Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5130/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi verərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2990/2024 №-li xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin azaldılaraq xx.xx.2009-cu il tarixdə doğulmuş X5, xx.xx.2011ci il tarixdə doğulmuş X4, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 450 manat məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il tarixdə X5, xx.xx.2011-ci il tarixdə X4 və xx.xx.2014-cü tarixdə X6 doğulmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2990/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş üç uşağının anaları Cavabdeh himayəsində saxlanılması, onların yetkinlik yaşma çatanadək saxlanmaları üçün İddiaçıq Malik oğlundan xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, Cavabdeh İddiaçı uşaqlarla istənilən vaxt görüşməsinə şərait yaratması qət edilmişdir. Məhkəmə qətnaməsi çıxarılmamışdan əvvəldən hazırki vaxtadək bir evdə yaşayıb, birgə ailə təssərüfatı aparırlar. Həmçinin tərəfindən çox böyük çətinliklə aliment məbləği hər ay ödənilir. Bir evdə təsərrüfat aparıldığı üçün evin bütün komunnal xidmət haqları iddiaçı tərəfindən ödənilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi və s. kimi hallar nəzərə alınır. İşin faktiki hallarından görünür ki, Cavabdeh əmək qabiliyyətli şəxsdir. 2(008)-2990/2024 №-li iş üzrə keçirilmiş məhkəmə iclasında da iddiaçı Cavabdeh tərəfindən verilmiş ərizəni qəbul etməmişdir. Həmin zaman da, indi də bildirir ki, xx.xx.2024-cü il tarixdən boşansalar da, faktiki olaraq bir yerdə yaşayırlar. Barışıq sazişi aralarında formal bağlanmışdır. Sadəcə barışmaq üçün barışıq sazişi bağladı və ödəyə bilməyəcəyi aliment məbləğinə bir ailə kimi barışmaqları üçün razılıq verdi. Cavabdeh fikrinin barışmaq olmadığı ona indi aydın olmuşdur. Onu aldadaraq mediasiyada ona 660 manata qol çəkdirmişdilər. Özü çox ağır vəziyyətdə yaşayır. Bu cür sıxıntılar içində 660 manatı ödəmək imkanım xaricindədir. Faktiki olaraq bir yerdə yaşayırlar, evin bütün ehtiyacları iddiaçı tərəfindən ödənilir. Cavabdeh aşağıdakı məzmunda iddia ərizəsinə etiraz vermişdir. Nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh mediasiyaya müraciət etmiş və aralarında xx.xx.2023-cü il tarixli Barışıq Sazişi bağlanılmışdır. Həmin sazişin şərtlərinə görə onlar nikahın pozulmasına razılıq vermiş, cavabdeh üç uşağın ananın himayəsində yaşamasına razı olduğunu bildirmiş və uşaqların yetkinlik yaşma çatana qədər saxlanmasından ötrü hər ay hər bir uşaq üçün 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin verəcəyinə dair öhdəlik götürmüşdür. Lakin iddiaçı həmin barışıq sazişinin alimentin ödənilməsi hissəsində könüllü olaraq əməl etməmiş və buna görə də o, həmin barışıq sazişinin təsdiq olunmasından ötrü ərizə ilə Bakı şəhər Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(008)-2990/2024 №-li qətnaməsi ilə birgə nikahdan doğulmuş 3 uşağın saxlanılmasından ötrü əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşağa 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq ona verilməsi qət olunmuşdur. Lakin, iddiaçı alimenti bir neçə ay ödəməmiş, yalnız tərəfindən icra məmuruna edilmiş şikayətlərdən sonra aliment borcunun bir hissəsini ödəmişdir. Hazırda iddiaçının 3000 manata yaxın aliment borcu vardır. İddiaçı ərizəsində qeyd etmişdir ki, guya o, mediasiya barışıq sazişini könüllü olaraq imzalamış və şərtləri ilə aldadılaraq qəbullanmışdır. İddiaçının kifayət qədər fiziki əqli və fəaliyyət qabiliyyəti və yaşı yerindədir və ona heç kim təsir etməmişdir. İddiaçı könüllü olaraq uşaqlarının saxlanılmasından ötrü aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, guya evin kommunal xərclərini o özü ödəyir, bu tamamilə ağ yalandır, iddiaçı hər ay uşaqların alimentindən 50 manat kəsərək evin kommunal xərclərinə ödəyir, yəni uşaqların aliment puluyla, öz pulu ilə deyil. İddiaçının onunla bir təsərrüfatda yaşaması fikrinə isə bildirir ki, həmin ev birgə nikah dövründə əldə olunmuşdur, həmin evdə uşaqları ilə bərabər onun da payı vardır. Cavabdeh hal-hazırda heç bir yerdə işləmir və heç bir yerdən də maddi gəliri yoxdur. Natamam verilmiş aliment məbləği və valideyninin cüzi maddi dəstəyi ilə birtəhər dolanırlar ki, həmin evdən çıxıb başqa yerdən kirayə ev tutub yaşamağa onun qətiyyən maddi imkanı yoxdur. İddiaçı ilə eyni evdə yaşasalar da o, natamam ödədiyi alimentdən başqa onlara heç bir maddi dəstək göstərmir. Evin ərzağını və digər məsələləri isə yalnız özü həll edir. Ən əsası isə hazırki şəraitdə alimentin azaldılması qətiyyən yolverilməzdir. İddiaçının hazırki maddi durumu ayda 660 manat aliment verməyə çatır. Sadəcə o, cavabdehlə olan ədavətinə görə alimenti vermək istəmir və hər cür yolla bundan yayınmağa çalışır. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış üç uşağı var: xx.xx.2009-cu il tarixdə doğulmuş X5, xx.xx.2011-ci il tarixdə doğulmuş X4, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 (298995, 781207 və 349966 №-li doğum haqqında şəhadətnamələr). İddiaçı ilə cavabdehin arasında xx.xx.2023-cü il tarixdə aşağıdakı şərtlərlə barışıq saziş bağlanılmışdır:
1. tərəflər aralarında Kürdəmir RİHB-nın Xırdapay kəndi üzrə nümayəndəliyində bağlanmış xx.xx.2008-ci il tarixli, 23 nömrəli nikahın pozulması üçün məhkəməyə müraciət etmələri barəsində razılığa gəlmiş,
2. iddiaçı üçü uşağın analarının yanında (himayəsində) qalmasına etiraz etmməmiş;
3. İddiaçı üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürümüşdür Sabunçu Rayon Məhkəməsinin 2(008)-529/2024 №-li xx.xx.2024-cü il tarixli qətnaməsilə tərəflərin nikahı pozulmuşdur. Sonradan Cavabdeh barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsinin 2990/2024 №-li, xx.xx.2024-cü il tarixli qətnaməsilə ilə xx.xx.2009-cu il tarixdə doğulmuş X5, xx.xx.2011-ci il tarixdə doğulmuş X4, xx.xx.2014cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat miqdarında aliment tutulmuşdur. Hazırda iddiaçı ondan tutulmuş aliment məbləğinin hər uşaq üçün 150 manata qədər azaldılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəllmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Cavabdeh ailə və maddi vəziyyətində pisləşmənin baş verməsinə dair sübut təqdim etməmiş, ondan tutulması qət edilmiş 220 manat alimentin məbləği 2024-ci il üçün uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan azdır. Belə ki xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.İddiaçı ümumiyyətlə barışıq sazişin təziq altında imzalandığını bildirir, lakin barışıq sazişinin etibarsızlığı barədə məhkəməyə müraciət etməmişdir. Bu baxımdan məhkəmə iddiaçının maddi cəhətdən çətinlik çəkməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, göstərilən səbəb valideyni öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Məhkəmə qeyd etmək istəyir ki, cavabdeh 220 manat aliment ödəməyə razılıq verəndən sonra çox böyük zaman keçməmişdir. Cavabdeh arvadı ilə barışmaq üçün 220 manat alimentə razılıq verdiyini bildirmişdir. Məhkəmə qeyd etmək istəyir ki, uşaqların saxlanması üçün alimentin verilməsi nəiləsə şərtləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova