Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5332/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh MTK-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx"-Ş MTK-dan ona ödənilməyən mənzilin kirayə haqqına görə 21.600 manat məbləğində pulun, ona təhvil verdiyi mənzili parket döşəmə ilə təmir etmədiyinə görə və buna görə ona dəyən 10.000 manat məbləğində zərərin, cəmi 31.600 manat pulun, habelə ödədiyi 185 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx"-Ş MTK ilə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx"-Ş MTK-nın ünvan 1 ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş, Xİ mərtəbəsində, 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kvm. olan mənzili təmir edərək ona təhvil verilməsini, onun isə öz növbəsində ona məxsus olan ünvan 2 ünvanda ümümi sahəsi 368,8 kvm. olan 3 saylı mənzilini "xxxx"-Ş MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əməl edərək o, xüsusi mülkiyyətində olan həmin mənzili cavabdehə təhvil vermiş və cavabdeh də ünvan 3 ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kvm. olan təmirli mənzili ona təhvil vermişdir. Lakin cavabdehlə aralarında razlışmışlar ki, onlar həmin mənzili ona parket döşəmə ilə təhvil verəcəklər. Lakin cavabdeh sözünə əməl etməmiş və ona həmin mənzili laminat döşəmə ilə təhvil vermişdir. Halbuki onun onlara təhvil verldiyi ünvan 2 ünvanda ümümi sahəsi 368,8 kvm. olan 3 saylı mənzili parket döşəməli olmuşdur. Bunu təsdiq edən fotoşəkillər vardır. Hal-hazırda mənzildə laminat döşəməni söküb parket döşəmə ilə əvəz olunması üçün 10.000 manat məbləğində xərc çəkmək lazımdır. Beləliklə də cavabdeh götürdüyü öhdəliyi pozaraq ona 10.000 manat məbləğində zərər vurmuşdur. Bununla bağıl o, dəfələrlə cavabdehə müraciət də cavabdeh həmin məbləği ona ödəməkdən imtina etmişdir. Bundan başqa cavabdehlə aralarında bağlanmış həmin müqavilənin 5.2-ci bəndində qeyd olunur ki, cavabdeh tərəfindən müqavilədə göstərilən mənzili tam təhvil verilənədək o, hər ay 5.000 manat olmaqla kirayə haqqı (arenda pulu) ödəniləcəkdi. Lakin cavabdeh həmin müqavilənin 5.2-ci bəndinin tələblərini də pozmuşdur. Belə ki, cavabdeh ona 30 aya görə hər ay 5.000 manat kirayə haqqını bu günə qədər ödəməmişdir. Beləlikdə cavabdeh 30 ay kirayə haqqına görə ona 150.000 manat pul ödəməlidir. Lakin cavabdeh ödəməkdən boyun qaçırır. Dəfələrlə o, cavabdehə və aidiyyəti orqanlara müraciət etsə də bunun heç bir köməyi olmamışdır, ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. O, hal- hazırda cavabdehdən 150.000 manat pulu hələ tələb etmir, o, bu gün cavabdehdən hər ayı 600 manat olmaqla 2017-2019cu illər üzrə mənzilin 21.600 manat kirayə haqını və 10.000 manat parketin pulunu istəyir. Cavabdeh həmin pulu ona verməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və eyni zamnda bildirmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda ümümi sahəsi 368,8 kvm. olan 3 saylı mənzilin əvəzinə "xxxx"-Ş MTK iddiaçıya S.Mehmandarov küçəsi 17 saylı ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kvm. olan təmirli mənzili və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Qəsəbəsi S.Mehmandarov 12 ünvanında yerləşən yaşayış binasının İ mərtəbəsində yerləşən ümumi sahəsi 380 kv.m olan qeyri yaşayış sahəsini verməyi öhdəsinə götürümüşdür. Mehmandarov küçəsi 17 saylı ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kvm olan mənzil ona 2019-cu ilin fevral ayında tam təmirli şəkildə təhvil verilmişdir. Hazırki vəziyyətədək cavabdeh tərəfindən ona aylıq kira haqqından heç bir məbləğ ödənmədiyi bilirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh "xxxx"-Ş MTK ilə XXİ Əsr MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Sözü gedən müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda ümümi sahəsi 368,8 kvm. olan 3 saylı mənzilin əvəzinə iddiaçıya ünvan 5 ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan təmirli mənzili və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov 12 ünvanında yerləşən yaşayış binasının İ mərtəbəsində yerləşən ümumi sahəsi 380 kv.m olan qeyri yaşayış sahəsini verməyi öhdəsinə götürmüşdür. ünvan 5 ünvanda inşa etdiyi 2 bloklu, 12 mərtəbəli yaşayış sahəsinin 1 giriş Xİ mərtəbəsində 2 otaqlı, 49 saylı, sahəsi 75,58 kv.m olan təmirli mənzil iddiaçıya 2019-cu ilin fevral ayında təhvil verilmişdir. Mənzil iddaçıya təhvil verilənədək cavabdeh tərəfində iddiaçılya aylıq 5000 manat məbləğində kira haqqı ödənilmişdir, lakin iddiaçının dediyi kimi müqaviləsə mənzili parket döşəmə ilə təhvil verilməsi nəzərdə tutulmamışdır. Məlumat üçün bildirilmişdir ki, sonrada tərərflərin qarşılığlı razılaşmasına əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov 12 ünvanında yerləşən yaşayış binasının İ mərtəbəsində yerləşən ümumi sahəsi 380 kv.m olan qeyri yaşayış sahəsinin dəyəri iddiaçıya ödənilmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 23 noyabr 2017-ci il tarixli Birgə fəaliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh MTK ilə "xxxx" MTK arasında birgə fəaliyyət etmələri barədə müqavilə bağlanmışdır. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisə dair 40 nömrəli xx.xx.2018-ci il tarixli müqavildən görünür ki, Bərgüşad-Ş MTK-nın ünvan 7 ünvanında inşa etdiyi 2 bloklu 12 mərtəbəli yaşayış binasının birinci giriş Xİ mərtəbəsində 2 otaqlı 49 nömrəli sahəsi 75.58 kv.m olan mənzili təmir edərək İddiaçı təhvil verilməsini, İddiaçı isə öz növbəsində ona məxsus Ə, Ağayev 23 saylı ünvanda ümumi sahəsi 368.8 kv.m olan 3 nömrəli mənzili Cavabdeh MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 5.2-ci bəndindən görünür ki, müqavilədə göstərilən mənzil tam təmirli təhvil verilənədək vətəndaşa hər ay 5000 manat olmaqla kirayə haqqı ödəniləcəyinə tərərflər razılaşmışlardır. -"xxxx" MTK ilə İddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında yerləşən qeyri yaşayış sahəsnə dair 03 nömrəli xx.xx.2018-ci il tarixli müqavildən görünür ki,, "xxxx" MTK ünvan 8 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının giriş İ mərtəbəsində ümumi sahəsi 380,0 kv.m olan qeyri-yaşayış sahəsini təmir edərək İddiaçı təhvil verməsini, İddiaçı öz növbəsində ona məxsus ünvan 9 ünvanda ümumi sahəsi 368,8 kv.m olan 3 nömrəli mənzili "xxxx" MTK-ya təhvil verməyi öz öhdəsinə gütürmüşdür. -10 mart 2018-ci il tarixli 41 saylı Birgə fəaliyyət haqqında müqaviləyə əlavədən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 yanvar 2018-ci il tarixli 40 saylı müqaviləyə əsasən İddiaçı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 368,8 kv.m olan 3 nömrəli mənzili "xxxx" MTK-ya təhvil verilir, əvəzində isə "xxxx" MTK tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında 380 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı təqdim edilməlidir. Bu Əlavənin 1-ci bəndində qeyd edilənlərin təmin edilməsi üçün XXİ ƏSR MTK ilə İddiaçı arasında yeni müqavilənin bağlanması təmin edilməlidir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 40 saylı müqavilənin 1.1-ci bəndini əsas götürərək Bərgüşad-Ş MTK tərəfindən ilə İddiaçı verilməli 75.58 kv.mlik 2 otaqlı 49 saylı mənzilin verilməsi öz qüvvəsində qalır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 133, 135, mənzil 49 yeni qaydalarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X14 küçəsi, 135, M11, mənzil 4 xx.xx.2021-ci ildən İddiaçı mülkiyyətindədir. - xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, 03 may 2018-ci il tarixli aktlardan görünür ki, X1 Tamara Zakir qızı ilə bağlanmış müqaviləyə əsasən ünvan 9 ünvanda ümumi sahəsi 368,8 kv.m olan 3 nömrəli mənzilə görə Cavabdeh MTK-nın kassasından 5000 manat vəsait məbləğində kirayə haqqı təhvil verdi. - xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli aktlardan görünür ki, İddiaçı ilə bağlanmış 40 nömrəli müqaviləyə əsasən ünvan 10 ünvanında inşa edilmiş çoxmərətəbəli yaşayış binasının 2 otaqlı 49 saylı mənzilinə görə 600 manat vəsait məbləğində kirayə haqqı ödənilir. - xx.xx.2018-ci iltarixli aktdan görünür ki, İddiaçı ilə bağlanmış 03 nömrəli müqaviləyə əsasən ünvan 11 ünvanında yerləşn 380,0 kv.m qeyri-yaşayış sahəsini X9 874000 manat vəsait məbləğində təhvil verir. xx.xx.2018-ci il tarixində həmin vəsaitin 874000 manat X2 şahidliyi ilə X5 təhvil verilmişdir. -İddiaçı 10 mart 2018-ci il tarixli notarial qaydada vermiş olduğu ərizəsindən ərizəsindən görünür ki, onunla XXİ Əsr MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış obyektinin dəyəri ona tam ödənildiyindən həmin qeyri-yaşayış obeyti ilə digər şəxslərlə bağlanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən habelə tərəflərin məhkəmə iclaslarında vermiş olduğu izahatlarından görünürki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsaən iddiaçı öz mülkiyyətində olan 368.5 kv.m olan qeyriyaşayış obyektini cavabdeh Bərgüşa-Ş MTK-ya xx.xx.2018-ci il tarixdə təhvil verməyə, cavabdeh isə iddiaçıya 360 kv m olan qeyri-yaşayış sahəsini və ünvan 7 ünvanında inşa etdiyi 2 bloklu 12 mərtəbəli yaşayış binasının birinci giriş Xİ mərtəbəsində 2 otaqlı 49 nömrəli sahəsi 75.58 kv.m olan mənzili tam təmir edərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən Sabunçu rayonu ünvan 12 ünvanında inşa etdiyi 2 bloklu 12 mərtəbəli yaşayış binasının birinci giriş Xİ mərtəbəsində 2 otaqlı 49 nömrəli mənzil iddiaçıya təqdim edilənədək cavabdeh iddiaçıya aylıq 5000 manat olmaqla kira haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin vermiş olduğu izhatlardan müəyyən edilir ki, Sabunçu rayonu Bakıxanov qəsəsbəsi S.Mehmandarov 17 küçəsi ünvanında inşa etdiyi 2 bloklu 12 mərtəbəli yaşayış binasının birinci giriş Xİ mərtəbəsində 2 otaqlı 49 nömrəli mənzil 2019-cu ilin fevral ayında iddiaçıya tam təmirli vəziyyətdə təhvil vermişdir. İddiaçıya hazırda məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə nəzərdə tutulan aylıq 5000 manat kira haqqının 30 ay aylıq 600 manat hesablanmaqla 21.600 manat verilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, mülki işidən görünür ki, qeyd edilən mənzil 12 ay ərzində iddiaçıya tam təhvil verilmişdir. İddiaçı hansı səbəbdən kira haqqını 12 deyildə 30 ay hesablanmaqla təhvil verilməsini məhkəməyə izah edə bilmədiyindən məhkəmə hesab edir ki, kira haqqı mənzil cavabdehə təhvil verildiyi tarixədək hesablanmalı bundan sonra iddia tələbinin əsaslığına hüquqi qiymət verilməlidir. Habelə, mülki işin matriallarından da görünür ki, cavabdeh MTK xx.xx.2018-ci il tarixli müqavilə üzrə ilk 4 ay 5000 manat olmaqla cəmi 20000 manat daha sonra isə 7 aylıq 600 manat olmaqla cəmi 3500 manat məbləğində aylıq kira haqqını iddiaçıya ödəmiş, iddiaçı isə akta imza edərək həmin pul məbləğlərini qəbul etmişdir. Məhkəmə iddiaçının cavabdehdən aylıq 600 manat kira haqqının tələb etməsini nəzərə alaraq qeyd edir ki, mülki işin matriallarına cavabdeh MTK tərəfindən təqdim edilən aktlardan görünür ki, cavabdeh tərəfindən 12 ay ərizində iddiaçıya 23500 manat kira haqqın ödənmiş olduğundan və ödənilən kira haqqının iddiaçının tələb etdiyi puldan yəni aylıq 600 manat hesablanmaqla 12 ay ərizində ödənilməli puldan (600manat*12ay=7200manat), hebelə iddiaçının tələb etdiyi kimi 30 ay (30ay*600manat=18000manat) hesablansa belə çox olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə iddia tələbinin cavabdehin döşəmənin paket deyildə laimantdan etməsinə görə ona dəymiş 10000 manat ziyanın cavabdehdən iddaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matraillarıan əlavə edilmiş xx.xx.2018-ci il tarixli müqavilədən cavabdehin mənzilin döşəməsini parket matriall vasitəsi ilə təmir etdirilməsinə dair öhdəlik olmadığından iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5332/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5332/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver