Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5179/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-1758/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz beş) manat olmaqla, 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və hər ay uşaqların müayinəsi və müalicəsi üçün əlavə 200 (iki yüz) manat, 1937 manat uşaqlara çəkilmiş müayinə və müalicə xərcinin yarısı 968.5 (doqquz yüz altmış səkkiz manat əlli qəpik) manat pulun əvəzi tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə ailə qurmuşdur. Ailə qurduqdan sonra cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yaşamışlar. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 348/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə 4 saylı Bakı Asan Xidmət mərkəzində bağlanmış 122 №-li akt qeydli nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 anası İddiaçı Knyaz qızının yanında qalmaları qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(003)- 1758/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğinde alimentin tutulması qət edilmişdir. Oğlu Tunarda beyin geriləməsi var, həmçinin eşitmə qüsurludur. Beyin geriləməsi ilə müalicələri aparmışdır. LOR Hospitalda xx.xx.2023-cü il tarixdə oğlu Tunar Abdullazac müayinə olunmuş və həmin müayinə üçün 35 manat pul ödəmişdir. Referans klinikasının Eşitmə Mərkəzində xx.xx.2023-cü il tarixdə oğlu Tunar Abdullazadəyə 1600 manat dəyərində Almaniya istehsalı olan X19 3M aparatı almışdır. X12 xx.xx.2023-cü ildə Nessa Med klinikasında analizlər verilmiş, müayinədə və müalicədə olunmuş. Həmin müayinə üçün 92 manat pul ödəmişdir. X12 xx.xx.2022-ci ildə Ultramed klinikasında analizlər verilmiş, müayinədə və müalicədə olmuşdur. Həmin müayinə üçün 125 manat pul ödəmişdir. xx.xx.2024-cü il tarixdə oğlu Tunar Abdullazadəyə LOR Hospitalda qulağından müavinə olunmuş və eşitmə cihazı təmir olunmuşdur. Həmin müayinə üçün 45 manat və səs aparatının təmiri üçün 40 manat pul ödəmişdir. Həmçinin oğlu Tunar Abdullazadə hər ay loqopedə və psixoloji seaslara gedir, tez-tez eşitmə cihazı təmizlənir və təmir edilir. Hazırda uşağın maddi ehtiyacları artdığından və əlavə xərclər yarandığından alimentin hazırkı məbləği uşaqların maddi təminatını qarşılamaq üçün kifayət etmir. Ona görə də alimentin məbləğinin artırılması zərurəti yaranmışdır. Bunlardan əlavə də uşaqları dəfələrlə müalicə və müayinələrə aparmış, lakin onların çeklərini saxlamamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh X3 və X4 müayinə və müalicəsinə çəkilmiş 1937 manat xərcin yarısının 968.5 (doqquz yüz altmış səkkiz manat əlli qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılmasına dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, xx.xx.2024-cü il tarixli 45 manatlıq qəbz xx.xx.2015-ci il təvəllüdlü X3 qulaq müayinəsi üçün çəkilmiş xərcdir. xx.xx.2024-cü il tarixli 40 manatlıq qəbz xx.xx.2015-ci il təvəllüdlü X6 alınmış eşitmə cihazında yaranmış nasazlığın aradan qaldırılması ilə bağlı olmuşdur. xx.xx.2022-ci il tarixli 125 manatlıq qəbz xx.xx.2017-ci il təvəllüdlü X4 ümumi müayinəsi üçün çəkilmiş xərcdir. xx.xx.2023-cü il tarixli 92 manat dəyərində olan qəbz X4 ümumi müayinnəsi üçün çəkilmiş xərcdir. xx.xx.2023-cü il tarixli 35 manatlıq qəbz isə xx.xx.2015-ci il təvəllüdlü X3 müayinəsi üçün xərcdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ilə birgə nikahdan xx.xx.2015-ci il tarixdə oğlu X9 və xx.xx.2017-ci il tarixdə qızı X10 dünyaya gəlmişdir. Hal-hazırda, xx.xx.2024-cü il tarixdən etibarən, oğlu X9 onun yanındadır. Onun və valideynlərinin qayğısındadlr. Oğlu öz iradəsi əsasında artıq onun yanında qalmaq istəyir. Oda oğlunun onun yanında qalmasını istəyirəm. Ümumiyyətlə, o, övladlarına, övladları da ona bağlıdırlar. Övladlarının təlim-tərbiyəsi ilə o, məşğul olmağa hazırdır. Onların təhsil, səhiyyə, qidalanma və digər ehtiyaclarını öz üzərinə götürür. O uşağlarının xərcini ödəməkdən yayınmır. İddiaçı övladları Tunarın eşitməsi üçün alınmış cihazın ödənişi olan 1700 manat ondan tələb etsədə, həmin cihazın pulu məhz onun tərəfindən ödənmişdir. Belə ki, həmin məbləği iddiaçı ona bildirmiş, o isə pulu iddiaçının qardaşının kartına atmışdır. Həmin ödənişə dair qəbzi icra məmuruna təqdim etmişdir, eyni zamanda iddiaçının öz səsi ilədə bu eşitmə apartının onun tərəfindən alınmasını və həmin aparatın pulunu alimentə hesablanmasını bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 135270 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 135269 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017ci il tarixdə doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-348/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014- cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsində bağlanmış 122 №-li akt qeydli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü AbdullazadəTunar Turan oğlu və xx.xx.2017-ci il təvəllüdlü X11 anası İddiaçı yanında qalmaları qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1758/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(008)-407/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, 1 (bir) ay müddətinə, xx.xx.2024-cü il tarixinədək İddiaçı azyaşlı oğlu xx.xx.2015-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 15:00-dan 18:00-a kimi sərbəst şəkildə görüş hüququ təmin edilməsi qərara alınmışdır. 46333 nömrəli, xx.xx.2023-cü il tarixli çekdən görünür ki, "xxxx" MMC-yə 35 manat ödəniş edilmişdir. 463120 nömrəli çekdən görünür ki, Ultramed Hospitalına 125 manat ödəniş olunmuşdur. 11212773 nömrəli xx.xx.2023-cü il tarixli çekdən görünür ki, klinikaya 92 manat ödəniş edilmişdir. RT2260262 nömrəli xx.xx.2024-cü il tarixli çekdən görünür ki, Referans Hearting MMC-yə 40 manat ödəniş edilmişdir. 2119 nömrəli, xx.xx.2024-cü il tarixli çekdən görünür ki, "xxxx" MMC-nə 45 manat ödəniş edilmişdir. “Referans” Eşitmə Mərkəzinin 384 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Abdullazadə X8 Tunar üçün 1600 manat dəyəri olan “X18 3M” Almaniya istehsalı eşitmə cihazı almışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli arayışlarında görünür ki, Abdullazadə Tunar sol və sağ qulağın orta zəifliyi aşkar edilmişdir. "xxxx" MMC-nin çekindən görünür ki, X1 səs audiometriya cihazı alınmış və 35 mana ödəniş edilmişdir. İlkin mediasiyadan sonra prosesin davam etdirilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 (əlli) manat mediasiya xərci 10 manat kargüzarlıq xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 eşitmə qabliyyətinin zəyif olması səbəbindən iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 1600 manat məbləğində eşitmə aparatı alınmışdır. Cavabdeh məhkəmədə izahat verərk həmin aparatın pulun iddiaçı deyildə onun tərəfindən iddiaçının qardaşının kart vaistəsi ilə ödənilmiş olduğunu bildirsədə bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan sonra mülki iş matriallarına əlavə edilmiş 30.04.204-cü il tarixli 45 manatlıq, 30.04.204-cü il tarixli 40 manatlıq və xx.xx.2023-cü il tarixli 35 manatlıq qəbzdən görünür ki, iddiaçı tərəfindən qeyd edilən tarixlərdə xx.xx.2015-ci il təvəllüdlü X3 müayinəsi həyata keçirmək üçün ödəişlər edilmiş, həmçinin sözügedən eşitmə cihazının təmiri üçün 40 manat ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X3 müalicəsi və müayinəsi, habelə sağlamlığının bərpası üçün çəkilmiş xərcin (1600+45+40+35=1680) yarısı olan 840 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin tərəflərin birgə nikahından doğulmuş X4 ümumi müayinəsi üçün çəkilmiş 125 manat və 92 manat xərcin yarısının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı uşağının müayinə və müalicəsi zərurətini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 840 (səkkiz yüz qırx) manat pul tutularaq İddiaçı ödənilsin. 60 manat müdiasiya və kargüzarlıq xərci cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5179/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5179/2024
05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver