Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7355/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə mülki işə açıq məhkəmə iclasında (videogörüntülü çəkilişlər qeydə alınmaqla) baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdeh İddiaçı oğluna qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 fevral 2018-ci il təvəllüdlü X4, 20 fevral 2019-cu il təvəllüdlü X5 və 03 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 738 (yeddi yüz otuz səkkiz) manat alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarasınız. çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və onların birgə faktiki nikahlarından üç övladları olmuşdur. X4 22 fevral 2018-ci il təvəllüdlü X5 - 20 fevral 2019-cu il təvəllüdlü X3 - 03 dekabr 2020-ci il təvəllüdlü Cavabdehlə birgə yaşadıqları dövrdə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. 22 fevral 2018-ci il təvəllüdlü X4, 20 fevral 2019-cu il təvəllüdlü X5 və 03 dekabr 2020-ci il təvəllüdlü X3 onun himayəsindədir. Cavabdeh ailəyə baxmır, ailənin maddi təminatını ödəmir. O isə Cavabdeh qarşı məhkəmədə alimentin tutulmasına dair iddia qaldırmaq qərarına gəlmişdir və bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Tərəflərin mövqeləri: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəblərini göstərməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Mülki iş materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İV seriyalı 509709 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. -AZ-İV seriyalı 509710 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. -AZ-İV seriyalı 882274 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/8/- 2025-02165 nömrəli X2 İştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi xərcləri olan 60 manat rüsumu isə İddiaçı ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun: 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cu maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “...Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. “ “ ...aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Qanunun: 1-ci maddəsinə görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında rəsmi nikah olmasa da, tərəflər arasımda faktiki nikah münasibətləri olmuşdur və tərəflərin həmin birgə münasibətindən 22 fevral 2018-ci il təvəllüdlü X4, 20 fevral 2019-cu il təvəllüdlü X5, 03 dekabr 2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi uşaqları saxlamaq və onun onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etmək hər iki valideynin vəzifəsidir və onlar bu vəzifələrinin icrası özlərinin bilavasitə iştirakı olmadıqda məhkəmə qətnaməsi müəyyən edilən aliment əsasında həyata keçirilir. Bu zaman alimentin miqdarı o həddə təyin edilməlidir ki, bu uşaqların əvvəlki təminat səviyyəsini maksimal saxlamağa imkan verməklə yanaşı, valideynin uşağı saxlamaq vəzifəsini də əhatə etməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı yuxarıda göstərilən Plenum qərarındakı mövqe və formalaşmış məhkəmə təcrübəsi baxımından uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu müəyyən mənada meyar kimi qəbul edilir, lakin tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsini və diqqətəlayiq digər halları nəzərdən keçirərək hesab edir ki, alimentin hər bir uşaq üçün hər ay 246 manat məbləğində təyin edilməsi uşaqların əvvəlki təminat səviyyəsinə uyğun olmaqla, valideynin uşaqlarını saxlamaq vəzifəsini tam əhatə edir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət olunduğu xx.xx.2025-ci tarixdən 22 fevral 2018-ci il təvəllüdlü X4, 20 fevral 2019-cu il təvəllüdlü X5, 03 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 246 manat olmaqla, ümumilikdə 738 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı aliment tələbi üzrə dövlət rüsumundan azad edildiyindən iddianın qaldırılması üçün nəzərdə tutulmuş dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cu maddəsinə əsasən aliment alınmasına dair iddialar təyin olunmuş alimentin bir illik məcmusuna əsasən (768x12=9216) müəyyən edildiyindən iddianın qaldırılması üçün nəzərdə tutulmuş 112.16 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Nəticə hissəsi: Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, 22 fevral 2018-ci il təvəllüdlü X4, 20 fevral 2019cu il təvəllüdlü X5, 03 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 246 manat olmaqla, ümumilikdə 738 manat məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddiaçı dövlət rüsumundan azad edildiyindən iddia tələbi üzrə 112.16 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(008)-7355/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7355/2025
18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver