Məhkəmə qərarları › İş №2(008)-5327/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5327/2024

01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5327/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı qızı cavabeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanılmış nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin, barışıq sazişinə görə ödənilən 100 manat xidmət haqqının və mediasiya üçün ödənilən 60 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və 26 02.2021 -cı il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri normal olsa da sonradan kəskin şəkildə pisləşmişdir. Bu səbəbdən o xx.xx.2024 cü il tarixində nikahın pozulması, uşaqların anasının himayəsində qalması və aliment tələbi ilə bağlı Bakı şəhəri 8 saylı mediasiya təşkilatına müraciət etmişdir. Təşkilatda mediator vasitəsiylə 19 yanvar 2024 cü il tarixli Barışıq sazişini bağlanılıb. Həmin sazışa əsasən cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021 -ci il təvəllüdlü Hüseynli Cansu Turä qızı adlı iki övladının iddiaçının himayəsində qalmasına və hər uşağa görə 235 manat alimentin ödənilməsinə və nikahın pozulmasına razılığını bildirmişdir. Sonra o Sabunçu rayon məhkəməsinə nikahın pozulması , uşaqların onun yanında saxlanılması və aliment tələbiylə müraciət etmişdir. İşə baxış zamanı məhkəmədə cavabdehlə 19 .01.2024 tarixli MŞB /8/2024 -00058 nömrəli Barışıq sazişini bağlanıldığı və uşaqların himayəsinə verilməsini və alimentlə bağlı iddia tələbiylə münasibətdə işə xitam verilməsini xahiş etmişdir. Sabunçu rayon məhkəməsi aliment və uşaqların himayədə saxlanılmasıyla bağlı işə xitam vermiş və nikahlarının pozulması haqda 2(008)- 2343/2024 saylı xx.xx.2024 tarixli qətnaməni qət etmişdir. Daha sonra uşaqların onun himayəsində olmaqlarına baxmayaraq cavabdeh alimentin ödənilməsindən və bağladığı Barışq sazişinin şərtlərinə əməl etməkdən və üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır. Bir necə aydır ki, cavabdeh aliment ödəmək istəmir. O, məcburiyyət qarşısında qalaraq alimentin alınması üçün məhkəməyə yenidən müraciət etməli olmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, tərəflər arasında MŞB/8/2024-00058 nömrəli xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanılmış, nikahın pozulması, uşaqların ananın yanında qalması aliment və əmlak bölgüsü tələbi ilə bağlı məslələr tənzimlənmişdir. Sazişə əsasən İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh hər ay hər uşağa görə 235 AZN alimentin mülki iş üzrə iddiaçıya ödənilməsi barədə razılığa gəlmişdirlər. Məhkəmə hesab edir ki, tərəflər aliment tələbi ilə bağlı artıq mediasiya mərhələsində barışıq sazişi ilə razılığa gəldiklərindən mülki iş üzrə icraata xitam verilməlidir. Odur ki, İddiaçı mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyi təqdirdə barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Hazırki iddia tələbi üzrə məhkəmə tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 153, 267- 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı cavabeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar