Məhkəmə qərarları › İş №2(008)-4778/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4778/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4778/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, kreditor İddiaçı borclu X2 qarşı "aliment" tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor İddiaçı borclu X2 qarşı "aliment" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278-ci maddəsində əmr icraatında ərizənin forma və məzmunu nəzərdə tutulmuşdur. 278.1. Məhkəməyə ərizə yazılı formada verilir. 278.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 278.2.1. ərizənin verildiyi məhkəmənin adı; 278.2.2. kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 278.2.3. borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 278.2.4. kreditorun tələbi və onun əsaslandığı hallar; 278.2.5. tələbin əsaslığını təsdiq edən sənədlər; 278.2.6. əlavə edilən sənədlərin siyahısı. Ərizə və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, kreditor borclunun iş yeri olduğunu qeyd etsə də, iş yerinin ünvanını, o cümlədən şəxsin eyniləşdirmə məlumatlarını qeyd etməmişdir. Kreditor ərizəsində Cavabdeh birgə nikahından doğulmuş və yetkinlik ayşına çatmamaış xx.xx.2021-ci il təvəllüdlü övladı X1 üçün mediasiya təşkilatına müraciət etdiyi tarixdən yetkinlik yaşına çatanadək hər ay 235 manat alimentin və ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 manat pulun cavadehdən tutularaq ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Lakin kreditorun ərizəsində tələbin aşkarlığı ilə bağlı tələblərə əməl edilməmiş, yəni alimentin tutulma tarixi ilə bağlı məlumatlar, eyni zamanda mediasiya təşkilatına müraciət etdiyi tarixdən tutulmanın hüquqi əsası göstərilməmişdir. Bundan əlavə hesab edirəm ki, kreditor ərizəyə tələbi təsdiq edən sənədlər (borclunun iş yeri barədə məlumat, övladı X3 doğum haqqında şəhadətnaməsi) əlavə etməmişdir. Sübutlar əlavə edilmədiyindən məhkəmə işin hallarını müəyyən edə bilmir. Həmin Məcəllənin 278.4-cü maddəsinə əsasən Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Eyni zamanda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor İddiaçı borclu X2 qarşı "aliment" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar