Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4435/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzininin, yəni 8000 manat pulun və ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 50 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatda sürücü vəzifəsində işləmiş işlədiyi müddətdə əmək məzuniyyətinə çıxmayıb və istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi iddiaçıya hesablanıb ödənilməmişdir. Əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab, yəni illər ərzində istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi hesablanıb ödənilməmişdir. Bununla bağlı X4 Xidmətinin Bakı şəhər ərazi idarəsinə müraciət edib, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ona istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməmişdir. Bununla bağlı MMC-nin direktor əvəzi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, 2013-cü ildən 2021-ci ilədək "xxxx" MMC-də işlədiyini, lakin aralarında əmək müqaviləsi olmadığını və işlədiyi vaxtda əmək haqqını kart vasitəsi ilə aldığını dedi. 31 iyul 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 izahatında İddiaçı "xxxx" MMC-də 1 il iki ay işlədiyini və işdən çıxarılarkən ona son haqq-hesabı olan 426 manat pul ödənilmişdir. Həmçinin izahatında iddiaçının qeyd etdiyi "xxxx" ASC özəl şirkət olduğunu onlarla heç bir əlaqəsi olmadığını dedi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “8-li Xüsusi Təyinatlı Yol İstismarı “ MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmçinin müddətin bitməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş bu barədə xx.xx.2021-ci il tarixli 213 nömrəli əmr imzalanmışdır. İş materiallarında olan “8-li Xüsusi Təyinatlı Yol İstismarı “ MMC tərəfindən təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, ******************** nömrəli hesaba İddiaçı Ələsgər oğluna məxsus hesaba 426 manat pul köçürülmüşdür. İş materiallarında olan məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-5/2-29663/2023 nömrəli cavab məktubuna əsasən, “8-li Xüsusi Təyinatlı Yol İstismarı “ MMC-nin direktor əvəzi X3 barəsində inzibati tənbeh vermə haqqında 6.11.2021-ci il tarixli ******* nömrəli qərar verilmiş və həmin qərar üzrə təyin edilmiş cərimə məbləği ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. “8-li Xüsusi Təyinatlı Yol İstismarı “ MMC -nin xx.xx.2021-ci il tarixli 213 nömrəli əmrinə ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı Ələsgər oğlu ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı ödənilməmiş məzuniyyət haqqının hesablanaraq ona pul əvəzinin ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir; 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır; 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verməklə Əmiək Məcəlləsinə riayət etmişdir. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrin həlli Əmək Məcəlləsi ilə nizama salınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Bu maddənin 2-ci bəndinə görə, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinin məzmunundan görünür ki, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı işdən çıxdıqdan sonra, məzuniyyət haqqı və son haqq-hesab bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, tərəflər arasında əmək müqaviləsinin olmaması sübuta yetirildiyindən, habelə iddiaçı iddia ərizəsində istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədiyindən, təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-yə qarşı “istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4435/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4435/2023
04.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver