Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5503/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə, vəkili və numayəndəsi X4, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh Edress X3rşı müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh X7 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında bağlanmış 28.09.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə ödənilməmiş 6600 manat icarə haqqının, bu məbləğə 3 il ərzində illik 5 % bank uçot dərəcəsi faizlərinin (330 x 3 il), yəni 990 manatın, ödənilməmiş vergi borcunun (235 manat) və vurulmuş mənəvi zərərin 3000 manat, cəmi 10 825 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, 28.09.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsi, 94 saylı bağ evinin yanında yerləşən ümumi sahəsi 0,09 ha torpaq sahəsinin iddiaçıya məxsus olan hissəsini cavabdehə icarəyə vermişdir. İcarə haqqının 200 manat müəyyən edilməsinə baxmayaraq, cavabdeh heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, vəkili və numayəndəsi X6 idda ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Eyni zamanada qeyd etdilər ki, iddiaçı özü bir neçə ildir ki, Azərbaycan Respublikasından xaricdə yaşayır, o, 23.04.2018-ci il tarixdə atası Nümayəndə 20 il müddətinə etibarnamə vermişdir. Hazırki iddia ərizəsində də iddiaçının yerinə imzanı məhz Nümayəndə atmışdır. Lakin, Nümayəndə imza edərkən öz imzasını deyil, oğlunun adına soyadına uyğun imzanı icra etmişdir. Məhkəmə iclasında izahat verən cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, qeyd etdi ki, icarə müqaviləsi bağlanan zaman onun müvəkkilinin tərcüməçi ilə təmin edilmə hüququ pozulmuş, o, alqı-satqı müqaviləsinə imza atdığını düşünmüş, bu səbəbdən də icarə haqqı ödəməmişdir. İddiaçı ilə cavabdehin arasında olan razılaşmaya əsasən, cavabdeh hüquqi şəxs yaratmalı idi ki, sonradan torpaq şirkətin adına keçsin. Cavabdeh iddiaçı və atası tərəfindən aldadılmışdır. Bundan başqa, iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır(sənədlər iş materialalrına əlavə edilmişdir). Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 179,6 kv metrdən ibarət olan 94 saylı bağ evi və 0,09 ha torpaq sahəsi ******* №-li, 11.01.2018-ci il tarixli Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh X10 10.10.1964-cü il tarixdə doğlumuşdur, X1 vətəndaşıdır. İddiaçı ilə cavabdeh arasında 28.09.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda adıçəkilən daşınmaz əmlaka dair iki müqavilə bağlanmışdır: 179,6 kv metrdən ibarət olan 94 saylı bağ evinin AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi: 9 sot torpaq sahəsinin icarə müqaviləsi. İcarə müqaviləsinin müddəti 28.09.2023-cü il tarixədək müəyyən edilmiş, müddətin bitməsinə 1 ay qalmış müqavilənin pozulmasına dair təklifin irəli sürülmədiyi təqdirdə müqavilənin 1 il müddətinə uzadılmış hesab edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4cü bəndində aylıq icarə haqqının 200 manat olması, 7-ci bəndində müqavilənin ləğv edilməsinin tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi, 9cu bəndində icarəçinin hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə verginin ödənilməsi nəzərdə tutulmuşdur. Alqı-satqı və icarə müqavilələrində cavabdehin tərcüməçi ilə təmin edilməsi qeyd edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilən məlumata əsasən Cavabdeh X10 notariat kontorunda əməliyyat apararkən icarə müqaviləsinin mətninin tərcüməsi öz tərcüməçisi tərəfindən təmin edilmişdir. Müqavilələr bağlandıqdan sonra daşınmaz əmlaka dair yeni ******* №-li Çıxarış verilmişdir – bağ evinə dair Cavabdeh X10nin adına (qeydiyyat tarixi 04.10.2018-ci il), 0,09 ha torpqa sahəsinə dair İddiaçı adına (qeydiyyat tarixi 17.10.2018-ci il). Cavabdeh X10 torpağa dair icarə müqaviləsi bağlanıqdan sonra bu günə kimi icarə haqqı ödəməmişdir. Bu hal işin mübahisəsiz halı olduğundan məhkəmə əlavə araşdırma aparmamışdır. İddiaçı cavabdehə adıçəkilən bağ evinin ünvanına müqavilənin ləğvinə dair 22.05.2021-ci il tarixdə pretenziya göndərmiş (000451 №-li poçt qəbzi), 23.05.2021-ci il tarixdə «ünvan bağlıdır» qeydi ilə pretenziya geri qayıtmış, iddia ərizəsini məhkəməyə 24.06.2021-ci il tarixdə göndərmişdir. Hazırda iddiaçı icarə müqaviləsinin ləğv edilməsini, ona dəymiş maddi və mənəvi ziyanın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edildiyi kimi, cavabdeh müqavilə üzrə öhədliklərin icra etməmiş, vaxtıvaxtında razılaşdırılmış icarə haqqını ödəməmişdir. Məhkəmə, cavabdeh tərəfindən müqavilənin mənasını anlamadığını inandırıcı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahəsilərini mülkiyyət,istifadə və icarə hüququnda əldə edə bilərlər, 3-cü bəndinə əsasən əcnəbilər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Bundan başqa, nə qədər ki, icarə müqaviləsi qüvvədədir, onun müddəaları şübhə altına alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Həmin Məcəllənin 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd edildiyi kimi, iddiaçı bir ay qalmış cavabdehə bildiriş göndərmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 28.09.2018-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir. İcarə müqaviləsinin bağlanmasından iddia verilən vaxta qədər 33 ay keçmişir. Odur ki, məhkəmə hesab edir ki, 6600 manat (33 ay x 200 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, müqavilə üzrə vergini tələb etmə hüququ iddiaçıya deyil, müvafiq vergi orqanına məxsusdur. Odur ki, iddia 235 manat verginin tutulması hissəsində rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, 990 manat maddi və 3000 manat mənəvi ziyanın tutulmasına dair subutlar təqdim edilmədiyindən iddia həmin hissədə də rədd edilməlidir. İddia ərizəsinin iddiaçının imzasının imitasiya edilməsi ilə qanuni nümayəndəsi tərəfindən imza edilməyinə və bununla əlaqədar cavabdehin nümayəndəsinin işin baxılmamış saxlanılması barədə vəsatəitinə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda baxılmamış saxlanılır. İddiaçı tərəfindən atasına 20 il müddətinə verilən notarial qaydada təsdiq edilmiş etibarnamədə iddia ərizəsini imzalamaq kimi səlahiyyət verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, nə qədər ki, qanuni nümayəndənin belə bir səlahiyyəti olmuşdur, imzanı hansı qaydada icra etdiyi əhəmiyyətli deyli və bu hal ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh X10 arasında bağlanmış 28.09.2018-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. İcarə müqavilə üzrə ödənilməmiş 6600 manat icarə haqqı Cavabdeh X10dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlə rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5503/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5503/2021
06.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver