Məhkəmə qərarları › İş №2(008)-6931/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6931/2021

16.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6931/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikah akt qeydinin bərpa edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi qıznın maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikah akt qeydinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1958-ci ildə mərhum həyatyoldaşı X23 ilə nikaha girdiyi zaman verilmiş nikah haqqında şəhadətnamədə qeyd edilmiş nikah akt qeydinin bərpa edilməsi və şəhadətnamədə adının Həmzəyeva “Güllü” Nəzər qızı kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, 1932-ci ildə anadan olmuş X23 ilə, 1958-ci ildə yaşadığı Ermənistan Qafan rayon Qeydiyyat şöbəsində nikahları qeydə aldırmaqla nikaha daxil olmuşdur. Nikah bağlanan vaxt, Əliyeva soyadından ərinin soyadına keçmiş və nikahın bağlanması haqqında şəhadətnamədə X2 qeydiyyat aparılmışdır. Məlum hadisələrlə əlaqədar olaraq Ermənistandan Azərbaycana gəldiyi zaman əksər sənədləri orada qaldığından, sonradan tapılmamış, itmişdir. Arxivlərə müraciət etsə də, bu barədə heç bir bilgi əldə edə bilməmişdir. Mərhum həyatyoldaşı 1958-ci ildə nikaha girdiyi zaman bağlanmış nikah haqqında şəhadətnaməni bu günədək tapa bilməmiş və bu səbəbdən də, nikah akt qeydinin bərpası, alınması barədə aidiyyəti üzrə Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Cavabdeh araşdırma apardıqdan sonra, 16.06.2021-ci il tarixli 1442-05/14 saylı məktubla ona belə bir cavab vermişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq əsaslar olmadığından nikah akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu baxımdan, hazırki ərizə ilə məhkəməyə müraciət edir və hesab edir ki, itirilmiş akt qeydinin bərpa edilməsi ilə əlaqədar məhkəmə qətnaməsi qəbul edilməlidir. Bununla yanaşı, məhkəməyə bildirir ki, o Azərbaycanda şəxsiyyət vəsiqəsi alanda, adını Güllü əvəzini, Qulubəyim kimi qeyd etmişlər. Şəxsiyyət vəsiqəsindəki yanlış yazını isə bu günədək dəyişə bilməmiş. Ondan nikah haqqında şəhadətnaməni tələb etmişlər. Bu sənəd olmadan düzəlişin mümkün olmayacağını bildirmişlər. Həqiqətən də, onun adının Güllü olması və 1958-ci ildə nikaha girməyini isə təsdiq edən yaxın qohumların, şahidlər var. O,yaşlı bir anadır, bu sənədlər ona vərəsəlik işi üçün lazımdır. O başqa qaydada bu sənədləri əldə edə bilmir. Birgə nikahlarından doğulmuş övladlarının hər birinin doğum haqqında şəhadətnamələrində onun adı düzgün olaraq Güllü kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizə tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtə və yeri barədə xəbədar edilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün heab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Maraqlı şəxs 1442-05/15 nömrəli, 16.06.2021-ci il tarixli məktubdan görünür ki, nikah akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmadığından, məsələnin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi barədə ərizəçinin nümayəndəsi məlumatlandırılmışdır. İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 07.10.1967-ci il tarixdə doğulmuşdur. X6, anası isə X8r. İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 01.01.1970-ci il tarixdə doğulmuşdur. X6, anası isə X8r. İ-ЖЗ seriyalı, 587831 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 23.02.1963-cü il tarixdə doğulmuşdur. X6, anası isə X8r. İ-ЗЖ seriyalı, 494532 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 10.01.1962-ci il tarixdə doğulmuşdur. X6, anası isə X8r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, X16 onun anasının əmisi oğlunun yoldaşıdır. Lakin onların nə vaxt ailə qurduğları barədə məlumatı yoxdur. X33 ilə ailəli olmuşlar və bu ailədən 6 uşağları olmuşdur. 1975-ci ildə bakıya köçmüşdürlər. Uşağların anası Güllü xaladır. Həmzəyeva Qulibəyimin kim olduğu haqqında məlumatım yoxdur. Bu adı ilk dəfədir eşidirəm. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktaların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ərarvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ərarvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, X7, X9, X4, X5 anası X16, atası isə X18r. Məhkəmə şahid ifadələri ilə hesab etsə ki, X19, X20, X12 və X1 Güllü Nəzər qızı ilə X15 birgə nikahlarından doğulmuşdur, lakin məhz Həmzəyeva Güllünün hazırda məhkəməyə ərizə ilə müraciət edən X10 ilə eyni şəxs olduğunu təsdiq edəcək heç bir mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. O cümlədən, məhkəmədə şahid qismində ifadə vermiş şahid Mürvət Mehdiyev isə Həmzəyeva Qulibəimin kim olduğu haqqında məlumatı olmadığını bildirmişdir. Belə olna halda məhkəmə hesab edir ki, ilk növbətə ərizəçi Həmzəyeva Qulibəim “Güllü” ilə “Qulubəimin” eyni şəxs olması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməli, bundan sonra hazırki ərizə ilə məhkəməyə müraciət edə bilər. Belə ola halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi qarşı “nikah akt qeydinin bərpa edilməsi və şəhadətnamədə adının Həmzəyeva “Güllü” Nəzər qızı kimi qeyd olunması tələbinə dair ərizəsi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla “nikah akt qeydinin bərpa edilməsi və şəhadətnamədə adının Həmzəyeva “Güllü” Nəzər qızı kimi qeyd olunması tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar