Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5573/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia və iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə verərək xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı Cavabdeh xeyrinə 200 manat sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq, 150 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-4010/2019 №-li qətnaməsi ilə X3 İddiaçı qarşı iddiası təmin edilmiş, aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş X5 anası, Cavabdeh yanında qalması və İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin ödənilməsi İddiaçı çətinliklər törətməkdədir. Belə ki, İddiaçı xx.xx.2020-ci ildə X4 ilə rəsmi nikah bağlamış və yeni ailə həyatı qurmuşdur. İkinci nikahdan xx.xx.2021-ci il tarixdə xəstə, X7 doğulmuşdur. Doğulandan bu günə kimi onun müalicəsi davam edir. Onu da saxlamaq lazımdır. İddiaçı həmişə birinci nikahdan olan övladının maddi tələblərini qarşılamış, onun qayğısına qalmış, bir ata kimi ona mənəvi dəstək olaraq atalıq vəzifəsini layiqincə yerinə yetirmiş və hal-hazırda da yerinə yetirməkdədir. Ailədə yeganə işləyən İddiaçıdur və o, ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Alimentin 200 manat miqdarında olması səbəbindən kirayə haqqının ödənilməsi, uşağın müalicəsi və saxlanması ailəsinin maddi təminatını çox çətinləşdirmişdir. İddiaçı iki müəssisədə yarımştat işlədiyindən ailəsinin tələbatını qismən təmin edirdi. İşlədiyi müəssisə fəaliyyətini dayandırdığından, hal-hazırda yarım işlədiyi müəssisədən 180 manat maaş alır. Əmək haqqının aşağı olması səbəbindən birinci nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X1 müəyyən edilmiş məbləğin ödənilməsi ilə qurduğu ailəsinin tələbatlarının ödənilməsində və ikinci nikahdan olan Dənizin müalicəsində çətinlik yaradır. Ailə acınacaqlı vəziyyətdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə verərək işin baxılmamamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5573/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5573/2023
01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver