Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4696/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçı Şirinova (Əhmədova) Elminaz Kamil qızının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mürasiət edərək cavabdehdən 15.05.2010-cu il təvəllüdlü X10 və 13.11.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, cavabdehlə 27.06.2009-cu il tarixdə Tərtər rayon Qeydiyyat şöbəsində bağlanmış 117 nömrə ilə qeyd edilmiş rəsmi nikaha daxil olmuşlar. Birgə nikah münasibətlərindən 15.05.2010-cu il təvəllüdlü X10 və 13.11.2012-ci il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onun yanında saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin 10.08.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 16.07.2015-ci il tarixdən başlayaraq uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 108 manat, cəmi 216 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehin alimenti ödəmək üçün kifayət qədər maddi imkanı olmadığı üçün və münasibətlərinin pisləşməsinin uşaqların psixologiyasına mənfi təsir göstərəcəyini nəzərə alaraq Sabunçu rayon Məhkəməsinin 10.08.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin, yəni 2015-ci il tarixdən 2017-ci il tarixədək olan yığılmış aliment borcundan Xəzər rayon İcra Şöbəsinin 30.05.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Hal-hazırda cavabdeh övladları ilə maraqlanmır, onların maddi tələbatını ödəmir.Cavabdehin kifayət qədər maddi imkanı vardır və hesab edir ki, iki yetkinlik yaşına çatmayan övladı üçün müəyyən olunmuş alimenti ödəmək ona hər hansı bir çətinlik törədə bilməz. Məhkəmə X3 İddiaçı ilə əvəz etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. X7 ilə Cavabdeh birgə nikahlarından 15.05.2010-cu ildə Ramal və 13.11.2012-ci ildə Zəhra adlı uşaqları doğulmuşdur . Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 10.08.2015-ci il t arixli qətnaməsi ilə Cavabdeh 16.07.2015-ci il tarixdən başlayaraq 15.05.2010-cu il təvəllüdlü X10 və 13.11.2012-ci il təvəllüdlü X14 qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində 108 manat, cəmi 216 manat alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 15.05.2010-cu il təvəllüdlü X10 və 13.11.2012-ci il təvəllüdlü X6 iddiaçı X2 yanında saxlanılması qət edilmişdir. Nikah pozulduqdan sonra iddiaçı «Şirinova» soyadını götürmüşdür. İş materiallarından görünür ki, Xəzər rayon İcra Şöbəsinin 30.05.2017-ci il tarixli qərarı ilə Sabunçu rayon Məhkəməsinin 10.08.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı birgə nikahdan olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən alimentin tutularaq ona ödənilməsini istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı iddia ərizəsi ilə 08.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. 31.12.2020-ci il tarixdə qəbul edilmiş və 01.01.2021-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, 15.05.2010-cu il təvəllüdlü X10 və 13.11.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 08.06.2021-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 175 manat aliment tutularaq iddiaçı Şirinova (Əhmədova) Elminaz Kamil qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. 15.05.2010-cu il təvəllüdlü X10 və 13.11.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 08.06.2021-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 175 manat, cəmi 350 manat aliment tutularaq iddiaçı Şirinova (Əhmədova) Elminaz Kamil qızına ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova .
Məhkəmə qərarları › İş №2(008)-4696/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4696/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver