Məhkəmə qərarları › İş №2(008)-6285/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6285/2023

24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6285/2023 24.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, X7 ilə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşaqların saxlanması üçün hər ay 220 manat olmaqla iki uşaq üçün ayda 440 manat aliment məbləğinin X4 anası Cavabdeh tutularaq uşaqlar 18 yaşına çatana qədər ona ödənilməsini və mediasiya prosesində ödədiyi 50 manat rüsumun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1132/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə keçmiş əri X2 birgə nikahdan doğulmuş xx.xx.2009cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşaqlarının saxlanması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, ümumilikdə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2016-cı ildən bu günə qədər cavabdehdən alimentin tutulması, qətnamənin icrası mümkün olmamışdır. Ümumiyyətlə aliment ödənişi olmamışdır. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, uşaqların nənəsi Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 18 yaşına çatanadək hər uşaq üçün hər ay 60 manat, cəmi 120 manat alimentin və mediasiya üçün ödənilmiş 50 manat rüsumun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil izahatında iddianı qəbul etmədiklərini, X7 tərəfindən alimentlə bağlı müxtəlif vaxtlarda edilmiş ödənişlərin çeklərini təqdim edərək, Cavabdeh pensiyaçı olduğunu və 327 manat pənsiya aldığını, Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən zəruri vəsaitə malik olan nənə-babadan aliment alındığını, lakin cavabdehin maddi vəziyyəti bu halı qarşılamır, özü xəstədir və müalicə alır İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(008)- 1132/2016 nömrəli qətnaməsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X2 hər ay hər uşağ üçün sabit məbləğdə 60 manat, cəmi 120 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 nömrəli Bakı Dost Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-7/2-M- 35741/23 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 327,21 manat əmək pensiyası alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələri saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Göründüyü kimi, ailə qanunvericiliyi yetkinlik yaşına çatmayan nəvənin saxlanılması üçün öz valideynindən maddi yardım ala bilmədikdə baba və nənədən aliment almaq hüququnu müəyyən etsə də, həmin norma onların bunun üçün öz valideyinlərindən maddi yardım ala bilməməsi yəni valideyinin əmək qabiliyyətli olmaması və ya əlillik dərəcəsinin olmasını ehtiva edir. İş materiallarından da görünüyü kimi Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(008)-1132/2016 nömrəli qətnaməsinə əsasən aliment öhdəliyi yaranmış X7 əmək qabiliyyətli şəxsdir. Həmçinin nənə babanın aliment öhdəliyinin yaranması üçün qanunvericiliyin şərti onların zəruri vəsaitə malik olmalarıdır. Cavabdeh nəvələrinin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada iddia tələbini əsaslandığı, yəni cavabdehlərin tələb edilən məbləğdə pulu ödəmək üçün zəruri vəsaitə malik olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Elektron-məhkəmə informasiya sisteminin “əmlak və gəlir məlumatları” bölməsindən cavabdehlərin yaşa görə 327,21 manat məbləğində pensiya aldığı məlum olur. Beləliklə, məhkəmə, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh qismində çıxış edən onların nənəsi Cavabdeh tələb olunan məbləğdə aliment ödəməyə maddi imkanının olmasına dair sübut təqdim edilməməsini, cavabdehin ahıl yaşlarında olması və mövcud xəstəliklərini, habelə hazırda X2 alimentin tutulması barədə qüvvədə olan qətnamənin mövcudluğunu nəzərə alaraq, iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar