Məhkəmə qərarları › İş №2(008)-4679/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4679/2020

21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4679/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan - X6 və X1 üçün onların yetkinlik yaşına çatana qədər hər ayhər uşağa gör 300 (üç yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və xx.xx.2019-cu il tarixdə doğulmuş - X2 3 yaşına çatanədək hər ay 400 (dörd yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o - İddiaçı xx.xx.2011-ci ildə Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsində 352N-li qeydi ilə rəsmiləşən nikahla cavabdeh - Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2011-ci il tarixdə - X11 və xx.xx.2019-cu il tarixdə - X7 adlı uşaqları doğulmuşlar. Onlar artıq xeyli müddətdir ki, faktiki olaraq ayn yaşayırlar, birgə təsərrüfat aparmlar. Bu vaxt ərzində uşaqları onun himayəsində qalıb, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşma ödəmişdir. Uşaqları ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o təkbaşma edə bilmir. Hal-hazırda işləmir. Onların bütün maddi xərdəri bacısı çəkir və onlar onun himayəsində yaşayırlar. Uşaqların maddi ehtiyaclarım ödəməsi üçün ərinin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən hesab edir ki, uşaqların və onun diqqətəlayiq mənafeyimi nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasmda alimentin tutulması tam qanunauyğundur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-T 016544 nömrəli, xx xxxxxx 2019-cu il tarixli nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X8 xx xxxxx 2011-ci il tarixdə, 352 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİ 673629 nömrəli, xx xxx 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 2011-ci il tarixdə Cavabdeh ilə X3 birgə nikahından X11 doğulmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İV 438058 nömrəli, xx xxxx 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh ilə X3 birgə nikahından X10 doğulmuşdur. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx xxxxx 2011-ci il tarixdə doğulmuş X11, xx xxxxxx 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa 300 manat miqdarında aliment və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 3 yaşına çatanadək hər ay 400 (dörd yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsini xahiş etsə də, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edildiyindən Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx xxxxx 2011-ci il tarixdə doğulmuş X11, xx xxxxxx 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa 170 manat miqdarında aliment tutulmalıdır. Əlavə xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edildiyindən xx.xx.2019-cu il tarixdə doğulmuş X4 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx xxxxx 2011-ci il tarixdə doğulmuş X11, xx xxxxxx 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa 170 manat miqdarında aliment və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar