Məhkəmə qərarları › İş №2(008)-5616/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5616/2025

23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5616/2025 23.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh, tərcüməçi X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "cavabdehdən uşağın saxlanması üçün rəsmi gəlirinin 25% miqdarında alimentin tutulması, cavabdehin işlədiyi müəssisəyə və digər aidiyyəti orqanlara sorğu göndərilərək aylıq gəlirinin müəyyən edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə xx.xx.2024-cü ildə bağladığı barışıq sazişində xx.xx.2017ci il təvəllüdlü X2 üçün tutulması müəyyən olunmuş 300 manat alimentin dəyişdirilərək cavabdehdən əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən 300 manat məbləğində alimentin ödənilməsinə dair aralarında razılıq olsa da, halhazırda bu məbləğ uşağın əsas ehtiyaclarını qarşılamır. Uşaq məktəbə, idman və müxtəlif fənn hazırlıqlarına gedir. Bu səbəbdən gündəlik xərclər əhəmiyyətli dərəcədə artmışdır, bundan əlavə, o, kirayə mənzildə yaşayır. Məhkəmə baxışı zamanı İddiaçı tələbini müdafiə edərək bildirmişdir ki, hər ay 300 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair barışıq sazişi mövcud olsa da, hazırda uşağın tələbatları artmışdır. Bundan başqa, cavabdeh bir ildir ki, uşaqla marağlanmır, məşğələlərə və ya həkimə aparılmasında köməklik göstərmir. Hesab edir ki, cavabdehin kredit borcunun olması onu uşağa maddi yardım göstərmək vəzifəsindən azad etmir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, əldə etdiyi gəlir 1300-1600 manat olur. Eyni zamanda hazırda krediti borcu vardır, həmin borc ödənildikdən sonra o, tələb olunan aliment məbləğini ödəyə bilər. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı nikahı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında xx.xx.2024-cü ildə Bakı 16 saylı Mediasiya Təşkilatında "Barışıq sazişi" bağlanmış, sazişdə İddiaçı birinci tərəf, Cavabdeh ikinci tərəf adlandırılmışdır. Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: "Tərəflər nikahın pozulmasına razıdır və bununla bağlı qaldırılacaq iddiaya etiraz etməyəcəklər. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində qalmasına razıdır. Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 2024-сü ilin sentyabr ayından etibarən İddiaçı adına olan bank hesabına hər ау 300 manat aliment ödəyəcək. Cavabdeh birga nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X3 istədiyi zaman (həftə ərzində 1 gün yanında saxlamaq şərti ilə) görüşə biləcək. Cavabdeh birga nikahdan anadan oİmuş xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası İddiaçı ilə birlikdə ölkə xaricinə çıxmasına (gеri qayıtmaq şərti ilə) etiraz etmir. Cavabdeh İddiaçı ümumilikdə 10000 manat (xx.xx.2024-cü il tarixədək 3000 manat, xx.xx.2024-cü il tаriхədək 2000 manat, xx.xx.2025-ci il tаriхədək 5000 manat) ödəməyi öhdəsinə götürür. Cavabdeh bu xx.xx.2024-cü il tаriхədək mülki etibarnamə (7Е-31553, 12.10.202З) ilə bütün səlahiyyətləri özünə verilmiş 77GV527 nömrə nişanlı Mercedes Benz markalı avtomobili İddiaçı adına sənədləşdirməyi öhdəsinə götürür. Tərəflər bu saziş imzalandıqdan sonra heç biri digərinə qarşı heç bir əmlak (daşınar, daşınmaz, qızıl-zinət, borc kredit, və s.) və уа əmlakdan рау iddiası еtməуəcək. İddiaçı adına kredit müqaviləsi ilə əldə ediİmiş divan va stol Cavabdeh qalacaq və bu əşyalar üçün bütün kredit ödənişlərini (ümumilikdə 1067 manat) Allahverdiyev Fərhаd Ramiddin oğlu ödəyəcək. Alİahverdiyeva Sevil Balakişiyevna özünə maxsus şəxsi əşyaları 10 gün ərzində götürəcək və Cavabdeh buna maneə törətməyəcək". İşdə olan AZ-İ seriyalı 526510 nömrəli "Nikahın pozulması haqqında şəhadətnamə"dən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İşdə olan AZ-İİİ seriyalı 987513 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2017-ci ildə doğulmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.13 və 8.14-cü bəndlərinə əsasən, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İşdən görünür ki, tərəflər xx.xx.2024-cü ildə barışıq sazişi bağlayaraq, Cavabdeh tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay 300 manat sabit pul məbləğində aliment ödənilməsi barədə razılığa gəlmişlər. Hazırda iddiaçı uşağın gündəlik tələbatlarının artması, məktəbə və müxtəlif məşğələlərə getməsi, eləcə də kirayə yaşaması səbəbindən razılaşdırılmış aliment məbləğinin kifayət etmədiyini əsas gətirərək həmin məbləğin dəyişdirilməsi, alimentin cavabdehin əmək haqqının (digər gəlirlərinin) dörddə bir hissəsi məbləğində tutulmasını xahiş etmişdir. "Elektron məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də "briqadir, evlərin tikintisi" vəzifəsində işləyir, əmək haqqısı 1984 manat təşkil edir. Məhkəmə yuxarıda göstərilən müddəaları, uşağın mənafeyini və onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan 300 manat sabit pul məbləğində aliment dəyişdirilərək, cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddiada artırılması tələb edilən alimentin bir illik miqdarı (300 manat – 496 manat = 196 manat x 12 ay) 2352 manat təşkil edir. Bu iddiaya görə (30 manat + 13,52 manat) 43,52 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixli barışıq sazişi əsasında hər ay tutulan 300 manat sabit pul məbləğində aliment dəyişdirilərək, cavabdehdən qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulsun. Cavabdeh 43,52 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X9.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar