Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6655/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X10, İddiaçı2 nümayəndəsi (qızı) X12, hər iki iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh X3, onun nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X13 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabubçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 493 nömrəli bağ sahəsinə vərəsəlik hüquqlarının tanınmasını və Cavabdeh adına verilmiş xx.xx.2014-cü il tarixli, seriya PX JVs ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabubçu rayonu,Vişnyovka qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 493 №-li bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X14 arasında xx.xx.1980-cı il tarixli, 2168 nömrəli müqavilə bağlanmışdır. Həmin bağ sahəsi iki hissədən ibarətdir - 493 A və 493 B saylı bağ evləri olmaqla hər birinin ayrıca giriş-çıxışı, torpaq sahəsi və binası var. Həmin bağ sahəsinin ilkin icarədarı ataları olmuşdur. X14 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. 1989-cu ildən iddiaçılar ailə üzvləri ilə birlikdə bağ sahəsindən istifadə etməklə hal- hazırda da orada yaşayırlar. Ataları vəfat etdikdən sonra İddiaçı2 digər ailə üzvləri ilə birlikdə bağ sahəsindən istifadə etməklə atalarından miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Bağ sahəsi iki hissəyə bölünmüşdür, bir hissəsində iddiaçılar, digər hissəsi isə Rəcəbəlinin istifadəsində olmuşdur. Cavabdeh əvvəlcə bağ sahəsinin bir hissəsini öz adina keçirmiş və söz vermişdir ki, qalan hissəni iddiaçının adlarına keçirəcək, Rəçəbəlinin xx.xx.2013-cü il tarixdə ölümündən sonra onun oğlu Cavabdeh bağ sahəsini bütünlüklə öz adina rəsmiləşdirmişdir. Ümumi hasar daxilində olan torpaq sahəsi ayrı-ayrılıqda hasarlanmışdır. İddiaçıların torpaq sahəsinin cavabdehə heç bir aidiyyətı yoxdur. Buna görə də cavabdehin adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. X1 ərizə verərək onun əsl İddiaçı2 ilə əvəz edilməsini xahiş etmiş, eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı1 dəqiqləşdirilmiş tələblə iddia ərizəsi verərək, Sabunçu rayonu, Vişnyovka 493 saylı bağ evinin iddiaçılara məxsus hissəsində yerləşən evin tikinti təmir xəclərinə sərf olunmuş 50 min manatın, iş üzrə ödənilmiş dövlət rüsumunun və 210 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdilər. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Q.Kərimovun vəfatından sonra iddiaçı və Q.Kərimovun digər övladı İddiaçı2 ilə birlikdə bağı faktiki olaraq daş hasarla iki hissəyə bölərək, ayrıca giriş-çıxış qapısı qoymaqla sahəsi 1140 kv.m olan hissə də iddiaçının, sahəsi 1360 kv.m olan hissə də digər qardaşları X5 istifadəsinə verilmişdir. İddiaçı özünə məxsus hissədə qardaşı Nəbi ilə birlikdə 3 otaq, mətbəx, hamam və sanitar qovşağından ibarət ev tikdirmişdir. 1991-ci ildə İddiaçı2 ailə quraraq daimi olaraq həmin bağ evində yaşamışdır. Onun həmin bağ evində 3 övladı dünyaya gəlmiş və böyümüşdür. Mübahisəli bağ evi iddiaçıların daimi yaşayış yeridir və bundan başqa onların digər yaşayış yeri yoxdur. 2020-ci ilə qədər cavabdehlə aralarında heç bir mübahisə olmadan yaşamışdılar. Hətta cavabdeh xx.xx.2018-ci ildə bağ sahəsini hər biri 1250 kvm. olan iki bərabər hissəyə bölünməsi barədə ərizə verib hər kəsin bağın öz adna keçirilməsi məqsədilə bölünməsini tələb etsə də, DƏDRX artıq bağın torpaq sahəsinin 1140 kv metr və 1360 kv metr olan ayrı-ayrı hasarlanaraq bölündüyündən yeni bölgü sxeminə etiraz etmişdir. Hazırda cavabdeh iddiaçılara qarşı iddia qaldıraraq, onların həmin bağt evindən çıxarılmalarını tələb etmişdir. Bu səbəbdən iddiaçılar hazırki iddianı verməyə məcbur olmuşdular. İddiaçılar 1991-ci ildnə, yəni bağ ın cavabdehin mülkiyyətinə keçməsindən əvvəl həmin evi tikdirmiş, carhovuz, anbar və sair əlavə tikililər inşa etmişdilər. Onların 50 min manatdan artıq xərcləri çıxmışdır. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinə aşağıdakı etirazı vermişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2 iddiasını təmin edərək Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq (Vişnyovka) qəsəbəsi, Bağ evi 493 ünvanında yerləşən bağ sahəsinin 1250 kv.metrlik hissəsinin İddiaçı2 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsini və Cavabdeh Rəcəbli oğlunun adına verilmiş Bakı şəhəri, Albalılıq (Vişnyovka ) qəsəbəsi, Bağ evi 493 ünvanına dair Çıxarışın ləğv edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Rəcəbli oğlu tərəfindən verilmiş apellyasiya şikayətini təmin edərək adıçəkilən qətnaməni ləğv etmiş, İddiaçı2 iddiasını rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli qərarı ilə həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Qətnamə qanuni qüvvəsini alandan sonra Cavabdeh Rəcəbli oğlu “Cavabdehlərin öz vəsaitləri hesabına əşyaları ilə birlikdə mülkiyyətimdə olan torpaq və yaşayış sahəsindən məcburi çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş üzrə icraat hazırki iş üzrə yekun qərar çıxarılanadək dayandırılmışdır. Adıçəkilən torpaq sahəsi və iki otaqlı bağ evi cavabdehin babası X7 icarə müqaviləsi əsasında istifadəsində olmuşdur. X14 xx.xx.1989-cu ildə vəfat edəndən sonra, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, M.AƏliyev küçəsində yerləşən 38 saylı evin heç bir şəraiti olmayan zirzəmisində ailəsi ilə birgə yaşayan cavabdehin atası X9 1990-cı ilin iyun ayında 493 saylı bağ evini abadlaşdıraraq ailəlikcə ora köçmüşdür və ömrünün sonuna kimi bağ evində yaşamışdır. 1991-ci ildə atası X9 0.25 hektar torpaq sahəsində, hazırda ailəsinin yaşadığı ikinci evi tikərək ora köçmüş, atasından qalma və özünün abadlaşdırdığı bağ evini yayda bağa dincəlməyə gələn digər ailə üzvlərinin istifadəsinə vermişdir. Yeni ailə quran İddiaçı2 1991ci ilin yayından 493 saylı bağ evində yaşamağa başlamışdır. 2002-ci il tarixində qarşılıqlı razılaşmaya əsasən cavabdehin atası X9 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu və atasından miras qalmış Yasamal rayonundakı evdən varislərin xeyrinə imtina edib, varislər isə bağ sahəsinə aid öz paylarından imtina edərək həmin vaxt heç bir dəyəri olmayan 0.25 hektar torpaq sahəsinə dair icarə müqaviləsinin X4 adına bağlanmasına notarial qaydada yazılı razılıq veriblər. Nəticədə, X9 torpaq sahəsinə dair X6 və İstismarı Birliyi ilə xx.xx.2002-ci il tarixli, 2168 saylı “Bağın icarəyə verilməsi haqqında” yeni icarə müqaviləsi imzalayıb. Atası Kərimov X2 qardaşı İddiaçı2 miras əmlak olan M.A.Əliyev küçəsindəki evin söküntüsündən alacağı vəsait hesabına özünə yaşayış sahəsi alana kimi müvəqqəti olaraq ailəsi ilə birlikdə 493 saylı bağ sahəsində yaşamasına razılıq verib. Atası X9 2013cü ildə vəfat edəndən sonra 2500 kv.m. torpaq sahəsi olan 493 saylı bağ evi cavabdehin mülkiyyətinə keçmişdir. Atası X4 şifahi olaraq zamanında verdiyi sözə rəğmən 2018-ci ildə M.AƏliyev küçəsində yerləşən 38 saylı evin söküntüsü ilə bağlı cavabdeh özü, anası, bacısı və bacısının yetkinlik yaşına çatmış övladları miras əmlakdan imtina etməklərinə dair notariusda razılıq ərizəsi yazmışdılar. 2018-ci ildə M.AƏliyev küçəsində yerləşən 38 saylı evin söküntüsündən özünə çatan payı alan İddiaçı2 və digərləri faktiki yaşadıqları yaşayış və torpaq sahəsini müəyyən ödəniş müqabilində cavabdehdən almaq istədilər, lakin daha sonra ödəniş etməkdən imtina etdiklərinə görə alqı-satqı müqaviləsi baş tutmadı. Qəti olaraq bildirir ki, iddia ərizəsində göstərilənlərin əksi olaraq İddiaçı1 məhz 2018-ci ildən M.A.Əliyev küçəsində yerləşən 38 saylı evin söküntüsündən özünə çatan payı alandan sonra daimi olaraq bağ evində yaşamağa başlamışdır. Ödəniş etməkdən imtina edən qarşı tərəf 2018-ci ildən etibarən əllərində kifayət qədər vəsait olduğu halda özlərinə yaşayış sahəsi almaq əvəzinə qanunsuz olaraq icazəsiz, etirazına məhəl qoymadan, həmçinin, cavabdehi mülkiyyətimdə olan torpaq sahəsinə buraxmadan orda özbaşına tikinti işləri aparmağa başladılar və yaşadıqları evi təmir etdirərək yardımçı tikililər tikdilər, küçə tərəfdən dəmir hasarı söküb daşla hasarlayaraq giriş-çıxış qapısı qoydular. Bu tikinti işlərinə 50000 manat vəsait xərclədiklərini iddia edən qarşı tərəf həmin pulla yaxın ərazidə 0.12 hektar torpaq sahəsinin içində hər bir şəraiti olan 4-5 otaqlı bir bağ evi ala biləcəyi təqdirdə nə üçün cavabdehin mülkiyyətində olan bağ sahəsinə vəsait xərcləyib? Bir daha qeyd edir ki, 0.25 hektar torpaq sahəsi hasarla iki hissəyə ayrılmır, həmin torpaq sahəsinin bir hissəsində sıra ilə, gələcəyi nəzərə alaraq məqsədli şəkildə atası X9 tərəfindən tikilmiş ev və yardımçı tikililər təbii hasar görüntüsü yaradır və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündə söylədiklərim öz əksini tapır. Hal-hazırda mülkiyyətində olan 493 saylı bağ sahəsinin zəbt edilmiş hissəsində İddiaçı2, X11, X18 və İddiaçı1 yaşayırlar və onlar mülkiyyətində olan torpaq sahəsində özbaşına apardıqları tikinti işlərinə görə ondan əsassız olaraq vəsait tələb edirlər. Məhkəmə iclasında iddiaçıların nümayəndələri Nümayəndə2 və X18 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 izahat verərək qeyd etdi ki, əmisi və onun arvadı ömürlərinin sonuna qədər həmin evdə yaşaya bilərlər, lakin, onlar ondan qanunsuz tikili üçün pul istəyə bilməzlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin mübahisəsiz halları aşağıdakılardır (həmin hallar mübahisəsiz olduğundan məhkəmə bütün hallara dair sübutların təqdim edilməsini tələb etməmişdir). Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 ünvanında yerləşən 0,25 hektar torpaq sahəsi (bundan sonra - mübahisəli torpaq) və iki otaqlı bağ evi iddiaçıların ataları, cavabdehin babası X7 icarə müqaviləsi əsasında istifadəsində olmuşdur. X14 xx.xx.1989-cu ildə ölmüşdür (İİİ-JQ № 473823 ölüm haqqında şəhadətnamə). 2002-ci ildə X7 varislərinin razılığı əsasında mübvhisəli torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli, 2168 №-li “Bağın icarəyə verilməsi haqqında” müqavilə əsasında iddiaçıların qardaşı, cavabdehin atası X4 adına rəsmiləşdirilmişdir. X9 öləndən sonra mübahisəli torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmişidir. Sonuncu xx.xx.2014-cü il tarixdə mübahisəli torpaq sahəsinə ******* №-li Çıxarış, xx.xx.2021-ci il tarixdə isə həm mübahisəli torpaq sahəsinə, həm onun üzərində yerləşən 117 kv metr sahəsi olan evə vahid Çıxarış almışdır (qeydiyyat nömrəsi **********). Cavabdeh ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Mübahisəli torpaq sahəsində özbaşına inşa edilmiş ikinci ev var və iddiaçılar həmin evdə yaşayırlar. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçıların mövqeyinə görə həmin evi onlar inşa etmiş, cavabdehin mövqeyinə görə həmin evi onun babası ilə atası inşa etmiş və iddiaçılara orada yaşamağa icazə vermişdilər. İddiaçılar hazırda həmin özbaşına inşa edilən tikiliyə sərf etdikləri 50 min manatın cavabdehdən tutulmasını istəyir Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın rədd edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçılar özbaşına tikilinin onlar tərəfindən inşa edildiyini sübut edə bilməmişdilər, iddiaçılar ümumiyyətlə həmin tikiliyə görə cavabdehdən hər-hansı bir pul məbləği tələb edə bilməzlər, həmin tikili cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən cavabdehin mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri də iddiaçılara aid edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6655/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6655/2022
15.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver