Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1071/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(115)-772/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(115)-772/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 04 iyun 2022-ci il tarixli, MAS-5300 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 2.231 (iki min iki yüz otuz bir) manat 43 (qırx üç) qəpik, gecikdirilmiş mükafat qismində 287 (iki yüz səksən yeddi) manat 73 (yetmiş üç) qəpik, dəbbə pulu qismində 250 (iki yüz əlli) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 (əlli dörd) manat 04 (dörd) qəpik, cəmi 2.823 (iki səkkiz yüz iyirmi üç) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmidir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 iyun 2022-ci il tarixli, MAS-5300 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinin əvəzi qismində 2.231 manat 43 qəpik, gecikdirilmiş mükafat qismində 287 manat 73 qəpik və dəbbə pulu qismində 646 manat 55 qəpik, inzibati protokola görə ödənilmiş vəsaitin əvəzi qismində 237 manat 60 qəpik, cəmi 3.403 manat 31 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 manat 04 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2022-ci il tarixli, MAS-5300 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440849 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17,5 faiz hesablanmaqla 12 aylıq müddətdə hər ay sabit məbləğ olmaqla, cəmi 1.280 manat 19 qəpik, ümumilikdə 18.362 manat məbləğində pul vəsaitini lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18.362 manat pul vəsaitinin 17.000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-də olan “Khazar SD” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil 10 oktyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. 14 may 2022-ci il tarixli, MAS-5223 saylı daxili lizinq müqaviləsi qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Khazar SD” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində EQ10926336, EQ10926337, EQ10926339 saylı inzibati xəta haqqında potokollara əsasən sürücü AR X6 tərəfindən inzibati qaydada cərimələnmişdir. Qeyd edilən protokollara görə ümumilikdə 237 manat 60 qəpik məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Cavabdeh 04 iyun 2022-ci il tarixli MAS-5300 saylı daxili lizinq müaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə 10 oktyabr 2022-ci il tarixə 3.165 manat 71 qəpik məbləğində borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı MMC ilə onun arasıda bağlanmış 04 iyun 2022-ci il tarixli, MAS-5300 saylı daxili lizinq müqaviləsinə əsasən ona 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil sahiblik və istifadəsinə verilməli idi. Lakin həmin maşın onun istifadəsində və sahibliyimdə olmamışdır. Maşın X1 və istifadəsində olmuşdur. Sonuncu tərəfindən bir neçə maşın İddiaçı MMC-dən götürüldüyüdən, hazırki lizinq müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Lizinq şirkətinin ona verdiyi məlumata görə 2022-ci ilin sonundan yuxarıda göstərilən nəqliyyat vasitəsini onun adından çıxarılıb və başqa bir şəxsə satılıbdır. Lakin hələ də adı çəkilən nəqliyyat vasitəsi onun adında qalaraq və onun imzası olmadan tanımadığı şəxsə nəqliyyat vasitəsini idarə etməyə etibarnamə verilmişdir. Ona məxsus “Asan xidmət” proqramında son 3 ay ərzində yol hərəkət qaydalarını pozaraq X6 tərəfindən 7 dəfə onun adına cərimə protokolları (EQ 12330025, EQ 12330030, EQ 12559775, EQ12911684,EQ 12911689, EQ 12911695, EQ ********) gəlibdir, hal-hazırda da vaxtı keçərək üzərinə dəbbə pulu gəlir. Adı çəkilən şəxs müqavilə üzrə ödənişləri həyata keçirmiş və gecikməsinin olmadığını bildirmişdir. Məhkəmə tərəfindən müqavilə üzrə borcun olub-olmaması araşdırılmamış, qətnamə qəbul edilərkən iddiaçının verdiyi maliyyə arayışı ilə kifayətlənilmişdir. Eyni zamanda cərimə məbləği də çox tutulmuşdur. Bundan başqa iddiaçı məhkəmədə sözügedən lizinq müqaviləsinin ləğv edilməsinə dair iddia irəli sürməmişdir. Halbuki xəbərdarlıq məktubunda həmin müqavilənin ləğv ediləcəyinə dair məhkəmədə iddia irəli sürəcəklərini qeyd etmişlər. Təbii ki, məhkəmə borcun olub-olmaması məsələsini araşdırmalı və vaxtından əvvəl müqavilənin ləğv edilməsinə dair iddia tələbi olmayaolmaya pul tələb edilməsinin qanuni olub-olmamasına da qiymət verməli idi. Daxili lizinq müqaviləsi 12 ay müddətinə xx.xx.2022-ci il tarixdə bağlanmış və onun müddəti bitməmişdir. İddiaçı xəbərdarlıq məktubunda həmin müqavilənin ləğv ediləcəyinə dair məhkəmədə iddia irəli sürəcəklərini qeyd etmişdir. Lakin iddiaçı məhkəmədə sözügedən lizinq müqaviləsinin ləğv edilməsinə dair iddia irəli sürməmişdir. İddiaçı məhkəmədə çıxış edərkən müqaviləni ləğvinə dair iddia vermədən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə qeyd edilən maddi normanın tələbini pozmuşdur. Məhkəmə tərəfindən müqavilə üzrə borcun olub-olmaması araşdırılmamış, qətnamə qəbul edilərkən iddiaçının veridiyi maliyyə arayışı ilə kifayətlənilmişdir. Qаnunvеricilik tələb оlunаn cərimə borcunun azaldılması səlahiyyətini məhkəməyə vermişdir. Məhkəmə cərimə məbləğinin аzаldılmаsını müəyyən еtsə də, bütün əsaslı mənafeləri nəzərə almamışdır. Belə ki, iddiaçının iddia tələbindən görünür ki, o, 2231.43 manat əsas borc üçün 287.73 manat mükafat və 646.55 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə 2231.43 manat əsas borcu, 287.73 manat mükafat tələbini təmin etməklə yanaşı 250 manat məbləğində cərimə borcu da tutması, yəni iddia olunan mükafat məbləğinə yaxın məbləğdə cərimə müəyyən etməsi, məhkəmənin iş üzrə bütün tərəflərin əsaslı mənafelərini nəzərə almadığını göstərir. Eyni zamanda məhkəmə tərəfindən müqavilə üzrə borcun olub-olmaması araşdırılmamış, qətnamə qəbul edilərkən iddiaçının veridiyi maliyyə arayışındakı borc məbləğləri ilə kifayətlənilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə yanlışdır və qeyd edilmiş maddi normalarının tələblərini pozmuşdur. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə hərtərəfli baxmamış, həmin sənədlər arasında olan uyğunsuzluqları araşdırmamış, bu apellyasiya şikayətinin işin halları qrafasında göstərdiyi hallardan heç birini araşdırmamışdır. Xüsusilə də müqavilənin ləğv edilməsi barədə tələbin olmamasına baxmayaraq qətnamədə göstərilən məbləğlərdə borc tutmuşdur. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən halların nəzərə alınmaması birinci instansiyası məhkəməsi tərəfindən işə tam və hərtərəfli baxılmadığı anlamına gəlir. Bununla da qətnamədə göstərilmiş nəticələr işin həqiqi halları ilə uyğunsuzluq təşkil etmişdir. İddiaçının iddiasında olan rəqəmlər maliyyə arayışından götürülmüşdür. Qeyd edilən gecikmənin olması barədə məhəkəməyə hər hansı bir çıxarış təqdim edilməmişdir. Sözügedən işdə sonuncu ödənişlər nə vaxt edilməsi barədə də sübut yoxdur və bu barədə arayışda məlumat əks olunmamışdır. Bu halların araşdırılması və müqavilə müddətinin sonuna olan borcun müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli olduğu halda ekspertiza təyin edilməmişdir. O, Bakı şəhərində yaşadığından məhkəmə iclaslarında iştirak edə bilməmiş və yuxarıda qeyd edilənləri məhkəmənin nəzərinə çatdıra bilməmişdir. Yaşadığı ünvana bu günə kimi hər hansı bir məhkəmə bildirişi gəlməmişdir. Halbuki qanunvericiliyə görə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinəən azı 10 gün qalmış verilir. Bu səbəbdən də və o hər hansı bir məhkəmə iclasında iştirak edə bilməmişdir. Hesab edir ki, məhkəmə qanunvericiliyə uyğun formada ona məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş verməli idi. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçı nümayəndəsini məhkəmə iclasına göndərməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, işdəki lizinq müqaviləsinə, ödəniş cədvəlinə və avtomobilin təhvil-təslim aktına imza etmiş olsa da, lakin müqavilədə göstərilən avtomaşın ona təhvil verilməmişdir. Belə ki, o, həmin sənədlərə imza edəndə X3 nümayəndəsi kimi iştirak etmişdir. Odur ki, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 04 iyun 2022-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC lizinq alanın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə həmin müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 04 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq verən İddiaçı MMC satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən qəbul edərək, lizinq alan Cavabdeh təhvil vermişdir. İşdə olan 19 oktyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış MAS-5300 saylı daxili lizinq müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli ləğv ediləcəyinə, yaranmış borcun və lizinq obyektinin qaytarılmasının ondan məhkəmə qaydasında tələb ediləcəyinə dair Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 04 iyun 2022-ci il tarixli, MAS-5300 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh 10 oktyabr 2022-ci il tarixə borcu əsas borc qismində 2.231 manat 43 qəpik, mükafat borcu qismində 287 manat 73 qəpik, cərimə qismində 646 manat 55 qəpik, cəmi 3.165 manat 71 qəpikdir. İşdə olan BB252725 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2022-ci il buraxılışlı “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440849 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, “Khazar SD” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil 10 oktyabr 2022-ci il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2022-ci il tarixli, MAS5300 saylı daxili lizinq müqaviləsinə əsasən həmin müqavilənin əlavəsi olan qrafikə uyğun ödənişlər aparmaq şərti ilə 2022-ci il buraxılışlı “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440849 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh lizinqə verilmişdir. Cavabdeh lizinq ödənişlərini vaxtında və tam həyata keçirmədiyindən İddiaçınə daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2.231 manat 43 qəpik, gecikdirilmiş mükafata görə 287 manat 73 qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirib müqavilədə nəzərdə avtomaşını saz vəziyyətdə cavabdehə təhvil vermiş olsa da, cavabdeh müqavilə öhdəliklərinə lazımi qaydada əməl etməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Cavabdehin şikayətinin dəlillərindən biri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh məhkəmə bildirişi göndərmiş, lakin cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Belə ki, iş materiallarının 39-cu vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh anası Səba Əliyeva oğluna təqdim etmək üçün məhkəmə bildirişini xx.xx.2022ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə almışdır. İş materiallarının 46-cı səhifəsində olan bildirişdən görünür ki, sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh “AZEMİS” elektron məhkəmə sistemi vasitəsilə SMS bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Kollegiya apellyasiya şikayətinin iş üzrə ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, birincisi cavabdeh məhkəməyə həmin dəlili təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İkincisi, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Digər tərəfdən cavabdehin özü də həmin müqavilə üzrə aylıq ödənişlər etdiyini inkar edir. Apellyasiya şikayətinin digər bir dəlili həmin avtomaşının faktiki olaraq ona verilməməsi ilə bağlıdır. Kollegiya cavabdehin həmin dəlilini əsassız sayır. Çünki işdən göründüyü kimi avtomaşının lizinqə verilməsinə dair müqavilə cavabdehin özü ilə bağlanmış, ödəniş cədvəl onun tərəfindən imzalanmış, habelə təhvil-təslim aktı da cavabdehin özü ilə bağlanmışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehin dəlillərini onun fornal mülahizəsi sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(115)-772/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1071/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1071/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver