Məhkəmə qərarları › İş №2(008)-5253/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5253/2023

07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5253/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, görülməyən işlərin dəyəri kim 3000 manat (üç min) pul məbləğinin və tərəfindən ödənilmiş 50 manat (əlli) dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (Sifarişçi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ("Podratçı) arasında 25 oktyabr 2022-ci il tarixli, 15511 saylı "Podrat Müqaviləsi" bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndində deyilir. Bu Müqaviləyə görə "Podratçı" Müqavilənin 1.2-ci bəndində göstərilən işləri icra etməyinə işlərin nəticəsini Müqavilə ilə müəyyən olunan qaydada "Sifarişçiyə" təqdim etməyi, "Sifarişçi" isə işləri qəbul edib Müqavilə ilə müəyyən olunmuş qiymətini "Podartçıya" ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndində deyilir ki, bu Müqavilə üzrə "Podratçı" tərəfindən görülməli olan işinin icrası və görüləcək işlərə təminat verilməsini öz üzərinə götürür. Müqavilənin 2.4.2-ci bəndində göstərilir ki, Müqavilənin 1.2-ci bəndində müəyyən olunmuş işləri xx.xx.2022-ci il tarixinədək Müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirmək və işləri qəbul üçün tam hazır vəziyyətdə "Sifarişçiyə" təhvil vermək "Podratçının" vəzifəsidir. Həmin Müqavilənin 4.1-ci bəndində qeyd edilir ki, bu Müqavilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-cı il tarixinədək bağlanır. Tərəflər arasında xx.xx.2022-ci il tarixli "Sərbəst qiymətlərin razılaşdırılması" Protokoluna əsasən görüləcək işlərin dəyəri 1 (bir) kv.ın üçün 240 manat (iki yüz qırx) olmaqla, 25 kv.m-lik mənzil üçün 6000 manat (altı min) müəyyən edilmişdir. Müqavilə imzalandıqdan sonra "Sifarişçi" tərəfindən tələb olunan məbləğ Kassa mədaxil orderi vasitəsi və kart vasitəsi ilə "Podratçıya" 5400 manat (büeş min dörd yüz) ödənilmişdir. Beləliklə, "Sifarişçi" öz öhdəsinə düşən vəzifəni yerinə yetirmişdir. Lakin Müqavilədə nəzərdə tutulan vaxtdan xeyli keçməsinə baxmayaraq "Podratçı" öz üzərinə götürdüyü öhdəliyi qəsdən tam yerinə yetirməmişdir. "Podratçının" nümayəndəsi Ziya Abdullayevin tərtib etdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "Popdratçı" tərəfindən cəmi 2500 manatlıq iş görülmüşdür. 3500 manatlıq iş yerinə yetirilməmişdir. Artıq "Sifarişçinin" həmin işə marağı itdiyi üçün qalan məbləği geri tələb etmək hüuquq yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək gürülməyən işlərin dəyəri 3488 manat, smeta hesabı üçün ödənilmiş 250 manat pulun və 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümükün hesab edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Bakı Memarlıq Lahiyyələr Bürosu tərəfindən verilən xx.xx.2023-cü il tarixli, “görülmüş mövcud təmir işlərinin smeta hesabatından” görünür ki, həmin mənzildə görülən təmir işlərinin dəyəri 1912 manat olması hesablanmışdır. Həmçinin həmin qiymətləndirmə rəyinin verilməsi üçün isə iddiaçı tərəfiindən 250 manat məbləğində pul ödənmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə edilmiş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2022-ci il tarixli, 15511 nömrəli podrat müqaviləsinin surətindən görünür ki, Podratçı Cavabdeh MMC-nin müqavilədə qeyd olunan xidmətləri və işləri görməyi xx.xx.2022-ci il tarixədək öhdəsinə götürmüş, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli 15511 saylı müqaviləyə əsasən tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması barədə protokolun surətindən görünür ki, işin qiyməti və ödənişlər razılaşdırılması barədə cədvəldən görünür ki, mənzilim ümumi təmiri 25.4 kv.m ev üçün 6000 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbsindən görünür ki, İddiaçı Qabil qızı tərəfindən 3000 manat, xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən 1000 manat, xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən 1400 manat avans verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş görülmüş mövcud təmir işlərinin smeta hasabatından görünür ki, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti 3166 məhəllə 20 mərtəbəli B yaşayış binasının 8 saylı mənzildə görülmüş təmir işlərinin dəyəri 1912 manat hesablanmışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən smetanın tərtibi üçün iddiaçı X1 250 manat pul ödəmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən pullu kreditora dəymiş zərərin əvəzini ödəməyə pulludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş pullu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, pullu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada podrat müqaviləsi bağlanaraq, cavabdehə müqavilə üzrə 5400 manat pul vəsaiti verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək iddiaçı tərəfindən cavabdehə 5400 manat məbləğində pul vəsaitinin ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən iddiaçı məhkəməyə müraciət edərək, müqavilə üzrə ödəmiş olduğu pulun təmir işlərinə sərf olunmamış hissəsini geri qaytarılmasını tələb etmişdir. İddiaçı tərəfindən təqdim edilən görülmüş işlərə dair hesabatdan görünür ki, podraçı şirkət iddiaçıya məxsus evdə 1912 manat məbləğində olan təmir işləri görmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh A-Zirvə İnşaat MMC öna ödənilmiş 5400 manat puldan sərf edilməmiş məbləği iddiaçıya geri qaytarmalıdır. (5400- 1912=3488manat) Bundan başqa məhkəmə iddia tələbinin smeta hesabı üçün ödənilmiş 250 manat pulun cavabdehən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa məhkəmə iddia tələbinin 50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 3488 (üç min dört yüz səksən səkkiz) manat məbləğində pul, 250 (iki yüz əlli) manat məhkəmə xərci və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar