Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4909/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 4337 manat məbləğində ziyanın ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 17:15 radələrində ona məxsus “Kia Optima” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri M.Qaşqay küçəsi ilə, Ş.Əzizbəyov küçələrinin kəsişməsinə daxil olarkən sol tərəfdə Ş.Əzizbəyov küçəsi ilə hərəkət edən Cavabdeh idarə etdiyi “Kia Rio” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil “STOP” yol nişanının tələbini pozaraq qarşına çıxdığından onunla toqquşmuşdur. Hadisə yerinə gələn Bakı şəhəri, Nəsimi RPİ DYPŞ-nin əməkdaşı tərəfindən Cavabdeh barəsində İXM-nin 327.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Kia Motors” tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmişdir ki, hadisə nəticəsində onun avtomoblinə 4337 məbləğində ziyan dəymişdir. Maddi ziyanın ödənilməsi ilə əlaqədar “Atəşgah” Sığorta şirkətinə müraciət edilmiş, lakin həmin şirkətdən daxil olmuş cavab məktubunda göstərilmişdir ki, zərərvuran “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” sığorta növü üzrə qüvvədə olan sığorta müqaviləsi olmadığından avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi edilmir. Ona dörə də baş vermiş hadisə nəticəsində ona dəymiş 4337 manat məbləğində ziyanın Azərbaycan Respublikası Mülki Məcəllənin müvafiq maddələrinə uyğun olaraq hadisənin baş verməsində təqsirli olan Cavabdeh hesabına ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən mahiyyəti üzrə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən xx.xx.2024-cü il saat 17:15-də Ş.Əzizbəyov küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla İXM-nin qeyd olunan maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə 80 (səksən) manat miqdarında inzibati qaydada cərimə olunmuşdur. Cavabdeh Bakı şəhəri Nəsimi RPİ DYPŞ-nin rəisi polis polkovnik-leytenantı cənab Qara Abdullayevə verdiyi izahatından görünür ki, xx.xx.2024-cü ildə saat 17:15 radələrində etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ş.Əzizbəyov küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsinə daxil olarkən stop yol nişanı tələbini pozaraq hərəkətini davam ederkən sağdan M.Qaşqay küçəsi ilə hərəkət edən “Kia Optima” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sağ yan hissəsinə çırpılmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İddiaçı Bakı şəhəri Nəsimi RPİ DYPŞ-nin verdiyi izahatından görünür ki, xx.xx.2024cü ildə saat 17:15 radələrində ona məxsus olan “Kia Optima” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə M.Qaşqay küçəsi ilə Ş.Əzizbəyov küçələrinin kəsişməsinə daxil olarkən Ş.Əzizbəyov küçəsi ilə hərəkət edən Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü stop yol nişanlı tələbini pozaraq qarşısına çıxdığından onunla toqquşmuşlar. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 12 fevral 2024-cü il tarixli etibarnamədən görünür ki, X1 Pərviz Süleyman oğluna mülkiyyətində olan “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. “Kia motors” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Kia Optima” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4337 manat məbləğində zərər müəyyən edilmişdir. AtəşgahSığorta 29 aprel 2024-cü il tarixli O-AP-2024-0291 nömrəli məktubla İddiaçı bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində iştirak edən zərər vuran “Kia Rio” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” sığorta növü üzrə qüvvədə olan sığorta müqaviləsi olmamışdır. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”ların 3.0.2-ci bəndinə əsasən yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir. Beləliklə, avtomobilə dəymiş zərərin zərərçəkən avtomobilin sığortaçısı, yəni şirkət tərəfindən ödənilməsi üçün zərərvuran avtomobilin hadisə anında qüvvədə olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” sığorta növü üzrə sığorta müqaviləsi olmalıdır. Beləliklə, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”lara əsasən tənzimlənmədiyinə görə sığortalı avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli 9/6764 nömrəli ekspert rəyindən görünür ki, «Kia Motors» servis tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2013-cü il buraxılışlı “Kia Optima” minik markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı mühərrik həcmi 1998 olan avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 4337 manat məbləğində olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 17:15 radələrində İddiaçı idarə etdiyi “Kia Optima” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri M.Qaşqay küçəsi ilə Ş.Əzizbəyov küçələrinin kəsişməsinə daxil olarkən sol tərəfdə Ş.Əzizbəyov küçəsi ilə hərəkət edən Cavabdeh idarə etdiyi “Kia Rio” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil “STOP” yol nişanının tələbini pozaraq qarşına çıxdığından toqquşmuşdur. Hadisə yerinə gələn Bakı şəhəri, Nəsimi RPİ DYPŞ-nin əməkdaşı tərəfindən Cavabdeh barəsində İXM-nin 327.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 4337 (dörd min üç yüz otuz yeddi) manat miqdarında zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı əmlakına ziyan dəymiş, bu barədə o, İXM-nin müvafiq maddələrinə uyğun olaraq cərimə edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən şəxsin öhdəsinə qoyulmalıdır. Həmçinin mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməli olduğundan, İddiaçı məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin 4337 manat olması öz təstiqini tapdığından iddia tələbi tam təmin olunaraq, Cavabdeh dəymiş zərər məbləği tam həcmdə tutulmalıdır. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 4337 (dörd min üç yüz otuz yeddi) manat dəymiş zərər və 63 (altmış üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4337 (dörd min üç yüz otuz yeddi) manat dəymiş zərər və 63 (altmış üç) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Ekspertiza xərci olaraq 50 (əlli) manat cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4909/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4909/2024
10.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver