Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5005/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İlkin iddia üzrə cavabdehin, qarşılıq iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 32 saylı Notariat Ofisində AN-1, № ******* reyestr nömrəli, 15 fevral 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Saatlı rayonu, Seyidova kənd sakini, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh ilə arasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi. Ev 133 mənzilə dair Bakı şəhəri. 32 saylı Notariat ofisində (xüsusi notarius X4) AN-1 №1243875, 15 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Arasında bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən alıcı Cavabdeh ona Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi. Ev 133 ünvanda yerləşən, sahəsi 70.4 kv.m olan fərdi yaşayış evini və 0.0331 ha torpaq sahəsini almağa görə ona 30.000 (otuz min) manat pul məbləğini ödəməlidir. O isə öz növbəsində qeyd olunan əmlakı cavabdehə təhvil verməliydir, lakin Cavabdeh onu aldadaraq qeyd olunan məbləğdən ona cəmi 14000 (on dörd min) manat ödəmiş, qalan 16000 (on altı min) manatını ödəməmişdir. Verdiyi vədləri yerinə yetirmir, bununlada ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. O, dəfələrlə cavabdehə təklif etmişdir, hətta qanunvericiliyin tələblərinə uyğun olaraq, onun yaşadığı Saatlı rayonu, Seyidova kəndinə təklif (Pretenziya) məktubuda poçt vasitəsi ilə göndərmişdir. O isə bu məsələnin həllinin müqavilənin 16-cı bəndində qeyd olunduğu kimi "Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. İlkin iddia ərizəsinin dəqiqləşdirilməsi: İddiaçı xx.xx.2025-ci il tarixində iddia ərizəsinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəmə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 32 saylı Notariat Ofisində AN-1, № ******* reyestr nömrəli, 15 fevral 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Xidməti və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cu maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi ərizəsini qəbul etmişdir. Qarşılıqlı iddia tələbi: Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qaşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşı ünvan 2 ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evini və 0,0331 ha torpaq sahəsinin Bakı şəhəri 32 saylı Notariat ofisində bağlanmış AN-1” №1243875, 15 fevral 2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsinin ləğv edilməsi barədə ilkin iddiası rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evindən və 0,0331 ha torpaq sahəsindən çıxarılması barədə qarşılıqlı iddiası təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 156.1.2-ci maddəsinə əsasən icraata qəbul etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandığı hallar: İddiaçı mənə qarşı mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evini və 0,0331 ha torpaq sahəsinin Bakı şəhəri 32 saylı Notariat ofisində AN-1” №1243875, 15 fevral 2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər arasında notarial qaydada rəsmiləşdirilmiş Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsi bağlansa da guya fərdi yaşayış evi və torpaq sahəsinə görə razılaşdırılan 30.000 manat pul vəsaitinin cəmi 14.000 manatı ona ödənilmiş yerdə qalan 16.000 manat isə ona ödənilməmişdir. Daha sonra İddiaçı Mülki Məcəllənin 421.1, 421.2-ci maddəsinə istinad etməklə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddiaçı hesab edir ki, Bakı şəhəri 32 saylı Notariat ofisində AN-1” №1243875, 15 fevral 2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsi ləğv edilməlidir. Bildirirəm ki, İddiaçı cavabdehə qarşı qaldırdığı iddia tələbi qanunsuz və əsassızdır. Eyni zamanda ilkin iddiaya İddiaçı mülkiyyətimdə olan ünvan 2 ünvanda yerləşən 70,04kv.m olan fərdi yaşayış evindən və 0,0331 ha torpaq sahəsindən çıxarılması barədə qarşılıqlı iddia ərizəsi verir. Tərəflər arasında razılaşma və qanuni olaraq notarial qaydada rəsmiləşdirilmiş alq-satqı müqaviləsindən sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən ona xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarış verilmişdir. (çıxarış əlavə edilir) Hesab edir ki, ilkin iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, iş materiallarında olan ünvan 2 ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evinin və 0,0331 ha torpaq sahəsinin Bakı şəhəri 32 saylı Notariat ofisində AN-1” №1243875, 15 fevral 2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsinin 4-cü maddəsindən görünür ki, satıcı daşınmaz əmlakı 30.000 (otuz min) manat qiymətinə satdı, Alıcı isə həmin qiymətə aldı. İlkin iddia ərizəsində iddia predmetinin hüquqi əsası kimi Mülki Məcəllənin 421.1-ci maddəsinə istinad edilir. Həmin maddəyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə müqavilələr isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən müqavilələr bağlanarkən tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının və onun etibarlı olmasının zəruri şərtlərindən biridir. Bu barədəəqdin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərini və buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. İlkin iddia üzrə iddiaçının tələbi bilavasitə sübut etmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti, incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Tərəflərin mövqeləri: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı, qarşılıq iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıq iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianı müdafiə edərək göstərdi ki, tərəflər arasında bağlanmış müqavilə Cavabdeh icra edilmişdir. Belə ki, müvafiq pul məbləği cavabdeh tərəfindən icra edilmişdir, lakin İddiaçı öz öhdəliyini icra etməyərək, mübahisəli mənzildən istifadəyə davam edir. Odur ki, qarşılıqlı iddia tələbinə uyğun olaraq cavabdehin mənzildən çıxarılmasını xahiş etmişdir. Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AN-İ seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 2 ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evini və 0,0331 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə öz hissəsini alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı Cavabdeh isə qeyd olunan daşınmaz əmlakın əvəzində 30 000 manat 00 qəpiyi ödəməyi öhdəsinə götürmüşdür. -ƏMDX Daşınmaz Əmlakın Dövlət Xidməti və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 70,04kv.m olan fərdi yaşayış evi və 0,0331 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. -xx.xx.2024-cü il tarixli, TT**********15930000 nömrəli qəbzdən görünür ki, Cavabdeh X-699 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən alqı-satqı müqaviləsi üzrə 30 min manat pul məbləğini 410400G**********79 CİF kodlu hesaba köçürmək üçün 32 saylı Notariat şöbəsinə köçürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 528.1 Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “...Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır...” Məhkəmənin mövqeyi: a) İlkin iddia tələbi üzrə (iddiaçı dedikdə, ilkin iddia üzrə iddiaçı, cavabdeh dedikdə, ilkin iddia üzrə cavabdeh başa düşülür) İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlik mülki dövriyənin davamlığını təmin edən mühüm faktorlardan biri olmaqla, əmtəə münasibətlərinin rəsmiləşdirilməsi vasitəsi kimi çıxış edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (MM-nin 385.1) Öhdəlik yaranması üçün bəzi istisnalar olmaqla, tərəflər arasında mütləq müqavilə olmalıdır. Mülki qanunvericilik “servanta sunt pacta” prinsipini rəhbər tutmaqla, müqavilənin mülki dövriyyə həyata keçirilməsində mühümlüyünü qəbul etməklə, onun şərtlərini öhdəliyin məzmunu kimi tanımaqdadır. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə satıcı İddiaçı ünvan 2 ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evini və 0,0331 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə öz hissəsini alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı Cavabdeh isə qeyd olunan daşınmaz əmlakın əvəzində 30 000 manat 00 qəpiyi ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə satıcı İddiaçı alıcı olan Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin əhəmiyyətli dərəcə pozulmasını (müqaviləsi üzrə verilməli olan 16 min manat pulun verilməməsini) rəhbər tutmaqla müqavilənin ləğv edilməsini tələb etmişdir. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (MM-nin 421.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, AR MM-nin tələblərinə müvafiq olaraq kreditor və borclu arasında öhdəlik münasibətlər üzrə mübahisələrdə sübutetmə yükünə əsasən kreditor sübutetmə yükü öhdəliyin mövcud olmasını sübut etməklə yekunlaşır və öhdəliyin icra olunmasını sübut etmək yükü isə borclunun üzərinə düşür. Həmin bu sübutetmə qaydası MM-nin 433.3-cu maddəsindən irəli gəlir. Həmin maddəyə əsasən. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır Lakin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, TT**********15930000 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən şərtləşdirilmiş pul məbləği tam olaraq ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, öhdəlik Cavabdeh tərəfindən lazımınca icra edilmiş olmasına görə MM-nin 528.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə xitam verilmişdir və ilkin iddia üzrə iddiaçının qaldırdığı iddianın qanuni əsası mövcud deyildir. Ona görə də İddiaçı Cavabdehna qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia rədd edilməlidir. b) Qarşılıqlı iddia tələbi üzrə (iddiaçı dedikdə, ilkin iddia üzrə cavabdeh: cavabdeh dedikdə isə ilkin iddia üzrə iddiaçı başa düşülür. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsası baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh mübahisəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, iddiaçı isə şərtləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür və öhdəlik iddiaçı tərəfindən lazımınca icra edildiyindən öhdəliyə xitam verilmişdir. Buna müvafiq olaraq iddiaçıya ƏMDX Daşınmaz Əmlakın Dövlət Xidməti və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir və həmin çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir Odur ki, müəyyən edilmişdir ki, cavabdeh İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüquq yoxdur. Ona görə də məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ olmayan cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə onun iradəsinə zidd olaraq yaşaması və istifadə etməsi iddiaçının həmin mənzil üzərində olan mülkiyyət hüququn pozulmasına gətirib çıxarmaqdadır. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əşyanı geri tələb edə bilər. (vindikasiya iddiası) Vindikasiya iddiasının təmin edilməsi üçün məhkəmə təcrübəsində aşağıdakı dispozisiya şərtləri nəzərdə tutulmuşdur ki, həmin tələblərin hər birinin mövcudluğu vindikasiya iddiasının təmin edilməsi üçün əsasdır, əgər həmin şərtlərdən biri olmadıqda isə iddia tələbi rədd edilməlidir. 1) Əşyanın mülkiyyətçisi iddiaçı olmalıdır. 2) Əşya cavabdehin sahibliyində olmalıdır. 3) Cavabdehin sahibliyi qanunsuz olmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir (iş materiallarında olan çıxarışdan məlum olur). Mübahisəli mənzil isə cavabdehin sahibliyində olmaqla, həmin sahiblik qanunsuzdur. Odur ki, məhkəmə yekun olaraq bu qənaətə gəlir ki, ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia rədd edilməli, qarşılıq iddia üzrə üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair iddia təmin edilməli və İddiaçı ünvan 2 ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evindən və 0,0331 ha torpaq sahəsindən çıxarılmalıdır. Nəticə hissəsi Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh ilə aralarında Bakı şəhəri 32 saylı Notariat Ofisində AN-1, №-1243875 reyestr nömrəli, 15 fevral 2024-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinin və Əmlak Məəsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastırı və X1 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilsin. İddiaçı ünvan 2 ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evindən və 0,0331 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X3