Məhkəmə qərarları › İş №2(008)-5639/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-5639/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5639/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödəniş məbləğinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “445 (dörd yüz qırx beş) manat siğorta ödənişi məbləği və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında 05.10.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X12” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 30.07.2018-ci il tarixdə “X12” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz C180” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 445,00 (dörd yüz qırx beş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Nizami RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 02.08.2018 ci il tarixli, 564 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş sənədlərin surətindən görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “X12” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili ƏN-İV-399148 saylı etibarnamə əsasında idarə etmişdir. ƏN-İV-399148 saylı etibarnamə Cavabdeh 15 mart 2018-ci il tarixdə “X12” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 tərəfindən verilmişdir. “X12” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə aid nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, nəqliyyat vasitəsi 03 aprel 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 mülkiyyətinə keçmişdir. F.A.Atayev tərəfindən isə Cavabdeh “X12" markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilməmişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt "X12” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 445,00 (dörd yüz qırx beş) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 05.02.2019-cu il tarixli, AS-19/341 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı 30.07.2021-ci il tarixində ərizə ilə müraciət edərək məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə qiyabi icraat qaydasında baxılmasını və məhkəmədən qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş siğorta aktınan görünür ki, dövlət qeydiyyat nişanı ** GC ***, markası "Mercedes Benz", istehsal ili 2006, sığorta müqaviləsinin qüvvədə olma müddəti 07.10.2017 – 06.10.2018-ci il qeyd edilmişdir. - İXP serialı, ******* nömrəli, 30.07.2017-ci il tarixli inzibati xəta haqqında protokolun və inzibati xəta haqqında iş üzrə qərarın surətindən müəyyən olunur ki, "X12" yük markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibai Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törətmişdir. -İnzibati Tənbeh vermə haqqında TP ******* nömrəli qərarın surətindən görünür ki, 30.07.2017-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Cavabdeh barəsində inzibati iş üzrə icraat aparılan şəxs olaraq müəyyən edilmişdir. - Cavabdeh Bakı şəhəri Sabunçu RPİ DYPŞ-nə verdiyi yazılı izahatdan görünür ki, baş vermiş inzibati xətanın onun tərəfindən törədildiyini və maddi imkanı olmadığından avtomobili təmir edə bilmədiyini bildirmişdir. - "xxxx" Sığorta Tənzimlənməsi Departamenti tərəfindən 01.08.2018-ci il tarixli dəymiş zərərin hesabatı ilə bağlı arayışın surətindən görünür ki, “Mercedes Benz C 180” markalı, **-UD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 445 manat ziyan dəymişdir. -16.08.2018-ci il tarixli sığorta aktından görünür ki, zərərə uğramış “Mercedes Benz C 180” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin müəyyən edilmiş zərəri 445 manat təşkil etmişdir. -03.08.2018-ci il tarixli sığorta tələbi barədə ərizənin surətindən görünür ki, X3 məxsus ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC şirkəti tərəfindən sığortalanmış X12" yük markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən zərər vurulmuşdur. - 17.08.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 445 (dörd yüz qırx beş) manat məbləğində sığorta ödənişi X3 ödənilmişdir. -28.11.2018-ci il tarixli, AS-18/3029 nömrəli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, iddiaçı Cavabdeh qarşı subroqasiya hüququnun yarandığını, həmin pul məbləği ödənilmədiyi təqdirdə çəkilmiş xərclərlə birlikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 15.03.2018-ci il tarixli etibarəmənin surətindən görünür ki, X5 Cavabdeh 14.08.2024-cü il tarixədək X12" yük markalı, ** GC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vaistəsini idarə etmək hüququ vermişdir. AD N 170104 saylı Nəqliyyat Vaistəsinin qeydiyyat şəhdətnaməsindən görünür ki, X12" yük markalı, ** GC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinin mülkiyyətçisi 03.04.2018-ci il tarixindən alqı-satqı əsasında X4 olmuşdur. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 20.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. X7 Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh "X12" yük markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən üçün əvvəlki mülkiyyətçi olan X2 15.03.2018-ci il tarixində etibaramə almışdır. Bundan sonra yəni 03.04.2018-ci il tarixində "X12" yük markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi dəyişmiş, avtomobilin mülkiyyətçisi alqı satqı müqaviləsi əsasında X4 olmuş və həmin mülkiyyətçinin yol-nəqliyyat hadisəsi baş verən zaman yəni 30.07.2018-ci il tarixində “X12" yük markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh avtomobili idarə etmək hüququ verən hər hanı bir sənəd təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsinin baş verən zaman Cavabdeh avtomobili idarə etmək hüququ olmadığından, hadisə zamanı zərərçəkmiş şəxsə Atasiğorta ASC tərəfindən ödənilmiş 445 manat dəymiş zərəri iddiaçı tərəfindən geiyə tələb hüququ yaranmışdır. Beləliklə, "xxxx" ASC-də sığortalanmış " X12" yük markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “Mercedes Benz C 180” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 445 manat məbləğində sığorta ödənişi ziyan dəyən X9 oğluna "xxxx" ASC tərəfindən ödənilmişdir. Ödənilmiş 445 (dörd yüz qırx beş) manat məbləğində pul vəsaitini Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 445 (dörd yüz qırx beş) manat məbləğində sığorta ödəniş məbləği, 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 465 (dörd yüz altmış beş) manat pul vəsait iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar