Məhkəmə qərarları › İş №2(008)-4889/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4889/2020

24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4889/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı aliment məbləğinin 50 %-ni uşaqlarının adına açılacaq bank hesabına köçürülməsi və həmin vəsaitlərin övladlarının 18 yaşı tamam olduqda yalnız onların özləri tərəfindən götürülə biləcəyi barədə ilk iddia tələbinə, X2 İddiaçı qarşı cavabdehdən onun xeyrinə pulun tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizsiə ilə məhkəməyə müraciət edərək uşaqlarının Sabunçu rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən onların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan aylıq gəlirinin və başqa qazancının 1/3 hissəsi miqdarında tutulan aliment məbləğinin 50 %-ni uşaqlarının adına açılacaq bank hesabına köçürülməsi və həmin vəsaitlərin övladlarının 18 yaşı tamam olduqda yalnız onların özləri tərəfindən götürülə biləcəyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda X1 Emin Ələkbər oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan uşaqlarına onun tərəfindən faktiki çəkilmiş və uşaqların səhhəti ilə əlaqədar bundan sonra da çəkilməli olan xərcləri nəzərə alaraq cavabdehdən onun xeyrinə 3000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda X5 da xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmış, lakin tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizələri və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizələr təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X3 qarşı aliment məbləğinin 50 %-ni uşaqlarının adına açılacaq bank hesabına köçürülməsi və həmin vəsaitlərin övladlarının 18 yaşı tamam olduqda yalnız onların özləri tərəfindən götürülə biləcəyi barədə iddia tələbinə dair iddia ərizəsi və X2 İddiaçı qarşı cavabdehdən onun xeyrinə 3000 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddia tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın, ilk iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi və onlara əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar