Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5316/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb olunma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb olunma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı X3 əvvəlki təminatlarının səviyyəsinin maksimal saxlanılması, maddi və məişət şəraitinin qarşılığının təmin edilməsi üçün Cavabdeh əlavə xərclərə cəlb edilməklə ondan hər ay 250 manat alınaraq iddiaçıya ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ilə 19.04.2016-cı il tarixdə Bakı 1 saylı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 02.03.2017-ci il tarixdə X8 adlı bir uşağıları dünyaya gəlmişdir. Bir müddət səmimi ailə münasibətində yaşasalarda sonradan cavabdeh və onun valideyinlərinin təqsiri üzündən ailə münasibətləri faktiki olaraq pozulmuş və onlar bir müddət faktiki olaraq ayrı yaşadıqdan sonra Şəki Rayon Məhkməsinin 06.07.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikaha xitam verilmiş və birgə nikahdan olan azyaşlı X3 İddiaçı himayəmə verilməsi, 02.03.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh onun onun aylıq qazancının və başqa fəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutlaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh aylıq qazancı bir müddət 2074.00 AZN olduğundan onun ¼ hissəsi də 518.50 AZN təşkil edirdi ki, bu da azyaşlı X3 inkişafı üçün zəruri olan xərcləri qismən təmin edirdi. 2020- ci ilin aprel ayından cavabdeh işlədiyi müəssisədə işini dəyişdiyindən və orta aylıq əmək haqqı 700 AZN təşkil etdiyindən onun % hissəsi üzrə tutulmuş alimentin miqdarı təqribi 170 AZN müəyyən edilir ki, bu da azyaşlı X3 əvvəlki təminatlarını qarşılamır. Belə ki, azyaşlı X8 16 iyun 2021-ci il tarixdən bağçaya gedir və bağçanın aylıq ödənişi 500 AZN təşkil edir. Bağçada uşağın hərtərəfli inkişafına nail olmaq və onu təhsilə hazırlamaq üçün bütün zəruri şəraitlər (uşağın fiziki və psixi sağlamlığını mühafizə etmək və möhkəmləndirmək, fərdi qabiliyyətlərini inkişaf etdirmək, zehni inkişafını artırmaq, məktəbəqədər tədris vəsaitləri və uşaq idman vəsaitləri ilə təmin etmək, kefiyyətli qida ilə təmin etmək, uşağın fiziki hazırlığı məqsədi ilə ritmik gimnastika, rəqs və üzküçülük) mövcuddur. İddiaçı tərəindən cavabdehə çəkilməsi zəruri olan xərclərdə könüllü olaraq iştirak etməsi barədə dəfələrlə bildirsədə o buna əhəmiyyət verməmiş və çəkilməsi zəruri olan xərclərdə könüllü olaraq iştirak etməyəcəyini bildirmişdir. İddiaçı işləmədiyindən artıq demək olar ki, azyaşlı X3 tələbatları iddiaçının ailəsi tərəfindən qarşılanır. Cavabdeh çəkilməsi zəruri olan xərclərdə könüllü olaraq iştirak etmir. Hər ay 170 AZN bəzi aylarda isə 150, 155 AZN aliment ödəmklə kifayətlənir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin qəbul etməyərək, iddia tləbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Şəki Rayon Məhkəməsinin 2(075)-339/2019 nömrəli, 09.07.2019-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə Cavabdehu birgə nikahından doğulmuş 02.03.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinin AZ-İV seriyalı, 057246 nömrəli, 13.12.2017-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02.03.2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası X5r. “Qlobus” uşağ baxçası ilə X7 arasında bağlanmış müqavilədən görünür ki, X1 baxçada təlim tərbiyə xidməti göstərilməsi üçün vaildeyin hər ay 500 manat miqdarında xidmət haqqı ödəyir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı nə qədərdə azyaşlının aylıq ödənişi 500 manat olan baxçaya qoyaraq əvvəlki təminatlarının maksimal səviyyədə saxlanması üçün cavabdehin əlavə xərclərə cəlb edilməsini tələb etsədə, ödənişli özəl baxçaya övladını qoymasını zəruri edən halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb olunma” tələbinə dair iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb olunma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5316/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5316/2021
06.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver