Məhkəmə qərarları › İş №2(008)-6753/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6753/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6753/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 qızının iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “lizinq müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “lizinq müqaviləsinin etibarsız hesab edilməsi” barədə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə arasında bağlanan xx.xx.2013-cü il tarixli lizinq müqaviləsinin etibarsız hesab edilməsi və ödədiyi 6.000 manat pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanan xx.xx.2013-cü il tarixli lizinq müqaviləsinə əsasən MTZ-89.2 markalı traktor və KR-14 (AG-14-4) markalı kotan kənd təsərrüfatı texnikaları dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra mülkiyyətinə verilməsi şərti ilə lizinqə götürmüşdür. Həmin lizinq müqaviləsi üzrə tərəfindən 4.930 manat məbləğində ödəniş olunsa da, müqavilədə bu 3.160 manat olaraq qeyd olunmuşdur. O, vaxtı-vaxtında ödənişlərini etmiş, ümumilikdə cavabdehə 6000 manat pul ödənilmişdir. Dolların kəskin bahalaşması ilə əlaqədar ödəniş qabiliyyətinin aşağı düşməsi səbəbi ilə cavabdehə müraciət edərək, güzəştin olunmasını xahiş etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 152 nömrəli Fərmanının 6.1.3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 273 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC tərəfindən yeni alman, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydalarına əsasən qeyd olunan kənd təsərrüfatı texnikasına onun ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərti ilə ASC-nin zərəri hesabına güzəştin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh hüquqdan sui-istifadə edərək həmin güzəşti ona tətbiq etməmişdir. Məlum olduğu kimi qeyd edilən hallarda devalvasiya hadisəsi baş vermiş və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmişdir. Eyni zamanda, həmin əqd bağlanarkən faizlərin bu qədər yüksək olması barədə o lazımı qaydada məlumatlandırılmamışdır. Belə ki, həmin müqavilədəki faizlər sonradan şişirdilmiş rəqəmlərdir. Faiz məbləğlərinin bu qədər çox olmasına baxmayaraq o, ödənişlərini ödəmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 ərizəni qəbul etməyərək, hazırki mübahisə ilə bağlı tərəflər arasında iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğvi” barədə iddia tələbi üzrə hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı olduğunu və iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-762/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi, əşyanın və borcun qaytarılması” tələbinə dair iş üzrə Kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7333/2020 nömrəli mülki iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesаb edir ki iş üzrə icrааtа хitаm verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları 02/2022 Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Qərardadına əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Respublikаsı MPM-nin 261.0.2-ci mаddəsinə əsаsən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hаkim iş üzrə icrааtа хitаm verir. Belə ki, iş üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan, iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Respublikаsı MPM-nin 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuхаrıdа göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 261-264, 267- 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “lizinq müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar