Məhkəmə qərarları › İş №2(008)-5002/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5002/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5002/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək 235 manat məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına qədər aliment məbləğindən əlavə 200 manat məbləğin cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək 235 manat məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına qədər aliment məbləğindən əlavə 200 manat məbləğin cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə faktiki nikah münasibətlərinə daxil olmuş, həmin münasibətlərdən xx.xx.2022-ci il təvəllüdlü X2 doğulmuşdur. Faktiki nikah münasibətləri pozulduqdan sonra cavabdeh öz övladı ilə maraqlanmamışdır. Sözügedən mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü ilə təyin edilərək tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə bildirişi xx.xx.2024-cü ildə İddiaçı "Elektron məhkəmə" informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmamasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-cı il tarixli 3 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İşdən görünür ki, İddiaçı məhkəmənin hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Eyni zamanda, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı, məhkəmə izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək 235 manat məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına qədər aliment məbləğindən əlavə 200 manat məbləğin cavabdehdən tutulması" barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X5.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar