Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4864/2025 28.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh Əlıkişi oğlunun iştirakları ilə İddiaçı tərəfindən verilmiş ”alimentin indeksasiyası” barədə iddiasına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlıkişi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə daxil olan tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh hər uşaq üçün 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi, ödənilən alimentin hər il ölkə üzrə minimum əmək haqqının indeksasiyası həddində müəyyən edilməsi və mediasiya xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki övladları olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin Binəqədi rayon qeydiyyat şöbəsində bağlanılmış rəsmi nikahları pozulmuşdur. Bütün bunlarla bərabər hər iki uşağın ehtiyaclarını təmin etmək tənha qadın olaraq onun üzərimə düşdüyü üçün qarşı tərəfdən aliment tələb etməyə məcbur qalmışdır. Bu günkü dövrdə uşaqların maddi - məişət şəraitini yaxşılaşdırmaq, onların təhsil xərclərini qarşılamaq onun üçün maddi cəhətdən böyük bir problemdir. Ona görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Əlıkişi oğlu iddianı qismən qəbul etdiyini bildirdi və iddianın (hər uşaq üçün 200 manat hissəsində) təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh Əlıkişi oğlunun Binəqədi rayon qeydiyyat şöbəsində bağlanılmış rəsmi nikahları pozulmuşdur. İddiaçı və Cavabdeh Əlıkişi oğluna bu barədə Azərbaycan Respublikası Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, AZ-İ-N-424435 nömrəli Nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Onların yetkinlik yaşına çatmamış iki uşaqları var - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 (AZ-T-N-129474 və AZ-T-N-756023 doğum haqqında şəhadətnamələr). Hazırda iddiaçı iki uşağın saxlanılması üçün hər uşağa hər ay 300 manat məbləğində alimentin tutulması və ödənilən alimentin hər il ölkə üzrə minimum əmək haqqının indeksasiyası həddində müəyyən edilməsi və mediasiya xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı 300 manat məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işi və əlavə gəlirləri barədə məhkəməyə sübut tədim etmədiyinə görə ölkə üzrə bir uşaq üçün yaşayış minimumu ilə müəyyən edilmiş məbləğlə kifayətlənməli və bu səbəbdən xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Əlıkişi oğludan hər ay hər uşaq üçün 246 manat məbləğində alimentin tutulması ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment tutulurkən uşağın əvvəlki təminat səviyyəsi mümkün qədər maksimal saxlanılamalıdır. MŞB/6-00934 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 azn dövlət rüsumu, 10 azn kargüzarlıq xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-ci il üçün minimum əmək haqqının 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin rəsmi nikahlarından iki övladları vardır. Tərəflərin nikahları pozulmuş, uşaqlar ananın himayəsində saxlanmışdır. Cavabdeh hal-hazırda uşağın heç bir tələbatını ödəmir. Bu səbəbdən də iddiaçı aliment tələbi ilə məhkəməyə müracət edib. İddiaçı məhkəmədən, cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, ödənilən alimentin hər il ölkə üzrə minimum əmək haqqının ideksasiya həddində müəyyən edilməsini xahiş etsədə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işi və əlavə gəlirləri barədə məhkəməyə sübut tədim etmədiyinə görə ölkə üzrə bir uşaq üçün yaşayış minimumu ilə müəyyən edilmiş məbləğlə kifayətlənməli və ilkin olaraq xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Əlıkişi oğludan hər ay hər uşaq üçün 246 manat məbləğində aliment tutulmalı olan və ödənilən alimentin hər il ölkə üzrə minimum əmək haqqının ideksasiya həddində müəyyən edilməklə ödənilməsi ağılabatardır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Əlıkişi oğlundan ilkin olaraq xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 246 manat məbləğində aliment və ödənilən alimentin hər il ölkə üzrə minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin 60 manat mediyasiya xərcinin tutması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, 60 (altımış) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əlıkişi oğlundan ilkin olaraq xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 246 manat məbləğində aliment tutulub İddiaçı ödənilsin. Ödənilən aliment hər il ölkə üzrə minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunaraq sabit pul məbləğində hesablanmaqla ödənilsin. 60 (altmış) manat mediyasiya xərci Cavabdeh Əlıkişi oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(008)-4864/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4864/2025
28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver