Məhkəmə qərarları › İş №2(008)-6215/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6215/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6215/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvvəlüdlü X2 və xx.xx.2014-cü il təvvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat, 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə xx.xx.2006-cı ildə Bunud kəndi inzibati ərazi vahidi üzrə nümayəndəliyində Nikah Aktı kitabı 10 nömrə ilə qeydə alınmaqla rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2007-cı il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X8 doğulmuşdur. Ailə qurduğu ilk vaxtlarda münasibətləri yaxşı olmuş və sonradan cavabdehin günahı üzündən münasibətləri pisləşmiş və tez-tez evdə mübahisələri olmuşdur. Lakin o zaman övladlarının xatirinə o, Gülnarla nikahının pozulmasını istəməmişdir. Lakin cavabdeh Gülnar Kazımova azyaşlı övladlarını ataraq getmişdir. O, məcbur olub 2 ay uşaqlarında birlikdə evdə qalmışdır. Cavabdeh qeyri-etik həyat tərzi keçirmiş və öz övladlarının qayğısını çəkməmiş və onların maddi təlaballarının ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 oktyabr 2018-ciil tarixli 2(008)-4632/2018 saylı qətnaməsi ilə bağlanmış nikahları pozulmuş və birgə nikahdan anadan olmuş 09 may 2007-ci il təvəllüdlü X7 və 01 oktyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi onun himayəsində saxlanması qət edilmişdir. Ozaman Sabunçu rayon məhkəməsinin qətnaməsi ilə cavabdeh - Kazımova (Əbilova ) Gülnar Xanlar qızından aliment tutulması qət edilməsinə baxmayaraq, sonradan həmin qətnamədən verilmiş apellyasiya şikayəti zamanı cavabdehin maddi imkansızlığını nəzərə alaraq o, aliment tələbindən imtina etmiş, həmçinin cavabdeh öz övladlarına könüllü köməklik edəcəyini bildirmişdir. Hazırda hesab edir ki, cavabdehdən övladlarının saxlanılması üçün aliment tutulmalıdır. Uzun müddət cavabdeh harada olmasını ondan gizli saxlamışdır. Ona görə də hesab edir ki, cavabdehdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən sabit pul məbləğində aliment tutulmalıdır. Hazırda Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün minimum məbləğ 235 (iki yüz otuz beş ) manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İ seriyalı, 307693 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 472 saylı xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2007-ci il təvvəlüdlü X6 doğulmuşdur, atası İddiaçı, anası isə Cavabdehdır. Bakı Şəhər sabunçu Rayon Məhkəməsinin 2(008)-4632/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilmiş, X5 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvvəlüdlü X6 və xx.xx.2014-cü il təvvəlüdlü X8 ataları İddiaçı himayəsində saxlanılmış, xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvvəlüdlü X2 və xx.xx.2014-cü il təvvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay, hər uşağ üçün 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-894/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı qismən imtinası qəbul edilmiş, İddiaçı X4 qarşı uşağın atanın himayəsinə verilməsi və aliment barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə icraata iddia tələbinin aliment hissəsində xitam verilmişdir. - Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı qızıoğlu mediasiya sessiyasında iştirak etmişdir, iddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin rəsmi nikahlarından iki övladları olmuşdur. Tərəflərin nikahları pozulmuş, hal-hazırda birgə yaşamırlar. Tərəflərin birgə münasibətlərindən doğulmuş xx.xx.2007-ci il təvvəlüdlü X2 və xx.xx.2014-cü il təvvəlüdlü X8 atanın yanındadırlar. Cavabdeh övladı ilə maraqlanmır, onun heç bir tələbatlarını ödəmir. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müracət edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.2007-ci il təvvəlüdlü X2 və xx.xx.2014-cü il təvvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat, 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. xx.xx.2007-ci il təvvəlüdlü X2 və xx.xx.2014-cü il təvvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağ üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar