Məhkəmə qərarları › İş №e-2(034)-657/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-657/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-657/2025 24.11.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödəniliməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödəniliməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2024-cü il buraxılışlı, “Lada Vesta” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 18 noyabr 2024-cü il tarixli AUT-1047 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 sentyabr 2025-ci il tarixə 1076.30 manat gecikdirilmiş əsas, 473.60 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 226.74 manat dəbbə pulu olmaqla, cəmi 1776.64 məbləğində borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsni məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iş məhkəmənin icraatında olarkən tərəflər arasında razılıq əldə olunmuş və qeyd olunanları nəzərə alaraq, e-2(034)-657/2025 saylı işin baxılmamış saxlanması haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələbinə görə Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, ərizə təmin edilməli, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödəniliməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarlımalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödəniliməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar