Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7386/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi İsayeva Sara Yaşar qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəməyə müraciət edərək, azyaşlı xx.xx.2017-ci il təvəllüdlü Rəsul-zadə Ümid Emin oğlunun yaşayış yerinin atası İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə müəyyən edilməsi, Rəsul-zadə Ümid Emin oğlunun saxlanması üçün bu iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən etibarən onun bütün növ gəlirlərinin ¼ hissəsi miqdarında, lakin hər bir halda Azərbaycan Respublikası üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmamaqla, aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tələb etdiyi aliment məbləğinin sabit pul məbləğində tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan nikahına xitam verilmiş, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü Rəsul-zadə Ümid Emin oğlu doğulduğu gündən etibarən fasiləsiz olaraq onun himayəsində olmuş və onunla birlikdə yaşamışdır. Əvvəlki məhkəmə instansiyaları tərəfindən uşağın yaşayış yerinin anasının ünvanı olaraq müəyyən edilməsinə dair qətnamə mövcud olsa da, həmin qətnamə azyaşlı övladının qəti və sərbəst iradəsi ilə anasının yanına getməkdən imtina etməsi səbəbindən heç vaxt icra oluna bilməmişdir. Bu fakt Sabunçu Rayon İcra Şöbəsinin tərtib etdiyi rəsmi aktla və icra zamanı cəlb edilmiş psixoloqun rəyi ilə tam təsdiqini tapır. Hal-hazırda övladının bütün maddi-mənəvi təminatı, o cümlədən təhsili, sosial inkişafı, idmanla (kikboksinq) məşğul olması və sağlamlığı tam olaraq onun tərəfindən qarşılanır. Uşağın həyat tərzi və sosial mühiti tam olaraq onunla və yaşadıqları ünvana bağlıdır. Cavabdeh Rəsul zadə Amalya Yaşar qızı məhkəmə qərarı ilə müəyyən edilmiş uşaqla görüş hüququndan belə imtina edərək, xx.xx.2025-ci il tarixindən etibarən 3 ay müddətinə ölkəni tərk etmişdir. Bu fakt onun uşağın tərbiyəsində və qayğısında iştirak etmək niyyətində olmadığını bir daha əyani şəkildə sübut edir. II. Tərəflərin İzahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı tələbi müdafiə edərək bildirmişdir ki, cavabdehlə nikahları pozulmuş, birgə nikahdan dünyaya gəlmiş Rəsul-zadə Ümid Emin oğlu anası Rəsul-zadə Amalya Yaşar qızının himayəsinə verilmişdir. Lakin Rəsul-zadə Ümid Emin oğlu doğulan gündən onun himayəsində yaşayır. Qətnamənin icrası mümkün olmamışdır. Rəsul-zadə Ümid Emin oğlu anasının himayəsində yaşamaq istəməmişdir. Uşaq faktiki olaraq onun himayəsindədir. Ona görə də tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən Rəsul-zadə Ümid Emin oğlu Cavabdeh himayəsinə verilsə də, qətnamə icra edilməmişdir. Rəsul-zadə Ümid Emin oğlu atasının evində doğub böyüdüyündən o evdən çıxmaq istəmir. Cavabdeh 3 ildir yalnız həftə sonları görüşür. Onda da atası İddiaçı uşağı şirnikləndirərək, anasının yanından ayırmağa nail olur. Uşağın geyim və digər xərclərini qarşılayırdı, hazırda iddia işləmir, ona görə aliment təyin edilməsi əsassızdır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi AZ-İİİ seriyalı, 930490 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Rəsul-zadə Ümid Emin oğlu xx.xx.2017-ci ildə doğulmuş, atası İddiaçı, anası Amalya Yaşar qızıdır. İş materiallarında olan Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-942/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icra etmək məqsədilə xx.xx.2025-ci ildə tərəflər uşaqla birlikdə şöbəyə dəvət olunmuşlar, Rəsul-zadə Ümid Emin oğlu anası Rəsulzadə Amalya Yaşar qızı ilə ünsiyyətdə olaraq müəyyən vaxt keçirmiş, lakin azyaşlı Ümidlə tərbiyəvi söhbətlər aparılmasına baxmayaraq anasına getmək istəməmiş və bu barədə aktlar tərtib edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək hər həftənin 3-cü günləri tərəflər şöbəyə dəvət olunsa da, azyaşlı anasına getmək istəməmişdir. İş materiallarında olan “Psixi sağlamlıq mərkəzi” publik hüquqi şəxsin 1049 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 “orta dərəcəli depressiv epizod” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-222/2025 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2344/2024 nömrəliı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş CMS – “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı "xxxx" MMC-də işləyir, aylıq əmək haqqı 500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş CMS – “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh "xxxx" MMC-də işləyir, aylıq əmək haqqı 429,71 manat təşkil edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının 2024-cü il üçün minimum əməkhaqqının məbləği 345 manat, 2025-ci il üçün minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Məhkəmə ilk olaraq iddiaçının öz himayəsində qalması barədə tələbinə münasibətdə bildirir ki, xx.xx.2017-ci il təvəllüdlü Rəsul-zadə Ümid Emin oğlunun cavabdehin himayəsində qalması barədə məhkəmə qətnaməsi mövcuddur. Lakin iş üzrə təqdim edilmiş sənədlərdən və prosess iştirakçılarının izahatlarında müəyyən edilmişdir ki, uşaq anasının yanına getmək istəmir, faktiki olaraq bu müddət ərzində atası ilə birlikdə yaşamışdır. Məhkəmə uşağın mənafeləri rəhbər tutaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü Rəsul-zadə Ümid Emin oğlunun iddiaçının yanında qalması müəyyən edilməlidir. Məhkəmə alimentə dair tələblə bağlı qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il təvəllüdlü Rəsul-zadə Ümid Emin oğlu hazırda atasının yanındadır. O, uşağın saxlanılmasında çətinlik çəkir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq hesab edir ki, məhkəməyə müraciət olunan xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü Rəsul-zadə Ümid Emin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli miqdarında sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülkin Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. V. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü Rəsul-zadə Ümid Emin oğlu İddiaçı himayəsinə verilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü Rəsul-zadə Ümid Emin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı Yaşar oğluna ödənilsin. İddiaçı tərəfindən mediatora ödənilmiş 57,75 manat cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(008)-7386/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7386/2025
24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver