Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5275/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2015-ci il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər üşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərflər arasındakı nikah pozulmuş, xx.xx.2015-ci il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulmuşdur. Alimentin məbləğinin artırılmasını zəruri hesab edir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, qanuna əsasən alimentin artılırması aliment ödəyən şəxsin maddi vəziyyətində dəyişikliyin olmuşsa mümkündür, onun isə vəziyyətində dəyişiklik olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, özü Respublika Xəstəxanasında işləyir, 350 manat məbləğində əmək haqqı alır, əlavə gəliri də olur. Nikah pozulduqdan sonra uşaqları ilə 350 manat ödəyərək kirayədə qalırdılar. Hazırda bankdan kredit götürərək ev alıb və həmin evə köçüblər. Nikah pozulanda cavabdehin aylıq əmək haqqı 450 manat olub, o, saxta yolla əmək haqqının 340 manat olması barədə arayış əldə edib. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, nikah pozulanda o, iki işdə işəyirdi, 450 manat alırdı. Hazırda iki işdə işləməyə icazə olmadığından o, yalnız marketdə işləyir və 340 manat alır. Alimentin ödənilməsində ona valideynləri kömək edirlər. Xahiş edir iddia rədd edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşaqları var - xx.xx.2015-ci il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X7 (549688 və 921834 №-li doğum haqqında şəhadətnamələr). Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)- 480/2021 №-li iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay hər uşaq üçün 170 manat, xx.xx.2021-ci il tarixdən isə hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin İddiaçı ödəniməsim qət edilmişdir. İddiaçı «Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» X11-də işləyir, 415 manat məbləğində əmək haqqı alır (elktron məhkəmə sistemindən əldə edilmiş məlumat). Özünün dediyinə görə əlavə gəlirləri də olur. Cavabdeh "xxxx" MMC-də təhlükəsizlik xidmətində qoruyucu vəzifəsində işləyir, 340 manat əmək haqqı alır ("xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış, elktron məhkəmə sistemindən əldə edilmiş məlumat). Hazırda iddiaçı alimentin miqdarını hər uşağa görə 175 manatdan 193 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunmalı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edildiy kimi, cavabdehin maddi vəziyyətində nəinki dəyişiklik olmamış, hətta maddi vəziyyəti pisləşmişdir. Belə ki, tərəflərin izahatlarına əsasə nikah pozularkən onun əmək haqqı 450 manat olmuş, hazırda isə 340 manatdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində gbstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd edildiyi kimi, iddiaçının maddi vəziyyəti cavabdehə nisbətdə daha yaxşıdır, nikah pozularkən iddiaçı uşaqları ilə kirayədə qalsalar da, hazırda öz evlərində qalırlar. Bundan başqa, iddiaçı alimentin artırlamısnın zərurəti barədə də məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia rədd edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5275/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5275/2022
25.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver