Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-556/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyət hüququnun bərpası və mülkiyyətə törədilən maneələrə son qoyulması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyət hüququnun bərpası və mülkiyyətə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarının bərpa edilməsi, onlara məxsus 576 və 576 a saylı bağ sahələrinin giriş qapılarını açılması və həmin qapıların qarşısında inşa edilmiş hasarın sökülməsi, bağ sahələrinə gediş-gəlişlərinə törətdilən maneələrə son qoyulmasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı2 rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X2 ərizə təqdim edərək işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən qeyd edir ki, ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyət hüququnun bərpası və mülkiyyətə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı2 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-556/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-556/2023
22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver