Məhkəmə qərarları › İş №2(008)-575/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-575/2024

01.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-575/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC, "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh5, Cavabdeh1, İsmayıllı rayon İcra Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz əmlakların Satışı X6» MMC, "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh5, Cavabdeh1, İsmayıllı rayon İcra Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq (dəqiqləşdirilmiş), «Chevrolet Aveo» markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli, 309 №-li əmlakın qiymətləndirməsi barədə hesabatının və "xxxx"nin hərrac nəticələri haqqında xx.xx.2017-ci il tarixli 3702 №-li yekun Protokolunun etibarsız hesab olunması, avtomobilin qalib alıcısı Cavabdeh5 geri alınması, təkrar hərrac keçirilməklə avtomobilin satılması, bağlanmış alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edillməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, İsmayılİ rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixli 109144-1-4601 №-li kredit müqaviləsi üzrə İddiaçı 9710,87 ABŞ dolları məbləğində əsas borc, 120,21 ABŞ dolları məbləğində faiz borcu və 1,40 ABŞ dolları məbləğində cərimə olmaqlla, cəmi 9832,48 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq Banka ödənilməsi, tutmanın İddiaçı adına AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi QİS tərəfindən qeydiyyata alınmış. “Chevrolet Aveo” minik markalı ** DL *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il olan, sedan tipli mühərrik A14XER19YTC025 və ban KLİTF69F9CB135575 olan avtomobilə hərrac vasitəsi ilə satılmaqla yönəldilməsi qət edilmişdir. Bank VTB (Azərbaycan) ASC-nin İsmayıllı rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 15440 №-li məktubuna əsasən İddiaçı məxsus və ipotekaya qoyulmuş adıçəkilən avtomobil Bank VTB (Azərbaycan) ASC-nin Sabunçu rayon ərazisində yerləşən dayanacaqda yerləşdiyi üçün Sabunçu icra şöbəsi tərəfindən həmin avtomobilin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə 1002-16340/8 №-li xx.xx.2017-ci il tarixli məktubla müraciət edilmiş, həmin iş üzrə əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabata əsasən mübahisələndirilən daşınar əmlakın ilkin qiyməti "xxxx" MMC tərəfindən avtomobilə 4*** manat qiymət qoyulmuş, sənədlər Daşınar və Daşınmaz Əmlakın Hərrac mərkəzinə göndərilmişdir. Daşınar və Daşınmaz Əmlakın Hərrac mərkəzi tərəfindən tərəflərə göndərilmiş xx.xx.2017-ci il 01/1867 №-li və xx.xx.2017-ci il tarixli 01/2008 №-li açıq hərracın keçirilməsinə dair bildirişlərə əsasən adıçəkilən avtomobilin açıq hərracda satılması xx.xx.2017-ci il tarixə təyin edilmişdir. Açıq hərracının nəticələri haqqında xx.xx.2017-ci il tarixli 3702 №-li protokoluna əsasən həmin avtomobil qalib alıcı Cavabdeh5 tərəfindən 6400 manata alınmışdır. Bundan sonra icra işinə Sabunçu rayon məhkəməsinin İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli qərarı ilə xitam verilmişdir. Qiymətləndirici təşkilat olan "xxxx" MMC öz qiymətləndirmə rəyində yalnız avtomobilin texniki sənədlərində əks olunmuş texniki göstəriciləri qeyd etmiş və qiymətləndirmə zamanı istifadə edilən metodları sadalamış, sonda isə nəticəsini yazmışdır. Lakin avtomobilin qiymətinin niyə məhz bu qədər olduğunu öz qiymətləndirmə aktında bu metodlara əsasən təhlil etməyib. Bundan əlavə, qiymətləndirmənin fakt üzrə aparıldığını və qiymətləndirmə fəaliyyətində nəzərdə tutulmuş qaydada avtomobilə heç bir baxış keçirilməmiş və qiymətləndirici təşkilat sadəcə avtomobili kənardan və yalnız texniki sənədləri əsasında rəy hazırlamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanunun (25.6.1998, 510 nömrəli) 7-ci maddəsinə əsasən: Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 8-ci maddəsinə əsasən: Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2***-ci il tarixli 107 №-li Qaydaların 1-ci hissəsinə əsasən: Qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Mübahisələndirilən hesabatda yalnız avtomobilin texniki göstəriciləri, mühəndis avadanlıqları və texniki xarakterizəsi qeyd edilmiş, daha sonra isə metodlar sadalanmışdır. Nəticə etibarilə hazırki hesabat qanunla müəyyən edilmiş qaydada hazırlanmamaqla bərabər icra vərəqəsinin predmeti olan maşına dair real vəziyyəti əks etdirmir. Hesab edirlər ki, hərrac bir sıra pozuntularla müşayiət edilərək keçirilib. İcraçı tərəfindən hərracın keçirilməsinə dair sifariş verilməyib. İpoteka haqqında Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Lakin əmlakın ilkin qiyməti 4*** manat hesablanıb. Belə olan halda qanunvericiliyə görə ilkin əmlak ilkin həracda satıla bilməz. Çünki ilkin hərracda əmlakın ilkin satış qiymətinin 70 faizindən aşağı məbləğ təklif edilə bilməz. Baxmayaraq ki, protokolda qeyd edilib ki, təkrar hərracda əmlak enmiş faizlər əsasında satılıb, hazırki hərrac üzrə təkrar hərracın keçirilməsi qanunvericiliyin tələblərinə zidd olub. Belə ki, təkrar hərracın keçirilməsi qaydası AR Mülki Məcəlləsinin 319.5-ci maddəsinə və İpoteka haqqında Qanunun 43-cü maddəsinə əsasən təkrar hərrac birinci hərrac formasnda keçirilməlidir. Beləliklə, xx.xx.2017-ci il tarixli 3702 №-li hərrac qanunvericiliyin tələblərinə, xüsusilə Mülki Məcəllədə nəzərədə tutulmuş hərracın keçirilməsinə dair qaydalara uyğun olmayan formada keçirilib. Məhkəmə Cavabdeh5 cavabdeh qismində işə cəlb etmişdir. Cavabdeh "xxxx" ASC iddiaya aşağıdakı məzmunda etiraz vermişdir. Hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli 37/02 nömrəli protokolundan görünür ki, İddiaçı mülkiyyətində olan “Chevrolet Aveo” 99DL306 dövlət qeydiyyat nömrəli avtomobili hərrac vasitəsilə 6400 manata fiziki şəxs almışdır (bu təqribən 3700 ABŞ dollar təşkil edir). Hərrac nəticəsində isə borclunun borcu qismən ödənilmiş və icra vərəqi üzrə borcdan həmin məbləği çıxıldıqdan sonra (sadə riyazi hesablamalarla) borclunun Banka təqribən 6100 ABŞ dollar borcu qalmışdır. Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2(037)-348/2014 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Qərardan tərəflərindən şikayət verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(037)-38/2023 №-li qərardadı ilə Bankın şikayəti təmin edilmiş və icra tədbirləri davam etdirilməsinə dair qərar qəbul edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. İddiaçı 2014-cü il tarixdən məhkəmə prosesləri barədə məlumatlanmış, dəfələrlə məhkəmə bildirişləri almış və bu günə qədər bildirişlərin çatmaması barədə öz iradını nə poçt nümayəndələrinə, nə də məhkəməyə bildirməmişdir. İddiaçının tələbinin rədd edilməsinin ən vacib əsası odur ki, qanunvericiliyə əsasən Bank vicdanlı əldə edən hesab olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2018-ci il tarixli qərarına əsasən, mülki hüququn ən mühüm sahələrindən biri olan əşya hüququ maddi nemətlərin fiziki və hüquqi şəxslərə, dövlət və bələdiyyəyə məxsusluğu ilə bağlı yaranan münasibətləri tənzimləyən hüquq normalarının məcmusundan ibarət olmaqla, özündə mülkiyyət, sahiblik və məhdud əşya hüquq institutlarını birləşdirir. Mülkiyyət hüququ əşyanın mülkiyyətçiyə məxsus olması ilə əlaqədar yaranan münasibətləri nizamlayan normaların məcmusudur. Sahiblik hüququ özündə şəxsin əşyaya faktiki sahiblik etməsini tənzimləyən normaları birləşdirir. Mülkiyyətçi ilə yanaşı, digər şəxslərin əşyadan istifadəsi ilə bağlı qaydalar isə məhdud əşya hüquq institutu ilə müəyyən edilir və bu instituta girov, ipoteka, servitut hüququ və s. kimi yarıminstitutlar daxildir. Əşya hüquqları mütləq xarakterli hüquqlar olub əşya üzərində birbaşa hakimiyyəti təmin edən və hər kəsə qarşı irəli sürülə bilən əmlak xarakterli haqlardır. Yəni əşyanın mülkiyyətçisi, qanuni sahibi və ya məhdud əşya hüququnun sahibi hər kəsdən həmin əşyaya dair hüquqlarını pozmamağı tələb etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24 iyul 2019-cu il tarixli Plenum qərarında qeyd olunur ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Ümumiyyətlə, Bank onunla bağlanılmış hər bir müqavilə üzrə əvvəllər baş vermiş qanuna zidd hərəkətlər ilə bağlı risklərin öncədən qarşısını almaq iqtidarında deyil və müqavilə münasibətlərində sabitliyi təmin etmək müvafiq dövlət qurumlarının üzərinə düşür ki, bu hüquqların qorunması nə Bankın səlahiyyətinə, nə də ki, vəzifəsinə aiddir. Ona görə də başqa şəxslərin qanuna zidd hərəkətlərinə görə məsuliyyət vicdanlı olan Bankın üzərinə qoyulmamalıdır. Bank hərracın təşkilatçısı olmadığından ona aid prosedurlara nəzarət etmək vəzifəsi yoxdur və vicdanlı satınalan şəxs olaraq, iddiaçının hansı hüququnu pozub ki, hərrac mərkəzi ilə onun arasında bağlanmış müqavilə etibarsız hesab olunsun. Belə bir əsas olmadığı üçün etibarsızlığa rəvac verə biləcək əsas da mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Göründüyü kimi, hərracın təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən, qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirilmiş, heç bir qanun pozuntusuna yol verilməmiş və hərracın nəticələrinin ləğv edilməsi üçün tutarlı əsas mövcud deyil. Bütün göstərilənlər iddia ərizəsinin tam əsassız olduğunu sübut edir, odur ki, təmin olunmamalıdır. Belə olduğu halda, hesab edirlər ki, süni iddialarla iddiaçı Bankın pozulmuş hüquqlarının və dəymiş ziyanın bərpasına mane olmaqla həmçinin məhkəməni yanlış istiqamətə yönəldir və bu səbəbdən hesab edirlər ki, iddia tələbi rədd edilməlidir. Eyni zamanda "xxxx" ASC iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən hal, iddiaçının istinad etdiyi və onun mövqeyinə əsasən hüquqlarını pozan və iddia ərizəsinə əsasən müqavilənin etibarsızlığını şərtləndirən hal ona ən gec 2014-cü ilin sentyabr ayında artıq məlum olmuşdur. İddiaçı yaranmış hal üzrə mülki hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbini yalnız yuxarıda göstərilmiş halının ona məlum olmasında təqribən 6 il sonra irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi iddiaçı əqdin mübahisələndirilməsinə dair iddianı verərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini buraxmışdır. Belə ki, iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən bir il ərzində irəli sürülə bilən əqdin etibarsızlığına dair ümumi müddətə nisbətən qısaldılmış xüsusi iddia müddətləri tətbiq edilən iddiası 1 illik iddia müddətinə riayət edilmədən verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələlərinə baxmayaraq cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların Satışı X6» MMC, "xxxx" MMC, Cavabdeh5, Cavabdeh1, İsmayıllı rayon İcra Şöbəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək qeyd etdi ki, o, nəinki hərrac barədə, hətta İsmayıllı rayon Məhkəməsinin qətnaməsi barədə xəbəri olmamış, o, İsmayıllı rayon Məhkəməsində iştirak etməmişdir. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Əvvəla, iddiaçı mübahisələndirdiyi sənədləri tam şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən hərraç sənədlərinin qovluğunun məhkəməyə təqdim edilməsi tapşırılsa da, iddiaçı bunu etməmişdir. Təqdim olunan sənədlərdən aşağıdakılar görünür. İsmayılİ rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı 9710,87 ABŞ dolları məbləğində əsas borc, 120,21 ABŞ dolları məbləğində faiz borcu və 1,40 ABŞ dolları məbləğində cərimə olmaqlla, cəmi 9832,48 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq "xxxx"-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan «Chevrolet Aveo» minik markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilə hərrac vasitəsi ilə satılmaqla yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı məhkəmə iclasında iştirak etmiş, iddianı qismən qəbul etmiş, adıçəkilən avtomobilin qəzaya uğraması barədə məlumat vermişdir. İcra vərəqəsi icra edilməsi üçün İsmayıllı rayon icra şöbəsinə göndərilmiş, sonradan Bankın xahişi əsasında (avtomobil Sabunçu rayonunun ərazisindəki dayanacaqda yerləşdirildiyindən) Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Sabunçu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə icraat başlanılmış, eyni tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, xx.xx.2017-ci il tarixli qərarla avtomobilin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmişdir. "xxxx" MMC tərəfindən adıçəkilən avtomobilə xx.xx.2017-ci il tarixdə baxış keçirilməklə, xx.xx.2017-ci il tarixli, 309 №-li əmlakın qiymətləndirməsi barədə hesabat tərtib edilmiş və əmlak 4*** manat məbləğində qiymətlənirilmişdir. Həmin hesabtdan görünür ki, avtomobilə baxış keçirilmiş, avtomobilin istifadəyə qismən yararlı olduğu, bəzi hissələrinin yerində aşkar olunmadığı, bəzi hissələrində cızıqların, batıqların, boyasının solmuş vəziyyətdə, istifadəyə tam yararlı olması üçün təmirə ehtiyacının olduğu müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən iki dəfə hərrac keçirilmişdər - xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixlərdə. Həmin hərracın keçirilməsinə dair 01/1867 və 01/2008 №-li bildirişlərdən görünür ki, hərracın keçirilməsi ilə bağlı elanlar «Birja yenilikləri» qəzetində dərc edilmiş, bildirişlər iddiaçıya ünvanınmış (İsmayıllı rayonu, Kürdmaşı kəndi), hərrac qovluğu iddiaçı tərəfindən təqdim edilmədiyindən bildirişlərin iddiaçıya çatıb-çatmamasını müəyyən etmək olmamış, lakin iddiaçı da həmin bildirişlərin ona çatdırılmamasını iddia etməmişdir. Əmlakın ilkin satış qiyməti 4*** manat müəyyən edilməsinə baxmayaraq, avtomobil ikinci hərracdan xx.xx.2017-ci il tarixdə alıcı Cavabdeh5 tərəfindən 6400 manata alınmışdır. Cavabdeh1, "xxxx" MMC və Cavabdeh5 tərəfindən «Açıq hərracının nəticələri haqqında xx.xx.2017-ci il tarixli 3702 №-li Protokol» imzalanmışdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixli qərarına əsasən İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2(037)-348/2014 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Bankın şikayəti əsasında İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(037)-38/2023 №-li qərardadı ilə Cavabdeh1 xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. Hazırda iddiaçının Banka qalıq borcu 6074,41 ABŞ dollarından ibarətdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh5 qeyd etmişdir ki, o, avtomobili hərracdan ilkin satış qiymətindən yüksək qiymətə almış və artıq avtomobili başqa şəxsə satmışdır. Xahiş etmişdir ki, iddia rədd edilsin. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. İddiaçı «Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2***-ci il tarixli 107 №-li Qərarına istinad edərək (Qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır), hesabatda yalnız avtomobilin texniki göstəriciləri, mühəndis avadanlıqları və texniki xarakterizəsi qeyd edilmiş, daha sonra isə metodların sadalanmasını, qanunla müəyyən edilmiş qaydada hazırlanmamaqla maşına dair real vəziyyəti əks etdirmədiyini iddia etmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi, avtomobilə baxış keçirilmiş və avtomobilin real vəziyyəti (istsmara qismən yararlı olduğu) tam şəkildə təfsir edilmişdir. İddiaçı özü də İsmayıllı rayon Məhkəməsində avtomobilin qəzaya düşməsini bildirmişdir. Bundan başqa, avtomobil ikinci hərracda qiymətləndirici şirkət tərəfindən qoyulmuş qiymətldən xeyli yüksək qiymətə satılmışdır. Odur ki, iddia avtomobilin qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli, 309 №-li əmlakın qiymətləndirməsi barədə hesabatının etibarsız hesab edilməsi barədə hissəsi rədd edilməlidir. Azərbaycan Respblikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqında” Azərbaycan Respblikası Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Hərracın keçirilməsində hansı pozuntuların baş verməsinə dair iddiaçı tərəfindən məlumat verilməmiş, ümumiyyətlə qiymətləndirmə hesabatının və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsinin hüquqi əsasları göstərilməmişdir. Məhkəmə araşdırması zamanı avtomobilin artıq başqa bir mülkiyyətçisinin olduğu müəyyən edilmiş, Cavabdeh5 olmayan əmlakın ondan hansı qaydada geri alınması və həmin əmlaka dair yeni hərracın hansı qaydada keçirilməsinə dair iddiaçı tərəfindən hərhansı bir məlumat verilməmişdir. Qeyd edildiyi kimi, Bank tərəfindən iddia müddətinin tədbiqinə dair ərizə verilmişdir. Lakin, məhkəmə iddia tələblərinin heç birinin Banka yönəlmədiyini nəzərə alaraq həmin ərizəni ümumiyyətlə müzakirəyə çıxartmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar