Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5330/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 220 manat alimentin cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinə yönəldilməklə tutulması ilə əvəz olunması" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 220 manat alimentin cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinə yönəldilməklə tutulması ilə əvəz olunması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-cı il tarixli 3 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Sözügedən mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü ilə təyin edilərək tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə bildirişi İddiaçı xx.xx.2024-cü ildə, Cavabdeh isə xx.xx.2024-cü ildə şəxsən imza etdirilməklə təqdim olunmuş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə yazılı məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı, məhkəmə izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 220 manat alimentin cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinə yönəldilməklə tutulması ilə əvəz olunması" barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X5.
Məhkəmə qərarları › İş №2(008)-5330/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5330/2024
06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver