Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6141/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən uşağının xəstəliyi və müalicəsi nəzərə alınaraq 300-350 manat miqdarında əlavə xərclərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2020-ci il tarixdə nikahları pozulmuş və bu barədə Sabunçu rayon Qeydiyyat şöbəsi nikahın pozulması barədə şəhadətnamə vermişdir. Cavabdehlə birgə nikah münasibətlərindən xx.xx.2014-cü il təvvəllüdlü X9 vardır. xx.xx.2020-ci il tarixdə məhkəmənin qərarı ilə nikahları pozulmuş və uşaq onun himayəsinə verilmişdir. X9 bir neçə psixoloji mərkəzlərdə seanslarda olmuşdur. Uşağına psixoloq-laqoped, nervipotoloq tərəfindən diqqət əskikliyi, nitq inkişafının ləngiməsi, autizm spekt pozğunluğu, psixi inkişafın ləngiməsi ilə müşayət olunan asperger sindromu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin tibb üzrə fəlsəfə doktoru tərəfindən müayinə olunub, uşaq autizmi, kanner sindromu diaqnozu qoyulmuşdur. Uşağın 6 yaşı var, yaşıdları orta məktəbə gedir, Uğur isə hələdə danışmır. Uşağı cəmiyyətə qazandırmaq onun bir valideyn kimi vəzifə borcudur. Uşağın xüsusi qayğıya ehtiyacı olduğu üçün onun işləməsi mümkün deyil. Həkim diaqnozlarına görə uşaq mütəmadi seanslarda olmasa, böyüdükcə vəziyyəti daha da çətinləşəcək. Cavabdeh Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində işləyir. Cavabdeh valideyn kimi vəzifəsini birmənalı olaraq yerinə yetirmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Uşaqları xəstə olduğundan cavabdeh onun müalicəsi ilə bağlı əlavə xərclərədə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X5 iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və Cavabdeh birgə nikahdan xx.xx.2014-cü il tarixdə Uğur adlı uşaqları doğulmuşdur (Qax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 449798 №-li doğum haqqında şəhadətnamənin surəti). İddiaçı və Cavabdeh nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 112 № ilə qeyd edilmişdir (Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 344659 №-li nikahın pozulması haqqında şəhadətnamənin surəti). Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-1973/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. X8 autizm, kanner sindromu diaqnozu qoyulmuşdur (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müayinə sənədi). X1 Mərkəzində loqopedik və psixoloji seanslar keçmişdir (X6 tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş arayış). Hazırda iddiaçı cavabdehdən uşağının xəstəliyi və müalicəsi nəzərə alınaraq 300- 350 manat miqdarında əlavə xərclərin ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay odənilməli olan sabit pul məbləğində muəyyən olunur. Həmin Qanuna əsaslanaraq, xx.xx.2014-cü il təvəllüdlü X7 autizmi, kanner sindromu xəstliyindən əziyyət çəkdiyi üçün əlavə xərc tələb olunduğunu nəzərə alaraq məhkəmə cavabdehdən iddiaçının xeyrinə hər ay 200 manat əlavə xərcin tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh uşağının xəstəliyi və müalicəsi nəzərə alınaraq 200 manat miqdarında əlavə xərc tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh uşağının xəstəliyi və müalicəsi nəzərə alınaraq 200 manat miqdarında əlavə xərc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6141/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6141/2020
01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver