzərə alınmaqla) Cavabdeh hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddianın aliment tələbinə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-4303/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4303/2020
20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver