Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4973/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, İddiaçı, Maraqlı şəxs iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 5017/2022 nömrəli qətnamə üzrə ümumi alimentin miqdarının 150 manata azaldılmaqla, xx.xx.2016-cı il təvəllüdlü Məmməd-zadə Kamal Zakir oğluna 18 yaşına çatanadək hər ay 150 manat alimentin İddiaçı qazanc və gəlirlərindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5017/2022 nömrəli qətnaməsi ilə, Cavabdeh ərizəsi təmin olunaraq, xx.xx.2016-cı il təvvəlüdlü Məmməd-zadə Kamal Zakir oğlu üçün ödənilən alimentin miqdarı artırılaraq 193 manat olmuşdur. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5800/2022 nömrəli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs iddiası təmin olunaraq, xx.xx.2019-cu il təvvəllüdlü Məmməd-zadə Hüseyn Zakir oğlu, xx.xx.2020-ci il təvəllüdlü Məmməd-zadə Həsən Zakir oğlu və xx.xx.2022-ci təvəllüdlü Məmməd-zadə Adəm Zakir oğluna hər ay ödənilən alimentin miqdarı artırılaraq hər uşaq üçün 193 manat olmuşdur. İddiaçı qeyd edir ki, cıxarılan qətnamələr üzrə hər ay ödənilməli olan məbləğ 772 manat və əlavə olaraq az yaşlı xx.xx.2022-ci təvəllüdlü Məmməd-zadə Adəm Zakir oğlu üç yaşına çatanadək hər ay 50 manat az yaşlının anasına əlavə alimentin ödənilməsi nəzərə alınaraq 822 manat təşkil edir. Həyat yoldaşı Maraqlı şəxs hamilədir. Onlar birgə ailə təsərüfatı aparırlar. Ailələri beş nəfərdən ibarətdir. Lakin onun aldığı maaş 451 manat təşkil edir. Bu səbəbdəndə Cavabdeh ilə birgə nikahdan olan övladları xx.xx.2016-cı il təvəllüdlü Məmməd-zadə Kamal Zakir oğluna ödənilən alimentin miqdarını 150 manata azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı ona qarşı “alimentin azaldılması” tələbinə dair iddiasını qəbul etmədiyini, hazırda ödənilən məbləğin yaşayış minumumundan da az olduğunu, 193 manat pulun uşağın xərclərini qarşılamadığını, həmçinin iddiaçının iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs Hüseyin qızı ilə ailəli olduğunu və bir evdə yaşadığını deyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Hüseyin qızı 3 (üç) uşağının olduğunu, hazırda anasının evində qaldığını və iddiaçının aldığı əmək haqqının uşaqlar arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-5017/2022 nömrəli qətnamənin surətindən görünür ki, 18 iyul 2017-ci il təvəllüdlü Məmməd-zadə Kamal Zakir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1863/2020 nömrəli qətnaməsinə əsasən təyin olunmuş 170 manat alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)- 5800/2022 nömrəli qətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Məmmədzadə Hüseyn Zakir oğlu və xx.xx.2020-ci il təvəllüdlü Məmməd-zadə Həsən Zakir oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-3678/2021 nömrəli qətnaməsinə əsasən təyin olunmuş 175 manat alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdeh İddiaçı Maraqlı şəxs xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən aliment tutulması qət edilmişdir. Həmçinin xx.xx.2022-ci il təvəllüdlü Məmməd-zadə Adəm Zakir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün üçün cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü Məmməd-zadə Adəm Zakir oğlunun 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi qət etmişdir. İş materiallarında olan 5 saylı Bakı “ ASAN Xidmət” X1 AZ-T seriyalı, 209434 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, 18 iyul 2016-cı il tarixdə Məmmədzadə Kamal Zakir oğlu doğulmuşdur. Atası İddiaçı, anası isə Məmməd-zadə Sevinc Sərdar qızıdır. İş materiallarında olan 1 saylı Bakı “ ASAN Xidmət” X1 AZ-İV seriyalı, 369785 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, 13 oktyabr 2019-cu il tarixdə Məmməd-zadə Hüseyn Zakir oğlu doğulmuşdur. Atası İddiaçı, anası isə Maraqlı şəxsdır. İş materiallarında olan 5 saylı Bakı “ ASAN Xidmət” X1 AZ-İV seriyalı, 513446 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, 02 oktyabr 2020-ci il tarixdə Məmməd-zadə Həsən Zakir oğlu doğulmuşdur. Atası İddiaçı, anası isə Maraqlı şəxsdır. İş materiallarında olan 5 saylı Bakı “ ASAN Xidmət” X1 AZ-İV seriyalı, 719746 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, 23 mart 2022-ci il tarixdə Məmmədzadə Adəm Zakir oğlu doğulmuşdur. Atası İddiaçı, anası isə Maraqlı şəxsdır. İş materiallarında olan “Modern” firması tərəfindən təqdim olunan arayışdan görünür ki, İddiaçı “Modern” firmasında hal-hazırda sex rəisi vəzifəsində çalışır. Aylıq əmək haqqı 500 manat təşkil edir. Ələ çatan məbləğ DSMF ödənişləri çıxıldıqdan sonra 451,50 manat olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Belə növ iddia tələbinin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Alimentin məbləğinin azaldılması onun övladlarının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. İddiaçının əsaslandığı hallar, alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4973/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4973/2023
04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver