Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4408/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın tələb edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2982 №-li alqı-satqı müqaviləsinin ləğv edilməsinə, 1 (bir) ədəd GAC GS4 AT markalı, 2018-ci buraxılış ili, tipi universal, rəngi bordo qırmızı, dövlət qeydiyyat nişanı ** PS *** olan minik avtomaşınının Cavabdeh2 geri alınıb İddiaçı MMC-yə təhvil verilməsinə, həmin müqaviləyə görə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4040 manat 5 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 30 (otuz) günə görə 243 manat, qalan 120 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 1944 manat (150 günə görə 2187 manat cərimə borcu) cəmi 6237 manat, məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılır ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında bağlanmış 2982 №-li xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı 1 (bir) ədəd GAC GS4 AT markalı, 2018-ci buraxılış ili, tipi universal, rəngi bordo qırmızı, dövlət qeydiyyat nişanı ** PS *** olan nəqliyyat vasitəsini cavabdehə satmışdır. Bağlanmış Müqavilənin 4.1ci bəndinə görə satılan minik avtomaşınının qiyməti 52123 manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, tərəflər ilkin ödəniş 3523 manat olmaqla qalan 48600 manat məbləği 60 ay bərabər hissələrə bölünməklə hər ay üzrə 810 manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü xx.xx.2023-cü il tarixini müəyyən etmişlər. İddiaçı Müqavilənin 5.2-ci yarımbəndinə əsasən avtomaşını cavabdehə yararlı vəziyyətdə təhvil vermiş və istifadəsinə heç bir maneə yaratmamışdır. Bununla Müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Müqavilənin 5.1.2-ci yarımbəndinə görə “Satıcı" yəni iddiaçı “İddiaçı" MMC “Alıcı”-dan yəni cavabdehdən alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödənilməsini tələb etmək; 5.1.3-cü yarımbəndinə görə “Alıcı”-dan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödəmədiyi təqdirdə avtomaşını geri tələb etmək; 5.1.4-cü yarımbəndinə görə “Alıcı” alqısatqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 (on beş) gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, avtomaşının təhvil alınması, avtomaşının yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin “Alıcı”-nın əmlakına yönəldilməsi tələbini irəli sürməkdə haqlıdır. Müqavilənin 6.2.1-ci yarımbəndinə görə “Alıcı” maşının tam dəyərini alqı-satqı Müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəməlidir. Müqavilənin 6.2.3-cü yarımbəndinə görə “Alıcı” alqı-satqı Müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 (on beş) gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, aylıq ödəniş pulunu 15 (on beş) gün müddətdən çox gecikdirəcəyi təqdirdə isə avtomaşını təhvil verilməsi, qarşılıqlı hesablaşmaların həyata keçirilməsi, avtomaşın yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin özünün əmlakına yönəldilməsi və avtomaşına görə ödənilmiş pulun “Satıcı” tərəfindən geri qaytarılmaması tələbini eyni zamanda gecikdirdiyi dövrdə yaranmış əsas borcu və faizləri ödəməyi qəbul edir. Müqavilənin 6.2.4-cü yarımbəndinə görə “alıcı” Avtomaşının tam dəyərini ödəmədiyi təqdirdə vurulmuş ziyana görə maddi məsuliyyət daşıyır. Həmin müqavilənin 4.2-ci yarımbəndinə əsasən, “Alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə ilk bir ay gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1% həcmində cərimə ödəməlidir. Müqavilənin 4.3-ci yarımbəndinə əsasən, “Alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə növbəti aylar ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% həcmində cərimə ödəməlidir. Müqavilənin 9.2.2-ci yarımbəndinə əsasən Müqaviləyə əlavə edilmiş əsas ödəniş cədvəlinə əsasən “alıcı” öhdəliklərini iki dəfədən artıq yerinə yetirmədikdə, birtərəfli qaydada müqavilə “Satıcı” tərəfindən ləğv edilə bilər. Cavabdeh müqavilə bağlandığı gündən cəmi 15080 manat ödəniş etmişdir. O da ümumi 18 ay dövrü əhatə edir. (2018-ci ilin avqust- 2020-ci ilin yanvar ayları) 2020-ci ilin fevral ayından etibarən cavabdehin İddiaçı MMC-yə ödəniş üzrə borcu yaranmışdır və bununla da iddiaçıya 33520 manat əsas borcu qalmışdır. Cavabdeh 5 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etmiş, yəni aylıq nəzərdə tutulmuş 810 manat məbləği cəmi 4050 manatı ödəməmişdir. Cavabdehə dəfələrlə müxtəlif vaxtlarda telefon zənglər edilsə də, ödəniş etməkdən yayınır. Cavabdehə müqavilə şərtinə riayət etmək aylıq ödənişləri ödəmək yəni müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmək təklif olunmuşdur. Lakin o öhdəlikləri yerinə yetirməkdən imtina edir. Cavabdeh avtomaşını aldığı gündən bu günədək İddiaçı MMC-nə 4050 manat gecikmə borcu vardır. Beləliklə, cavabdeh müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyərək iddiaçıya ziyan vurmaqda davam edir. Eyni zamanda cavabdeh həmin gecikdirilmiş məbləğə görə əlavə 1 % hər gün üçün 30 günə görə 243 manat qalan 120 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 1944 manat cəmi 6237 manat ödəməlidir. Eyni zamanda 2982 №-li xx.xx.2018-ci il tarixli müqavilə imzalanarkən “Alıcı” Cavabdeh2 zamin durmuş tərəflər arasında eyni tarixdə bağlanmış “zaminlik müqaviləsi”nə əsasən Cavabdeh1 “Satıcı” qarşısında öhdəlik daşıyır. Zaminlik müqaviləsinə əsasən “Zamin “Satıcı” qarşısında “Borcödəyənin” müqavilə üzrə öhdəliyi ilə əlaqədar məbləğ həcmində məsuliyyət daşıyır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə 2982 №-li alqı-satqı müqaviləsi bağlanmış və ödəniş cədvəli tərtib edilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı MMC 52123 manat dəyərində olan 1 (bir) ədəd GAC GS4 AT markalı, 2018-ci buraxılış ili, tipi universal, rəngi bordo qırmızı, dövlət qeydiyyat nişanı ** PS *** olan nəqliyyat vasitəsini cavabdehə satmış, Cavabdeh2 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə üzrə alıcı öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. İş materiallarından görunur ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 2982 №-li saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 MMC qarşısında alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2019-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə 4050 manat əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 30 (otuz) günə görə 243 manat, qalan 120 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 1944 manat,cəmi 2187 manat cərimə borcu, cəmi 6237 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış alqı-satqı və zaminlik müqavilələrinin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış 2187 manat cərimə məbləğinin 10 %-i həcmində, yəni 218 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia pulun tutulması hissəsində 4268 manat (4050 manat əsas borc və 218 manat cərimə) məbləğində təmin, qələn hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 68 % hissəsində təmin edildiyindən (62xx xxxxxxxx 4268 manatın faizi) ödənilmiş 30 manat dövlət rüsumunun 20,40 manatı cavabdehə, 9,60 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2982 №-li alqı-satqı müqaviləsi ləğv edilməli, 1 (bir) ədəd GAC GS4 AT markalı, 2018-ci buraxılış ili, tipi universal, rəngi bordo qırmızı, dövlət qeydiyyat nişanı ** PS *** olan minik avtomaşını Cavabdeh2 geri alınıb İddiaçı MMC-yə təhvil verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4050 manat əsas borc, 218 manat cərimə, cəmi 4268 manat və 20,40 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2982 №-li alqısatqı müqaviləsi ləğv edilsin. 1 (bir) ədəd GAC GS4 AT markalı, 2018-ci buraxılış ili, tipi universal, rəngi bordo qırmızı, dövlət qeydiyyat nişanı ** PS *** olan minik avtomaşını Cavabdeh2 geri alınıb İddiaçı MMC-yə təhvil verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4050 manat əsas borc, 218 manat cərimə, cəmi 4268 manat və 20,40 mant dövlət rüsumu alınaraq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4408/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4408/2020
29.10.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver