Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5562/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutularaq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları xx.xx.2013cü il tarixdə rəsmi olaraq Bakı şəhəri,Sabunçu rayon Qeydiyyat şöbəsində 308 nömrə ilə qeyd etdirməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından bir uşaqları doğulmuşdur - 07.08. 2014-cü il tarixdə X4. Cavabdehlə yaranmış narazılıqlar nəticəsində nikahları Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-4872/2020 №-li, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, X2 onun himayəsində saxlanılmaqla, yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb verilməsi qət edilmişdir. Həmin vaxt cavabdehin rəsmi iş yeri olmadığı üçün cavabdehdən alimentin sabit pul məbləğində tutulması barədə iddia qaldırmışddır. Lakin artıq cavabdeh xeyli müddətdir ki, işləyir və ayda 2000 manatdan da çox əmək haqqı alır. Bu səbəbdən də təkrarən məhkəməyə müraciət edərək alimentin cavabdehin qazancının və sair gəlirlərinin müəyyən hissəsi kimi tutulmasını istəyir. Cavabdeh iddiaya etiraz verərək, iddiaçı aliment məbləğinin artırılması tələbini əmək haqqından başqa “13-cü ayın əmək haqqının”, məzuniyyətə çıxarkən orta aylıq əmək haqqının 3 misli miqdarında məzuniyyət pulunun da 1/4 hissəsinin tutulmasını istəmişdir. İddiaçı bir ilin içərisində heç bir zərurət olmadan 4 ayrı-ayrı məktəb dəyişmişdir. Bu, əlbəttə uşağın inkişafında mənfi iz buraxmış, onun əqli və fiziki inkişafına kömək etməmişdir. Hesab edir ki, iddiaçı tərəfindən uşağın inkişafı üçün bu cür yanaşma yanlışdır və bir ata kimi bu onu narahat etməyə bilməz. Məhkəmə tərəfindən müəyyən ediləcək alimentin uşağın saxlanılmasına, onun əqli və fiziki inkişafı üçün sərf olunmasına nəzarət qanunvericilikdə nəzər tutulmuş qaydada həyata keçirilməsi mexanizmi müəyyən edilməsinin təmin edilməsini xahiş edir. Hesab edir ki, əmək haqqından stabil olaraq nikaha daxil olmazdan əvvəl də, nikah pozulandan sonra tutulan məbləğlər alimentə cəlb edilməli deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində qeyd olunmuşdur ki, uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmıç bank hesabına köçürmək barədə qərar çıxara bilər. Ona görə də həmin maddəyə istinad etməklə bu məsələ həll edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, özü işləmir, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, cavabdeh özü Dövlət Təhlükəsizlik Xidmətində işləyir və təxmini 2000 manat əmək haqqı alır. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil etirazın məzmununa uyğun izahat verərək iddianın qismən təmin edilməsi, eyni zamanda alimentin 50 faizdən çox olmayan məbləğini uşağın adına açılmış bank hesabına köçürməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, Xarici Kəşfiyyat Xidmətində işləyir və 2200 manat əmək haqqı alır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərk, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2014-cü il tarixdə doğulmuş X4 (3 saylı Bakı «ASAN xidmtə» X3 tərəfindən verilmiş AZ-İİİ seriyalı 388173 №-li doğum haqqında şəhadətnamə). Sabunçu rayon məhkəməsinin 2(008)-4872/2020 №-li iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahlarının pozulması, X2 anasının yanında saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin atasından alınıb anasına verilməsi qət edilmişdir. Qətnamə çıxan vaxt cavabdeh işləmirdi. Hazırda cavabdeh Xarici Kəşfiyyat Xidmətində işləyir və özünün verdiyi izahata əsasən 2200 manat əmək haqqı alır. Cavabdeh nikaha qədər "xxxx" ASC-dən ayda 160 manat ödəmək şərtilə xx.xx.2043-cü il tarixədək 35000 manat məbləğində ipoteka krediti götürmüşdür. Cavabbeh nikah pozulandan və 170 manat aliment təyin olunandan sonra xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən ayda 440,71 manat ödəmək şərtilə xx.xx.2026-cı il tarixədək 15000 manat məbləğində kredit götürmüşdür. Hazırda iddiaçı alimentin məbləğinin dəyişdirilməsi, cavabdehin əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı və qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edildiyi kimi, 170 manat aliment təyin olunan zaman cavabdeh işləmirdi, hazırda işləyir və yüksək əmək haqqı alır. Qeyd edildiyi kimi, kreditin biri nikahdan əvvəl götürülmüş və 170 manat aliment təyin edilən vaxt həmin kredit mövcud idi. Digər kredit, niah pozulandana sonra götürülmüşdür (ayda 440,71 manat ödəmək şərtilə). Məhkəmə hesab edir ki, cavabdehin əmək haqqı yeni təyin edilən aliment məbləği ilə yanaşı həmin kreditin ödənilməsinə də yetərlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulmalıdır. Belə ki, Ailə Məcəllsinin 76.1, 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideynlərindən qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.1-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh alimentin 50 faizdən çox olmayan məbləğinin uşağın adına açılmış bank hesabına köçürməsini istəyir. Məhkəmə hazırda 10 yaşında olan Ayanın gələcəyini təmin etmək məqsədilə, iddiaçının da əmək haqqının yüksək olduğunu nəzərə alaraq, hesab edir ki, Cavabdeh tərəfindən ödəniləcək alimentin 40 faizi X2 adına açılmış bank hesabına köçürməlidir. Belə ki, Ailə Məcəlləsinin: 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq İddiaçı xeyrinə tutulsun. Təyin edilmiş alimentin 40 faizi X2 adına açılmış bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5562/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5562/2023
30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver