Məhkəmə qərarları › İş №2(008)-4481/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4481/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4481/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixdən maddi ehtiyaclarının ödənilməsi üçün sabit pul məbləğində aliment tutulması və cavabdehin ona qulluq etməyə görə kənar şəxslərə haqq ödəməklə bağlı əlavə xərclərə cəlb edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, 83 yaşı var və öz maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Tək yaşayır, ona qulluq göstərən heç kəs yoxdur. Cavabdeh onun doğma tək övladıdır. 1 ildir ki, evlənmişdir və həmin vaxtdan ona heç bir maddi yardım etməmiş və ona qulluq göstərməmişdir. Oğlu Bakıxanov qəsəbəsində yerləşən “KFC” restoranında işləyir. Aylıq təminatı normaldır. İddiaçının hazırda maddi vəziyyəti çətindir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və eyni zamanda məhkəmənin vermiş olduğu sual cavab olaraq bildirdi ki, iddiaçı 360 manat məbləğində təqaüd alsa da, qeyd edilən məbləğ onun tam saxlanamsı ehtiyaclarını ödəmir. Onun müalicəyə, daima olaraq baxıma ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, özü atası ilə yaşadığı dövrdə aldığı əmək haqqını atasına vermiş, ailə qurqduqdan sonra da bütün kommunal, xərcləri çəkmiş, atasının dərmanlarını bəzi vaxtlarda almış, atası onun qovduqdan sonra da, qonşular vasitəsilə atası ilə maraqlanmış, atası onun telfon zənglərinə cavab verməmiş, evə getsə də qapını açmamış, atası qohumlara onun atasını üzərinə qapını bağlayıb getməyini bildirmişdir. Maddi imkanının olmadığını, xərclər çıxıldıqdan sonra əmək haqqısından 31 manat pul qaldığını, atasının paltarını yuyub, yeməyini bişirib gətirə biləcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yaşayış sahəsinin kirayəsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə 400 manat məbləğində kirayə haqqı ödəməklə kirayə yaşayır. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2023-cü il tarixli məxaric orderlərindən görünür ki, Cavabdeh 4000 manat və 3000 manat olmaqla kredit götürmüşdür. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh 30 ay olmaqla 298.06 manat aylıq ödəniş müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirdi ki, o, cavabdehin xalası qızıdır. Bir dəfə evdən qovulanda 5 gün onun yanında qalmış, evə getmək istəməmişlər. Lakin o, özü demişdir ki, yaşlı insandı, getsinlər. Hər ailədə dava-dalaş olar. Yenə də araları düzəlməmişdir. Hər dəfə iddaçı onlara ayrı evə çıxın, gedin kirayəd qalın demişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, tərəflərin qonşusudur. İddiaçı Elşən 3-4 dəfə evdən qovmuşdur. Elşən lap kiçik yaşlarından işləyib, atasına qulluq edib, kommunal xərcləri ödəyib. Onlar Elşəni zəhmətkeş biri kimi tanımışlar. Aprelin 1–dən oğlu və gəlinini qovmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. Mülki işin məhkəmə araşdırılması zamanı məlum olur ki, İddiaçı əmək qabiliyyətinin olmamasını qeyd etsə də, öz ifadəsindən də məlum olur ki, yaşa görə təqaüdə çıxmaqla əlaqədar olaraq 360 manat təqaüd alır . Lakin iddiaçı qeyd edilən pul məbləğinin onun saxlanması və müalicəsi xərclərini ödəmədiyini bildirərək oğlu İddiaçı Xanabab oğlundan aliment tələb edir. Bundan əlavə iş materiallarından da məlum olduğu kimi, Cavabdeh nikahdadır, ailəsi ilə birlikdə aylıq 400 manat olmaqla kirayə haqqı və aylıq 298.06 manat olmaqla kredit ödəyir. Aylıq əmək haqqı 730 manat təşkil edir. Həmçinin iş materiallarında olan Cavabdeh kart hesabının çıxarışından görünür ki, atasına məxsus olan evin komunal ödənişləri ilə bağlı, həmçinin dərman vasitələrinin alınması ilə bağlı kart hesabından müxtəlif hesablara ödənişlər olmuşdur. Ailə Məcəlləsinin “Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi” ilə bağlı olan 82.3-ci maddənin müddəalarından da məlum olur ki, müəyyən edilən alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Məhkəmə mülki iş materiallarına nəzər yetirərək qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək onun saxlanmasını və müalicə olunması üçün ona ödənilən pensiya məbləğindən artıq pul zəruri olmasını bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı sabit pul məbləğində aliment tələb etsə də, onun saxlanması üçün hansı məbləğdə aliment göstərmədiyindən iddia tələbi bu əsasa görə də, qəbul edilə bilinməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar