Məhkəmə qərarları › İş №2(008)-5450/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5450/2023

26.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5450/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə "İnvest-AZ İnvestisiya Şirkəti» QSC arasında 20 ədəd səhmin alqı-satqısı barədə bağlanmış xx.xx.2022-ci il tarixli, F-İX-193-2-2GAGXH9/22 №-li müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-nin 28 ədəd səhminə malik olmuşdur. Oğlu müharibədən qayıtdıqdan onun sağlamlığının bərpa etmək üçün iddiaçıya müəyyən məbləğdə pul lazım oldu. Bununla əlaqədar o, "xxxx" ASC-yə müraciət etdi. Özünü müdiriyyətinin yaxın adamı kimi təqdim edən Bərxudarova Vəsilə ona səhmlərini satmağı təklif etdi. Əgər o, səhmlərini satarsa, ona hər il 200 manat pul veriləcəyinə inandırdı və o, məcbur olub səhmlərimi satdı. xx.xx.2022-ci il tarixli, F-İX-193- 2-2GAGXH9/22 №-li müqavilə əsasında 1 ədədinin qiyməti 40 manat 20 ədəd səhmi "xxxx" Şirkət QSC-yə 1120 manata satdı. 2023-cü ilin may ayında iddiaçı aldadıldığını başa düşmüş və daha sonra öyrənmişdir ki, Bərxudarova Vəsilə səhmdarları aldadıb, onlara məxsus səhmləri satmağa məcbur edir və bunun əvəzində Səhmdar Cəmiyyətin rəhbərliyindən yaxşı qonorar alır. Onun bu hərəkətləri səhmdarların böyük hiddətinə səbəb olur. İddiaçı aldadıldığını bildikdən sonra səhmlərini geri qaytarmaq istədi, lakin buna nail ola bilmədi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələlərinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar