Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5115/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər bir uşaq üçün 0,7 misli (bu il üçün 280 manat), cəmi 1,4 misli (cəmi bu il üçün 560 manat) həddində sabit pul məbləğində alimentin tutulması və alimentin tutulmasının məhkəməyə müraciət edildiyi gündən hesablanması; övladları xx.xx.2025-ci il təvəllüdlü X3 xəstə olmağı və müalicəyə ehtiyacı olması səbəbindən hər ay sabit pul məbləğində 1000 manat əlavə xərcin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi; övladları xx.xx.2025-ci il təvəllüdlü X3 üç yaşı tamam olanadək iddiaçının (ananın) saxlanması üçün 305 (üç yüz beş) manat aylıq sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahı xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1316/2023 saylı məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Birgə ailə həyatlarından bir övladı-xx.xx.2015-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Qeyd etmək istəyir ki, nikahlarının pozulmasına dair müraciət edərkən cavabdehlə aralarında şifahi razılaşma olmuş və o, övladı ilə maraqlanacağına, onun maddi və mənəvi xərclərini qarşılayacağına söz vermişdir. Cavabdehlə nikahının pozulmasına səbəb onun həyat tərzi olmuşdur. Belə ki, cavabdeh halhazırda cəzaçəkmə müəssisəsindədir. Buna baxmayaraq, cavabdeh yetkinlik yaşına çatmayan qızı ilə maraqlanmır, öz atalıq borcundan və vəzifələrindən yayınmaq istəyir. Ailə münasibətləri faktiki pozulduğu gündən o övladı ilə birlikdə tək yaşayır. Bu günədək cavabdeh övladının saxlanması və xərclərinin qarşılanması üçün heç bir köməklik göstərməmişdir. O hazırda övladını saxlamaqda ciddi maddi çətinlik çəkir. Uşağın yaşının artması səbəbilə xərclərinin çoxalmasını sübuta yetirməyə ehtiyac yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5115/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment və zəruri xərc” tələbinə dair mülki işin xx.xx.2025-ci il təvəllüdlü X1 üçün aliment, müalicə və saxlama xərcinin tutulması tələbinə dair hissəsi hazırki iddia tələbindən (mülki işdən) ayrıca icraata ayrılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh daimi iş yeri olmadığını, fəhlə işlədiyini, pulun yaşayış minimumuna uyğun tutulmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN” Xİdmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 466799 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə 4465 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. Ərə Cabbarov, arvada Hümbətova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 anası İddiaçı, atası Cavabdehdur. Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, amma Cavabdeh iştirak etməmiş, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-cü il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, 2024-cü iı üzrə minimum əmək haqqı məbləğinin 0,68 mislində sonrakı artırəımalae nəzərə alınmaqla (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də cavabdehin maddi vəziyyətini təsdiq edən sənədin olmadığını, həddən artıq maddi çətinliyə salmaması və alimentin ödənilməsi real olması məqsədilə yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, iddia tələbi aliment hissəsində qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən etibarən hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli miqdarında sabit pul məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh iddiaçının xeyrinə tutulmalı, qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi xərclər hissəsində təmin edilməli 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən etibarən hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli miqdarında sabit pul məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(008)-5115/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5115/2025
08.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver