Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6101/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, İlk iddia üzrə İddiaçı iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair mülki işlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü X3 və əkizləri xx.xx.2023-cü il təvəllüdlü X2, xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay hər uşaqa 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat məbləğində sabit miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, birgə nikahdan dünyaya gəlmiş əkiz övladlarının xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 üç yaşına qədər saxlanmasına üçün hər ay hər uşağa 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat və mediasiya təşkilatına ödədiyi xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə Bakı şəhər, 5 saylı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2977 nömrəli nikah qeydə alınmış, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X7 və əkizləri xx.xx.2023-cü il təvəllüdlü X6, xx.xx.2023-cü il təvəllüdlü X8 dünyaya gəlmişdirlər. Hal-hazırda cavabdehlə birgə yaşamırlar, üç övladı ilə birlikdə anası gilə köçmüşdür. Cavabdeh övladlarına maddi köməklik göstərmir, ailəsinə isə anasının müdaxiləsi olduğu üçün qayıtmaq istəmir. Övladları balacadır və işləyə bilmir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə ilkin iddia üzrə İddiaçı arasında olan, 24 avqust 2018-ci il tarixdə 2977 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşlıqlı tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ailə münasibətlərində anlaşmazlıq yaranmışdır. Bu səbəbdən tərəflər arasında olan nikahın pozulması zərurəti yaranmışdır. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X7 doğulmuşdur. Birgə nikahdan doğulmuş 3 uşağı üçün ümumilikdə 705 (yeddi yüz beş) manat məbləğində aliment nəzərdə tutulmuşdur. İlkin iddia üzrə iddiaçının cavabdehdən uşaqlann saxlanması üçün əlavə xərclərlə birlikdə ümumi tələbi 905 (doqquz yüz beş) manatdır. Bu isə 3 uşağın saxlanması üçün olduqca yüksək məbləğdir. Belə ki, ilkin iddia üzrə Cavabdeh işləmir, əmək fəaliyyəti ilə məşğul deyil. Eyni zamanda, tərəflərin ailə münasibətləri davam edərkən 3 uşağın saxlanması üçün bu qədər yüksək məbləğ xərclənmirdi. İlkin iddia üzrə Cavabdeh minimum yaşayış xərclərinin nəzərə alınması zərurət təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 289282 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında 24 avqust 2018-ci ildə 2977 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, Ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 335568 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 925037 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 925038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında qarşılıqlı razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasını təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, tərəflərin hər ikisi nikahın pozulmasına razı olduqlarından tərəflər arasında bağlanmış nikah onlara 3 ay vaxt verilmədən pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə tərəflərin birgə nikahlarından olan uşaqların nikah ləğv olunduqdan sonra hansı valideynin yanında qalması məsələsinə münasibət bildirərək qeyd edir ki, uşaqların mənafeyi əsas götürülməklə, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul edilərkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 235 manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Bundan başqa iddiaçının yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat alimentin tutulması hissəsi ilə bağlı, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Ailə Məcəlləsinin 85.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. İlkin iddia üzrə İddiaçı Cavabdeh hər ay hər uşaq üçün 100 manat məbləğində əlavə aliment tələb etsə də, sonuncunun aylıq yüksək və əlavə gəlirə malik olması, hər ay həmin aliment məbləğini ödəmək iqtidarında olması barədə məhkəməyə hər-hansı bir sübut təqdim etmədiyindən xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh 50 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmə ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən etibarən İddiaçı ilə birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 235 manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşı tamam olanadək saxlanması onlara qulluq edilməsi üçün 50 (əlli) manat məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Mediatora ödənilmiş 60 (altmış) manat məbləğində rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 2977 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2018-ci il tarixli nikah pozulsun. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X8 anaları X1 himayəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-6101/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6101/2024
07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver