Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5172/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03.02.2013cü il tarixdə doğulmuş X4 və 31.05.2015-ci il tarixdə doğulmuş X2, 12.07.2018-ci il tarixdə doğulmuş X1 üçün ərizə verildiyi tarixdən hər ay sabit pul məbləğinində 520 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı şəxsiyyət vəsiqəsindən görünür ki, o, Bakı şəhəri, Xətai rayonunda, iddia ərizəsindən isə görünür ki, cavabdeh İmişli rayonunda qeydiyyatdadılar. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.3-cü maddəsinə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçının tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər; Göründüyü kimi, nə iddiaçının, nə də cavabdehin ünvanları Sabunçu rayonuna təsadüf etmir. İddiaçı tərəfindən iddia ərizəsinə faktiki yaşayış yerinin Sabunçu rayon olması barədə arayış əlavə edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi üzrə müəyyən edilir. Göründüyü kimi, şəxsin «yaşadığı yer» anlayışı onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində qeyd olunan ünvan kimi başa düşülməlidir. Adıçəkilən Məcəllənin: 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir; 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, hazırda iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova 2(008)-2985/2020 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi 16.03.2020 Bakı şəhəri Hakim Əsədova Tahirə Əlif qızı sədrliyi ilə Ərizəçi HACİYEVA ÜLVİYYƏ ELDAR QİZİ SABUNÇU R.İ.H. QƏYYUMLUQ VƏ HİMAYƏÇİLİK KOMİSSİYASİ maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında tələbinə dair mülki iş üzrə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hakim məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət 17:00-da başladı. Hakim mülki iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq ərizənin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərardad qəbul etdi. Prosessual hərəkət saat 17:10-da qurtardı. Protokol 16.03.2020 tarixdə tərtib edilmişdir. Hakim Tahirə Əsədova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ AZ-1040 Sabunçu rayonu, Bakıxanov Tel: (012) 452-53-50, Faks: qəsəbəsi, Oskar Əfəndiyev küç 8 (012) 425-63-86 www.sabunchucourt.gov.az Elektron ünvan İş № 2(008)-2985/2020 16.03.2020 AZƏRBAYCAN RESPUBLİKASİ, BAKİ ŞƏHƏRİ, A.ŞAİQ KÜÇ, 140; Sabunçu rayonu, Bilgəh qəsəbəsi, DÖNGƏ 3, XX QURULTAY, 14 HACİYEVA ÜLVİYYƏ ELDAR QİZİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2985/2020 nömrəli, 16.03.2020 tarixli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad _____ vərəq, ______ nüsxə Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5172/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5172/2021
25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver